Məhkəmə qərarları › İş №2(071)-27/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-27/2024

20.06.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-27/2024 20.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə ona verilmiş həyətyanı torpaq sahəsi təyinatlı 1808,65 kv.m torpaq sahəsindən cavabdehlər Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(071)-355/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10-9669 nömrəli rəyi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, qeyd edilən torpaq sahəsi ona məxsusdur. Bir müddət əvvəl həmin torpaq sahəsini müvəqqəti istifadə etmək üçün qardaşı Cavabdeh vermişdir. Sonrada qardaşının həmin torpaq sahəsindən çıxmasını tələb etmişdir. Hazırda cavabdeh ona məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə edir. Bununla əlaqədar dəfələrlə cavabdehə öz iradını bildirmiş, lakin sonuncu həmin torpaq sahəsindən çıxmaqdan imtina etmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Son qərarı Məhkəmənin mülahizəsinə buraxır. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, qeyd edilən torpaq sahəsinin ona məxsus olması barəsində heç bir sənədi yoxdur. Həmin torpaq sahəsini uzun illərdir əkib-becərir. Hazırda həmin torpaq sahəsində nar bağı yaratmışdır. İddiaçı həmin torpaq sahəsinə olan sənədini qanunsuz yolla almışdır. Hazırda iş üzrə yenidən torpaqşünaslıq ekspertizasının təyin edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” haqqında A № 086095 nömrəli sənəddən görünür ki, Hacıqabul rayon Aqrar İslahatı Komissiyasının 26 aprel 1998-ci il tarixli qərarı ilə İddiaçı Hacıqabul rayonu 1-ci Udulu kəndində 1808,65 kv.m sahədə həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10-9669 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Müseyib Nağıyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən İddiaçı verilmiş, torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 1808.65 kv.metr faktiki olaraq isə naturada ölçülmüş 0.2658 ha torpaq sahəsinin çizgiləri və döngə nöqtələrinin koordinatları mütəxəssiz rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir. Torpaq sahəsinin üzərində heç bir tikili mövcud deyil. Məhkəmə qeyd edir ki, Hacıqabul rayonu 1-ci Udulu kəndinin ərazisində Hacıqabul rayon Aqrar İslahatı Komissiyasının 26 aprel 1998-ci il tarixli qərarı ilə İddiaçı 1808,65 kv.m sahədə həyətyanı torpaq sahəsi verilmişdir. Hazırda həmin torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyində və istifadəsindədir. Cavabdeh torpaq sahəsinin onun mülkiyyətində, qanuni istifadəsində və sahibliyində olmasını təsdiq edən hər hansı bir rəsmi sənədi məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, İddiaçı qanuni istifadəsində olan torpaq sahəsini Cavabdeh qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Çünki, Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Aqrar İslahatı Komissiyasının 26 aprel 1998-ci il tarixli qərarına əsasən İddiaçı qanuni istifadəsində olan Hacıqabul rayonu 1-ci Udulu kəndində yerləşən 1808,65 kv.m torpaq sahəsindən çıxarılmalı, həmin torpaq sahəsi İddiaçı qanuni istifadəsinə qaytarılmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu və iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 50 manat pul cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Hacıqabul rayon Aqrar İslahat Komissiyasının 26 aprel 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı qanuni istifadəsinə verilmiş Hacıqabul rayonu 1-ci Udulu kəndində yerləşən 1808,65 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu və iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 50 manat pul iddiaçı Cavabdeh aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X1 kod: 210005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar