Məhkəmə qərarları › İş №2(071)-280/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-280/2025

26.05.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-280/2025 26.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X10rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçı cavabdeh “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X10rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək cavabdeh (işəgötürən) Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X15 direktoru Natiq Əliyevin onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli. 18-1- 41-3-1-1285/2024 saylı əmrin ləğv edilərək Hacıqabul rayon Mərkəzi Xəstəxanasında bağban işinə bərpa edilməyi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Aprel və 44 (qırx dörd) günlük Qarabağ döyüşlərində iştirak etmiş və hazırda İİİ qrup əlildir. O, Hacıqabul rayon Mərkəzi Xəstəxanasında 3 (üç) ildir bağban işində çalışmışdır. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X15 direktoru Natiq Əliyevin 19 dekabr 2024-cü il tarixli 18-1-41-3-1- 1285/2024 saylı əmri ilə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməklə işdən azad olunmuşdur. Cavabdehin onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair əmri qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı atası ilə bağlı məsələyə görə Hacıqabul rayonu İcra Hakimiyyəti Başçısının qəbuluna getdiyinə görə cavabdeh onu yanına çağırıb üstünə qışqıraraq onu işdən çıxaracağını bildirmişdir. O, ailə vəziyəti və müharibədə aldığı xəsarətdən hirslənib qapını bərk vurub otağı tərk etmişdir. Bundan sonra cavabdehin xx.xx.2024-cü il tarixli 18-1-41-3-1-1285/2024 saylı əmri ilə işdən çıxarılmışdır. Cavabdehə bununla bağlı etirazını bildirsə də, nəticəsi olmamış və o, işdən qovulmuşdur. Tutmuş olduğu vəzifəsinin öhdəsindən layiqincə gəlmiş, heç bir zaman əmək intizamını pozmamış, kollektiv arasında yüksək nüfuz qazanmışdır. Barəsində heç bir zaman intizam tənbehi təyin edilməmişdir. Bu səbəbdən Hacıqabul rayon X5 Fərmanı ilə təltif olunmuşdur. Bundan başqa o, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” kimi medallarla ilə təltif olunmuşdur. Qeyd olunan hallara əsasən, Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X15 direktoru Natiq Əliyevin onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tarixli. 18-1-41-3-1-1285/2024 saylı əmrin ləğv edilərək Hacıqabul rayon Mərkəzi Xəstəxanasında bağban işinə bərpa edilməyi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında bildirdi ki, aprel və 44 günlük Qarabağ döyüşlərində iştirak etmişdir. Qazidir və müharibədə iştirak etdiyinə, həmçinin torpaqların azad olunmasına görə müxtəlif təyinatlı medallarla təltif olunmuşdur. Hacıqabul rayon Mərkəzi Xəstəxanasında 3 ildir bağban işində çalışmış, lakin Hacıqabul rayon Mərkəzi Xəstəxanasının direktoru Natiq Əliyevin əmri ilə onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməklə işdən azad olunmuşdur. Cavabdeh əssasız və qanunsuz olaraq onun müqaviləsinə xitam verdiyindən aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, İddiaçı Vətən Müharibəsi iştirakçısıdır və Mərkəzi Xəstəxanada bağban vəzifəsində işləmişdir. İddiaçı xəstəxanın direktoru Natiq Əliyevlə otaqda söhbət zamanı səs-küy yaratmış və otağın qapısını sındırmışdır. İddiaçı Natiq Əliyevin əmri ilə işinə xitam verilmişdir. Şəxsin iştirakı ilə iclaslar keçirilmiş, onun işinə xitam veriləcəyi iclasda özünə bu barədə məlumat verilmişdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahatında cavabdehin nümayəndəsinin qeyd etdiyi xüsusatları təsdiqləyərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X15 direktor vəzifəsini müvəqqəti icra edən direktorun müavini X1 xx.xx.2024-cü il tarixli. 18-1-41-3-1-1232/2024 saylı əmrinin surətindən müəyyən edilir ki, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X15in Dəstək xidmətləri şöbəsində bağban vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə 30 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün xitam verilmiş, işçiyə 16 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X15 direktoru X7 xx.xx.2024-cü il tarixli. 18-1-41-3-1-1285/2024 saylı əmrinin surətindən müəyyən edilir ki, “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli. 18-1-41-3-1-1232/2024 nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrində dəyişiklik edilərək 2-ci abzasda “işçiyə 16 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin” cümləsi “işçiyə 36 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyətinə görə pul əvəzi ödənilsin” cümləsi ilə əvəz edilmişdir. İş materiallarında olan “Azərbaycan Respublikası Medalının Vəsiqəsi”nin surətlərindən müəyyən edilir ki, İddiaçı “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” kimi medallarla ilə təltif olunmuşdur. İş materiallarında olan “Fəxri Fərman”dan müəyyən edilir ki, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X15in Dəstək xidmətləri şöbəsində bağban vəzifəsində çalışan İddiaçı göstərdiyi fəaliyyət, həmçinin xəstəxanın mədəni-kütləvi tədbirlərində fəal iştirakına görə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli, 18-1-41/3- 4-35/2024 saylı “Nizam İntizam Komissiyasının İclası”na dair Protokoldan müəyyən edilir ki, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X15 bağban vəzifəsində işləyən İddiaçı direktor otağının giriş qapısını və dəhlizdə olan şüşə qapının sındırılması ilə xəstəxanada müayinəyə gələn vətəndaşların həyatı üçün təhlükə yaradaraq nizam-intizam qaydalarını pozmuş, bununla əlaqədar araşdırılma aparılmış, “Hacıqabul Rayon Mərkəzi Xəstəxanasi” PHŞ-nin video müşahidə kameralarına baxış keçirilmiş, hadisənin şahidləri tərəfindən akt tərtib edilmiş və İddiaçı nizam-intizam Komissiyasının iclasında dindirilmiş, gündəlikdə duran məsələ müzakirə olunmuş və belə qənaətə gəlinmişdir ki, İddiaçı nizam-intizam, davranış qaydalarını pozması ilə nəticələnən dövlət əmlakına maddi ziyan vurması sübuta yetirilmişdir. Nizam intizam Komissiyasının üzvləri, İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən və bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu üçün adı qeyd edilən Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun əmək müqaviləsinə xitam verilməsi qərarına gəlinmişdir. İş materiallarında olan Hacıqabul Rayon Səhiyyə X2 Şurasının sədri Cahangir Şixəliyevin “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X15 direktoru X9 ünvanladığı xx.xx.2024-cü il tarixli, 01 nömrəli məktubdan müəyyən edilir ki, “Haciqabul Rayon Mərkəzi Xəstəxanası” X15 bağban vəzifəsində işləyən İddiaçı qanunvericiliyi tələbinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun əmək müqaviləsinə xitam verilməsi qərarı barədə Səhiyyə X2 Şurasının iclasında müzakirə edilərək, xx.xx.2024-cü il tarixli, 20 nömrəli protokolu ilə bütün Şura Heyətinin razılığına əsasən, İddiaçı əməlləri (video görüntülər, izahatlar) və psixi durumu nəzərə alınaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Hacıqabul RMX-nin direktoru Natiq Əliyevin ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı əməlində İXM-nin 232-1 və 510-cu maddələrinin tərkib əlamətləri olduğundan qərarın surəti Hacıqabul RPŞ-nin İTB-yə göndərilmişdir. Eyni zamanda qərardan müəyyən edilir ki, hadisə nəticəsində zərər dəymiş otaq qapısının dəyəri 125 manat, qırılan buz çərçivənin qiyməti 40 manat olmaqla, dəymiş zərər ümumilikdə 165 manat məbləğində olması qeyd edilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(071)-74/2025 saylı qərarından müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Hacıqabul rayon Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün xx.xx.2025-ci il tarixdə Hacıqabul rayon Məhkəməsinə göndərilmiş, bundan sonra İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1 və 510-cu maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə vurulmuş ziyanın bir misli miqdarında, yəni 165 (yüz altmış beş) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi qərara alınmışdır. Eyni zamanda qərardan müəyyən edilir ki, İddiaçı atası üçün iş axtarmaq məqsədilə Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının qəbuluna yazılmış və xx.xx.2024-cü il tarixdə qəbula getmişdir, 11-ci sıra onun olmuşdur. O, İcra Hakimiyyəti Başçısının qəbuluna gedən zaman Hacıqabul RMX-nin direktoru Natiq Əliyevin müavini Cahangir Şıxəliyevdən icazə almışdır. Natiq Əliyev də, İcra Hakimiyyəti Başçısının qəbulunda olmuş, həmin vaxt onu görən zaman kimdən icazə aldığını ondan soruşmuşdur. O, Natiq Əliyevə bildirmişdir ki, şifahi olaraq Cahangir Şıxəliyevdən icazə almışdır. Çıxıb iş yerinə qayıtmış, iş yerində direktor Natiq Əliyev onu otağa çağırmış, Cahangir Şıxəliyev və bir neçə həkimin qarşısında əlini yumruqla stola vuraraq icazəsiz İcra Hakimiyyəti Başçısının qəbuluna getməsini irad bildirdikdə o, şifahi icazə aldığını demişdir. Natiq Əliyev əlini 3 dəfə stola çırpıb onunla yüksək tonda danışan zaman o, başını onun otağında divara vurmuş və ondan səsini kəsməsini xahiş etmişdir. Lakin, Natiq Əliyev öz hərəkətlərini davam etdirdiyi üçün o, onun otağının giriş qapısına başı ilə vurmuş, nəticədə qapı əzilmişdir. Sonra xəstəxananın dəhlizinə çıxaraq orada olan arakəsmə şüşənin sağ əli ilə yumruq vuraraq sındırmışdır. İş materiallarında olan 1 ədəd CD disk məhkəmə iclası zamanı tədqiq edilən zaman müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixində Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi 15-də yerləşən Hacıqabul rayon Mərkəzi Xəstəxanasının inzibati binasının daxilində otaq qapısına qəsdən başı ilə vurmuş, həmçinin arakəsmə qapının bulanıq (buz) şüşəsini sındırmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində bildirmişdir ki, o, Hacıqabul rayon Mərkəzi xəstəxanasında işləyir. İddiaçı xəstəxanada bağban vəzifəsində çalışmış və işçilər ona müharibə işirakçısı kimi hörmətlə yanaşmışdır. Sonuncu dəfə baş verən hadisədə İddiaçı səhvi olmuşdur. Belə ki, həmin günü Qulam xəstəxananın dəhliz qapısını sındırmışdır. Onun etdiyi hərəkətə xəstəxanada olan bütün şəxslər şahid olmuş, bu hərəkətlə xəstəxananın nizam-intizamını pozmuşdur. İddiaçı etdiyi hərəkətlərlə bağlı həmkarlar ittifaqının iclası və nizam-intizam komissiyasının iclasları olmuşdur. İddiaçı həmin iclasların ikisində iştirak etmiş, ona etdiyi hərəkətlərin mahiyyəti izah edilmiş və daha sonra işdən azad edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində şahid Məhəmməd Gözəlovun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Məmmədov X3 Rayon Mərkəzi Xəstəxanasında 3 ilə yaxın müddətdə bağban vəzifəsində əmək fəaliyyətini yerinə yetirmişdir. O, həm Aprel döyüşlərinin, həm də 44 günlük Vətən Müharibəsinin iştirakçısı kimi Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmış, döyüş nəticəsində səhhətinə ciddi xəsarət almış və müvafiq dövlət orqanları tərəfindən İİİ dərəcə əlil və müharibə iştirakçısı statusu ilə təmin olunmuşdur. 2024-cü ilin 18 noyabr tarixində iş yerində, yəni Hacıqabul Rayon Mərkəzi Xəstəxanasında baş vermiş hadisə işin əsasını təşkil edir. Həmin gün İddiaçı müəssisənin direktoru ilə aralarında yaranmış narazılıq və şəxsi mübahisə fonunda əsəbi şəkildə direktorun otağının qapısını sındırmış, bununla da kifayətlənməyərək xəstəxananın dəhlizindəki şüşə arakəsməyə də zərər yetirmişdir. Bu davranış nəticəsində dövlət əmlakına ümumilikdə 165 manat məbləğində zərər dəymişdir. Hadisə dərhal qeydə alınmış, aktlaşdırılmış və məsələ müəssisənin İntizam Komissiyasının müzakirəsinə çıxarılmışdır. Komissiya üzvləri hadisə yerində araşdırma apararaq akt tərtib etmiş və bu intizam pozuntusunun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq əmək funksiyalarının kobud şəkildə pozulması kimi qiymətləndirilməsinə dair rəy vermişdir. Paralel olaraq müəssisənin Həmkarlar İttifaqı Komitəsi də hadisəni qiymətləndirərək işəgötürənin tədbir görməsi ilə razılaşmışdır. Bunun nəticəsində, 30 noyabr 2024-cü il tarixində Hacıqabul RMX-nın direktoru tərəfindən ədəb qaydalarına zidd davranışı və iş yerində nizam-intizamın pozulması əsas gətirilərək İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr imzalanmışdır. İddiaçı bu qərarın əsassız olduğunu və qanunsuz şəkildə işdən azad edildiyini əsas gətirərək 12 fevral 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. O, iddia ərizəsində işə bərpa olunmasını, məcburi iş buraxdığı dövrə görə əmək haqqının ona ödənilməsini, habelə işdən çıxarılmasının mənəvi iztirablara səbəb olduğunu və bu səbəbdən mənəvi zərərə görə kompensasiya verilməsini tələb etmişdir. Hazırda iddiaçı mübahisə predmeti olan əmrin əsassız olduğunu bildirərək onunla cavabdeh arasında bağlanan əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu bildirir və cavabdehin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrinin etibarsız hesab edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Məhkəmə işin məzmununu və tərəflərin təqdim etdiyi sənədləri ətraflı araşdırdıqdan sonra İddiaçı iddia tələblərinin heç bir hüquqi əsasının olmadığını müəyyən etmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi tam qanun çərçivəsində, hüquqi prosedurların və qanunvericilikdə müəyyən edilmiş qaydaların ciddi şəkildə qorunması ilə həyata keçirilib. Məhkəmənin qənaətinə görə, işçinin davranışı – yəni müəssisə əmlakının bilərəkdən qəsdən məhv edilməsi və bununla əmək funksiyasının kobud şəkildə pozulması – işdən azad edilməyə kifayət qədər əsas verir. Tərəflərin təqdim etdiyi sübutlar (aktlar, komissiya qərarları, şahid ifadələri və əmrlər) göstərir ki, hadisə mübahisəsiz baş vermiş, işçi həmin davranışını inkar etməmiş və işəgötürən əmək qanunvericiliyində nəzərdə tutulan intizam prosedurlarını düzgün şəkildə tətbiq etmişdir. Beləliklə, iddiaçının işdən azad olunması qanunvericiliyin tələbinə uyğun həyata keçirilmişdir. Həmçinin işçinin işdən azad edilməsi barədə Həmkarlar İttifaqı Komitəsinin rəyi də nəzərə alınmışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hərəkətlərdə hər hansı pozuntu müəyyən edilmədiyindən xx.xx.2024-cü il tarixli əmrinləğv edilməsi üçün heç bir əsas müəyyən edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin məcəllənin 80-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə qeyd olunan halları ümumiləşdirərək bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi işçinin əmək funksiyalarını kobud şəkildə pozduğu hallar üçün nəzərdə tutulmuşdur və bu pozuntu işəgötürənə əmək müqaviləsinə birtərəfli qaydada xitam vermək hüququ verir. Məhkəmə araşdırmasında müəyyən edilib ki, İddiaçı iş yerində törətdiyi hərəkətlər (otaq qapısının və şüşə arakəsmənin sındırılması) əmək funksiyasına və etik davranış qaydalarına zidd olmaqla yanaşı, dövlət əmlakına bilavasitə ziyan vurmuşdur. Bu isə Əmək Məcəlləsinin qeyd edilən bəndi üzrə əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər əsas hesab olunur. Bundan əlavə, məhkəmə işəgötürənin bu tədbiri həyata keçirməzdən öncə İntizam Komissiyasının qərarını və Həmkarlar İttifaqı Komitəsinin razılığını almasını, eləcə də akt və digər hüquqi sənədlərlə pozuntunun sənədləşdirilməsini əsas götürərək prosedur qaydalarının pozulmadığını müəyyən etmişdir. İddiaçı əlil və müharibə iştirakçısı olması onun bu hərəkətinə görə məsuliyyətdən azad edilməsinə əsas yaratmır, çünki bu status hüquqi imtiyaz versə də, iş yerində nizam-intizam qaydalarına əməl olunması öhdəliyini ləğv etmir. İşçi tərəfindən iddia olunan məcburi iş buraxma müddətinə görə əmək haqqı tələbi də rədd edilmiş, çünki əmək müqaviləsi artıq qanuni şəkildə xitam olunmuşdu və bu müddətdə onun iş yerində olmaması qanunsuz hesab edilə bilməz. Beləliklə məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh “Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” X10rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar