Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-274/2025 12.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Hacıqabul Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, X6 xx.xx.2024-cü ildə tarixdə Hacıqabul şəhərində (ev şəraitində) doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1996-cı ildə Hacıqabul şəhərində anadan olmuşdur. Qeyri-rəsmi olaraq ər-arvad münasibətində olduğu X7 xx.xx.2009-cu il tarixində Hacıqabul rayon Meyniman kəndində doğulmuşdur. X2 20 aprel 2023-cü ildən qeyri-rəsmi olaraq ər-arvad münasibətində olmuşdur. Onların birgə ər-arvad münasibətlərindən 10 mart 2024-ci il tarixində ev şəraitində cinsi kişi olan oğlan uşağı anadan olmuşdur. Uşağın ev şəraitində doğum prosesini anası X3 icra etmişdir. Doğum haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar Hacıqabul rayon Qeydiyyat X1 rəsmi şəkildə müraciət etsə də, bu barədə Maraqlı şəxs tərəfindən imtina məktubu verilib. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(071)-96/2024 saylı hökmünə əsasən ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum edilmişdir. Daha sonra bu əməli Azərbaycan Respublikası CM-nin müvafiq maddələri ilə 2 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq olunmuşdur. Hal-hazırda arvadı (qeyri-rəsmi) X7, oğlu X11 və anası X4 ilə normal ailə münasibətlərində bir evdə yaşayırlar. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun çıxış edərək bildirir ki, ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-48-2024 nömrəli məktubundan müəyyən edilir ki, X5 ərizəsinə baxılmış və doğum fatını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma köməklik göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd həmin şöbədə mövcud olmadığından və doğumunu təsdiq edən tibbi şəhadətnaməni təqdim etmədiyi üçün üçün doğumun bərpa edilməsinin mümkün olmadığı bildirilərək məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(071)-96/2024 saylı hökmündən müəyyən edilir ki, Ərizəçi Azərbaycan Respublikası CMnin 152.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Ərizəçi barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmişdir. Ərizəçi üzərinə şərti məhkum etmə dövründə yaşayış yerini dəyişərkən onun üzərində nəzarəti həyata keçirən probasiya idarəsinə məlumat vermək vəzifəsi qoyulmuşdur. Ərizəçi davranışı üzərində nəzarətin həyata keçirilməsi və hökmün icrası onun yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilmişdir. İş materiallarında olan ittiham aktının surətindən müəyyən edilir ki, Ərizəçi qeyrirəsmi olaraq ər-arvad münasibətində olduğu X7 xx.xx.2009-cu il tarixində Hacıqabul rayon Meyniman kəndində doğulmuşdur. X2 20 aprel 2023-cü ildən qeyri-rəsmi olaraq ər-arvad münasibətində olmuşdur. Onların birgə ər-arvad münasibətlərindən 10 mart 2024-ci il tarixində ev şəraitində cinsi kişi olan oğlan uşağı anadan olmuşdur. Uşağın ev şəraitində doğum prosesini anası X3 icra etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Ərizəçi ilə qeyri-rəsmi nikah münasibətlərində olmuşdur. Onların birgə qeyri-rəsmi nikahlarından xx.xx.2024-cü il tarixində X11 anadan olmuşdur. Uşağın ev şəraitində doğum prosesini qaynanası X3 icra etmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladılğa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X6 xx.xx.2024-cü ildə tarixdə Hacıqabul şəhərində (ev şəraitində) doğulması faktı müəyyən edilməli, doğum haqqında akt qeydləri kitabında X6 doğum tarixi xx.xx.2024-cü il, doğulduğu yer Hacıqabul şəhəri, ata qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı), ana qrafasında – X7 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və AR MPM-in 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X6 xx.xx.2024-cü ildə tarixdə Hacıqabul şəhərində (ev şəraitində) doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında X6 doğum tarixi xx.xx.2024-cü il, doğulduğu yer Hacıqabul şəhəri, ata qrafasında – Ərizəçi (milliyyəti azərbaycanlı), ana qrafasında – X7 (milliyyəti azərbaycanlı) kimi məlumatlar göstərilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən uşağın adına göstərilən məlumatlar əsasında yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-274/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-274/2025
12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver