Məhkəmə qərarları › İş №2(071)-27/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-27/2023

21.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-27/2023 21.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X6 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hacıqabul rayon Bələdiyyəsinin sədri X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Hacıqabul şəhəri, H.Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının altında yerləşən 12 kv.m torpaq sahəsindən çıxarılması, həmin torpaq sahəsinin üzərində aparılmış hər hansı tikintinin cavabdehin hesabına sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və 12 kv.m torpaq sahəsinin ona verilməklə bütün xərclərin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci il tarixdə Hacıqabul rayon şöbəsində keçirilən auksionda 03 saylı protokola əsasən satın alığı “TXMOFƏM”-nin 5 saylı çörək mağazasını satın almış, bu barədə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyin Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən alqı-satqı müqaviləsinə əsasən ona satılmışdır. xx.xx.2005-ci il tarixdə ona Azərbaycan Respublikası X1 Qərarına əsasən H.Əliyev küçəsində yerləşən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən özəlləşdirilmiş 5 saylı çörək mağazasının altındakı 12 kv.m torpaq sahəsi ayrılmış və bu barədə ona şadətnamə verilmişir. O, həmin küçədə yerləşən 5 saylı çörək mağazasını altındakı 12 kv.m torpaq sahəsində fundament tökdürsə də, tikinti işlərini tamamlamamışdır. Bunun üstündən bir neçə il keçdikdən sonra həmin yerdə Cavabdeh tərəfindən tikili olduğunu görüb, ona həmin torpaq sahəsinin ona məxsus olduğunu demiş və torpaq sahəsindən çıxmasını tələb etmişdir. Cavabdeh ona həmin torpaq sahəsindən çıxmayacağını bildirmişdir. Hazırda cavabdeh hələdə ona aid olan torpaqdan qanunsuz istifadə edir. O, dəfələrlə şifahi olaraq cavabdehə qanunsuz olaraq torpaqdan çıxmasını xahiş etsə də, cavabdeh onun sözlərinə məhəl qoymamışdır. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdi və əlavə olaraq bildirdi ki, Dövlət əmlakının satılması haqqında şəhadətnaməyə əsasən 5 saylı çörək mağazasının filialı İddiaçı mülkiyyətində olmuşdur. Həmin mağaza sonradan sökülsə də, onun altındakı 12 kv.m torpaq sahəsi sonradan cavabdeh tərəfindən zəbt edilmişdir və qeyd olunan topraq sahəsi cavabdehin çəkdiyi hasarın içərisində qalır. Odur ki, iddianın təmin edilərək, cavabdehin iddiaçıya məxsus 12 kv.m torpaq sahəsindən çıxarılması, barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə olan ev anası Rəfiqə Quliyevaya məxsusdur. Həmin torpaq sahəsi və evə dair sənədlər 1942-ci ildən babasından qalan sənədlərdir. İddiaçıda həmin torpaq sahəsi ilə əlaqəli heç bir sənəd yoxdur. Onlar iddiaçı ilə bir ailə kimi olmuşlar, həmin torpaq sahəsində olmuş 5 saylı mağazanın filialı olan taxtadan tikilmiş butka 1990-cı illərin sonlarına kimi fəaliyyət göstərmişdir. Sonradan həmin butka sökülmüşdür. 2008-ci ildə oranı hasara alaraq təmir etdirmişdir. İddiaçının mübahisəli torpaq sahəsinə dair heç bir hüquqmüəyyənedici sənədi yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hacıqabul rayon Bələdiyyəsinin sədri X5 izahatında göstərdi ki, bələdiyyə tərəfindən çörək mağazası üçün İddiaçı torpaq sahəsi ayrılmışdır. Lakin, 2005-ci ildə həmin torpaq sahəsinə dair bələdiyyə ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmamışdır və həmin torpaq sahəsi hazırda da bələdiyyənin mülkiyyətindədir. Həmin vaxt torpaq sahəsinin üzərində taxtadan butka olmuşdur. Həmin butka 5 saylı çörək mağazasının filialı kimi fəaliyyət göstərmişdir. Butkanın yerləşdiyi 12 kv.m torpaq sahəsi iddiaçıya satılmamışdır. Sadəcə torpaq üzərində olan avadanlıq iddiaçıya satılmışdır. Sonradan həmin butka sökülmüş və əraziyə hasar çəkilmişdir. Hasar çəkilən zaman həmin torpaq sahəsində mağaza olmamışdır. Odur ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olmadığından, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş “Müəssisənin (obyektin) alqı-satqısı” barədə 10 may 2005-ci il tarixli, 1330 nömrəli müqavilədən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən 06 may 2005-ci ildə Hacıqabul rayon şöbəsində keçirilən auksionda 03 nömrəli protokola əsasən İddiaçı Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialı (avadanlıq şəklində) köhnə əskinaslarla 352000 manata (AZM) satılmışdır. İş materiallarında olan “Dövlət əmlakının fiziki və hüquqi şəxslərə satılması haqqında” 23 may 2005-ci il tarixli, 003824 saylı şəhadətnamədən görünür ki, Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialı (avadanlıq) İddiaçı mülkiyyətindədir. İş materiallarından görünür ki, Hacıqabul rayon bələdiyyəsinin torpaq və tikinti üzrə mütəxəsisi M.Cahangirov tərəfindən İddiaçı Hacıqabul şəhər Heydər Əliyev küçəsində ayrılacaq torpaq sahəsinin planı tərtib edilmiş və həmin plan Hacıqabul rayon Bələdiyyəsinin sədri R.Ə.Qasımov tərəfindən təsdiq edilmişdir. İş materiallarından görünür ki, Hacıqabul rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən İddiaçı Hacıqabul şəhər Heydər Əliyev küçəsində tikiləçək ticarət mağazasının layihəsi verilmişdir. Hacıqabul rayon İcra Hakimiyyəti Memarlıq və Tikinti şöbəsi tərəfindən İddiaçı verilmiş 24 sentyabr 2007-ci il tarixli, 01-39/MT nömrəli tikinti aparılmasına dair icazə vəsiqəsindən görünür ki, İddiaçı özəlləşdirdiyi çörək mağazasını sökərək yerində yeni milli memarlıq üslubunda ticarət mağazasının tikintisinə Memarlıq və Tikinti şöbəsinin layihəsi əsasında tikinti quraşdırma işləri görülməsinə icazə verilmişdir. İş materiallarında olan X1 01 sentyabr 2005-ci il tarixli, 08 saylı qərarı ilə Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialının altında yerləşən 9,12 kv.m torpaq sahəsi İddiaçı köhnə əskinaslarla 20000 manata (AZM) satılması qərara alınmışdır. İş materiallarında olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hacıqabul rayon şöbəsi tərəfindən verilmiş rəydən görünür ki, İddiaçı satılması nəzərdə tutulan 0,0012 kv.m torpaq sahəsi alqı-satqı predmetidir və satılması məqsədə müvafiqdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 noyabr 2022-ci il tarixli 10/7372 saylı ekspert rəyindən müəyyən edilir ki, İddiaçı iddia etdiyi Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 12 kv.m torpaq sahəsi faktiki olaraq Cavabdeh tərəfindən hasarlanaraq həyətyanı torpaq sahəsi kimi istifadə edilir. İddiaçı iddia etdiyi Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı şçörək mağazasının altında yerləşən 12 kv.m torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd yoxdur. Lakin, iş materiallarında texniki sənədlər (X1 01 sentyabr 2005-ci il tarixli tikinti aparılmasına dair icazə vəsiqəsi və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Hacıqabul rayon şöbəsinin rəyi) və 5 saylı çörək mağaza filialının avadanlığının satılması haqqında Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin dövlət əmlakının fiziki və hüquqi şəxslərə verilmiş şəhadətnaməsi təqdim olunmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi tərəfindən 06 may 2005-ci ildə Hacıqabul rayon şöbəsində keçirilən auksionda 03 nömrəli protokola əsasən İddiaçı 10 may 2005-ci il tarixli, 1330 nömrəli alqı-satqı müqaviləsi ilə Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialı avadanlıq şəkilində satılmışdır. Sonradan X1 01 sentyabr 2005-ci il tarixli, 08 saylı qərarı ilə Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialının altında yerləşən torpaq sahəsinin İddiaçı satılması qərara alınmış, lakin bələdiyyə ilə iddiaçı arasında torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmamışdır. Mübahisəli torpaq sahəsi üzərində olan 5 saylı şörək mağazasının fililalı (avadanlıq) əvvəllər taxta materialdan inşa edilmiş köşk şəklində olmuş və sonradan sökülmüşdür. Hazırda həmin avadanlıq faktiki olaraq mövcud deyildir. Həmin yerdə iddiaçı yeni tikinti aparılması ilə bağlı lazımi icazələr alsa da, torpaq sahəsi üzərində hər hansı tikinti işləri aparmamışdır. Həmin torpaq sahəsi cavabdeh tərəfindən hasarlanaraq həyətyanı torpaq sahəsi kimi istifadə edilir. Hazırda iddiaçı cavabdehin həmin torpaq sahəsini zəbt etdiyini iddia edərək, torpaq sahəsinin zəbtdən azad edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, İddiaçı satılmış Hacıqabul şəhər Heydər Əliyev küçəsində yerləşən 5 saylı çörək mağazasının filialı (avadanlıq) taxta materialdan inşa edilmiş köşk şəklində olmuş və təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmadığından qanunvericiliyini tələbləri baxımından həmin əşya daşınmaz əşya hesab edilir. Lakin, işin faktiki hallarından görünür ki, həmin əmlak sonradan sökülmüş (kimin tərəfindən söküldüyü müəyyən deyil və iddiaçı bu halı mübahisələndirmir) və həmin əmlak hazırda fiziki cəhətdən mövcud deyil. İddiaçının iddia etdiyi torpaq sahəsinin isə X1 01 sentyabr 2005-ci il tarixli, 08 saylı qərarına əsasən iddiaçıya satılması və dəyərinin ödənilməsi nəzərdə tutulsa da, bələdiyyə ilə iddiaçı arasında həmin torpaq sahəsinə dair sonradan alqı-satqı müqaviləsi bağlanmamış, torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun olmasına dair sənəd alınmamışdır. Hazırda həmin torpaq sahəsi bələdiyyənin mülkiyyətindədir və iddiaçı həmin torpaq sahəsinin ona məxsus olmasını təsdiq edən hər hansı bir mötəbər sənədi məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məhkəmə, hazırkı iş üzrə iddiaçının tələb etdiyi torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olduğunu, iddiaçının həmin torpaq sahəsinə dair heç bir hüquq müəyyənedici sənədinin olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar