Məhkəmə qərarları › İş №2(071)-285/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-285/2022

20.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-285/2022 20.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən çəkilmiş dəmir çəpərin sökülməsi və həmin torpaq sahəsinin qanuni istifadəsinə qaytarılması və gələcəkdə həmin torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir meneçilik etməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması, cavabdeh tərəfindən çəkilmiş dəmir çəpərin sökülməsi və həmin torpaq sahəsinin qanuni istifadəsinə qaytarılması və gələcəkdə həmin torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir meneçilik etməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu Pirsaat qəsəbəsində (Yeni qaydalar: Hacıqabul rayonu Pirsaat qəsəbəsi Rasim Məmiyev küçəsi 1 ünvanda) yerləşən onun xüsusi mülkiyyətində olan yaşayış məntəqələrinin torpaqlarından Cavabdeh zəbt etdiyi ərazidən çıxarılması, cavabdeh tərəfindən çəkilmiş dəmir çəpərin sökülməsi və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılması və gələcəkdə həmin torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir meneçilik etməsi cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-285/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmiş, ekspertizanın rəyi alınanadək mülki iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzin xx.xx.2022-ci il tarixli 10/6761 nömrəli rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-285/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə 10:30-a təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, hal-hazırda Hacıqabul rayonu Pirsaat qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ********** nömrəli çıxarışla Hacıqabul rayonu Pirsaat qəsəbəsində (Hacıqabul rayonu Pirsaat qəsəbəsi Yeni qaydalar: ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,12 ha torpaq sahəsi onun xüsusi mükiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin planı və ölçüsü Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş AA № 568531 nömrəli sənədlə təsdiq edilir. Həmin torpaq sahəsində 1984-cü ildə 1992-ci ilə kimi özünün tikdiyi tiklidə bər-bər işləmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, yəni 1992-ci ildə 1-ci Qarabağ döyüşlərinə könüllü gedərək döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin fevral ayının 20-də yaralandığı üçün Hacıqabul rayonu Pirsaat qəsəbəsinə qayıtmış və əmək qabiliyyətini itirdiyi üçün ona 2-ci qrup əlillik verilmişdir. Ona görə də bər-bər kimi öz işini davam etdirə bilməmişdir. Həmin vaxt və ondan sonra o, həmin əraziyə ağaclar əkmiş və onlaraq sahiblik etməklə oranı qoruyub saxlamışdır. Hal-hazırda həmin əraziyə mülkiyyət hüququnu təsdiq edən çıxarış və plan ölçüsü vardır. Hal-hazırda onun mülkiyyətində olan həmin torpaq sahəsindən öz istədəyi kimi istifadə edə bilmir. Belə ki, iş üzrə Cavabdeh onun mülkiyyətində olan həmin torpaq sahəsinin bir hissəsini qanunsuz yollarla zəbt edərək, ona maddi və mənəvi ziyan vurur. Bununla bağlı o, aidiyyatı üzrə şikayətlər etsə də, ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Ona görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda əmlakını qorumaq, mühafizə etmək imkanı artıq tükənib, onun xüsusi mülkiyyətində olan torpaq sahəsini qorumaq və mühafizə etmək dövlətin vəzifəsidir. Cavabdehin hərəkətlərini son dərəcə qanunsuzluq və özbaşnalıq hesab edir. Onun şəxsi mülkiyyətində olan torpaq sahəsindən istifadədə yaranmış məneə və müdaxilələr məhkəmə qaydasında aradan qaldırılmalıdır. Odur ki, iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində Bakı-Qazax magistral yolunun kənarında, hazırkı mübahisəli torpaq sahəsinə bitişik olan 03 saylı yeməkxana Azərittifaqın 13 sentyabr 2006-cı il tarixli 202 nömrəli qərarı ilə cavabdehin mərhum atası X1. Həmin yeməkxana təxminən 50 ilə yaxındır ki, cavabdehin atası tərəfindən işlədilmiş və ondan sonra da övladı kimi cavabdeh istifadə etmişdir və hazırda da cavabdehin istifadəsindədir. Yeməkxananın sol tərəfində olan, təxminən 0,15 hektara yaxın torpaq sahəsi də, (hazırkı mübahisəli sahə) yeməkxananın ərazisi olmuş, orada cavabdehin mərhum atası ağaclar əkmiş, abadlaşdırılaraq bağ sahəsinə çevirmiş və yay aylarında yeməkxananın stollarını həmin bağ sahəsinə qoyaraq istifadə etmişdir. Həmçinin həmin bağ sahəsinin qurtaracağında sanitar qovşaq tiktirmiş, sonradan beton plitələrlə fundament düzəldərək yeməkxananı böyütmək istəmişdir, lakin vəfat etdiyindən işlər yarımçıq qalmışdır. Həmçinin hazırkı mübahisəli torpaq sahəsinin qurtaracağından dövlət əhəmiyyətli yeraltı kabellər keçməkdədir. Cavabdeh hesab edir ki, mübahisəli torpaq sahəsində tikililər olduğundan, həmçinin dövlət əhəmiyyətli yeraltı kabellər keçdiyindən oraya kadastr işlənməsi mümkün deyildir. Bu səbəbdən hesab edir ki, iddiaçının mülkiyyətinə verilmiş mübahisəli torpaq sahəsinin plan-ölçüsündə göstərilən koordinatlar şübhəlidir və mübahisəli torpaq sahəsi ilə plan-ölçüdə göstərilən torpaq sahələri üst-üstə düşə bilməz. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, nümayəndəsi və vəkili X2 izahatı ilə razı olduğunu bildirdi, əlavə olaraq qeyd etdi ki, İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Pirsaat qəsəbəsində (Hacıqabul rayonu Pirsaat qəsəbəsi, Yeni qaydalar: ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə dair əvvəlcə Bələdiyyə qərar vermiş, sonra onun şikayəti əsasında öz qərarını ləğv etmişdir. Daha sonra bələdiyyə yenidən həmin torpaq sahəsinə dair İddiaçı adına qərar vermişdir. Bu qərar əsasında İddiaçı torpaq sahəsini qanunsuz olaraq öz adına sənədləşdirmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasən Hacıqabul rayonu Pirsaat qəsəbəsində (Hacıqabul rayonu Pirsaat qəsəbəsi, Yeni qaydalar: ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6761 nömrəli ekspert rəyindən müəyyən edilir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmiş Hacıqabul rayonu Pirsaat qəsəbəsində (Hacıqabul rayonu Pirsaat qəsəbəsi, Yeni qaydalar: ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,12 ha torpaq sahəsi ilə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin kordinatları üst-üstə düşür. İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsində yarımçıq tikili mövcuddur. Torpaq sahəsindən yeraltı kabel xətti keçir. Lakin yeraltı kabelin dövlət əhəmiyyətli olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə qeyd edir ki, Hacıqabul rayonu Pirsaat qəsəbəsində (Hacıqabul rayonu Pirsaat qəsəbəsi, Yeni qaydalar: ünvan 1 ünvanda yerləşən yaşayış məntəqələrinin torpaqlarından 0,12 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Hazırda həmin torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyində və istifadəsindədir. Cavabdeh torpaq sahəsinin onun mülkiyyətində, qanuni istifadəsində və sahibliyində olmasını təsdiq edən hər hansı bir rəsmi sənədi məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, İddiaçı xx.xx.2020-ci il tarixli çıxarışa mülkiyyətində olan torpaq sahəsini Məhəmməd Elxan oğlunun qanunsuz sahibliyindən geri tələb etməkdə haqlıdır. Çünki, Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə süutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Pirsaat qəsəbəsində (Hacıqabul rayonu Pirsaat qəsəbəsi, Yeni qaydalar: ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılmalı, Cavabdeh tərəfindən çəkilmiş dəmir çəpər sökülməli və həmin torpaq sahəsi İddiaçı qanuni istifadəsinə qaytarılmalı və gələcəkdə həmin torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir meneçilik etməsi Cavabdeh qadağan edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat xidmət haqqı İddiaçı aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 50 manat pul cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş xx.xx.2020ci il tarixli ********** nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Pirsaat qəsəbəsində (Hacıqabul rayonu Pirsaat qəsəbəsi, Yeni qaydalar: ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsindən çıxarılsın. Cavabdeh tərəfindən çəkilmiş dəmir çəpər sökülsün və həmin torpaq sahəsi İddiaçı qanuni istifadəsinə qaytarılsın və gələcəkdə həmin torpaq sahəsindən sərbəst istifadəsinə hər hansı bir meneçilik etməsi Cavabdeh qadağan edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu və 95 manat xidmət haqqı İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının xərci 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X3 kod: 2100005, VÖEN **********, müxbir hesabı: AZ41NABZ ********************, SFİFT BİK:CTREAZ22, VÖEN: **********, hesab: AZ34CTRE ********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar