Məhkəmə qərarları › İş №2(071)-292/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-292/2023

04.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-292/2023 04.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3 və Hacıqabul rayon Dövlət Notariat Kontoru) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək,xx.xx.2021-ci il tarixdə vəfat etmiş mərhum həyat yoldaşı X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 13, mənzil 31-də yerləşən yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X4 xx.xx.2021-ci il tarixdə Hacıqabul rayonu Kolanı kəndində vəfat etmişdir. Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 13, mənzil 31-də yerləşən yaşayış evi X2 mülkiyyətindədir. Hazırda həmin fərdi yaşayış evinin rəsmiləşdirilməsində çətinlik çəkir. Həmin fərdi yaşayış evini miras əmlak kimi qanun üzrə birinci növbə vərəsələrindən yalnız o qəbul etmiş və idarə etmişdir. Oğlu Maraqlı şəxs2 və qızı Maraqlı şəxs3 mirası qəbul etməmiş və bu barədə notarial qaydada təsdiq edilmiş ərizə yazmışlar. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi, mərhum arvadından miras qalmış əmlakı qəbul etmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında bildirdi ki, anası X4 vəfat etdikdən sonra onun mülkiyyətində olan mənzildə o və atası yaşamışdır. Lakin, onun anasından miras qalmış əmlakı qəbul etmək niyyəti yoxdur. Həmin əmlakı yalnız atası miras əmlak kimi qəbul etmiş və idarə etmişdir. Odur ki, miras əmlakın atasının adına rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Maraqlı şəxs3 bildirdi ki, anası X4 vəfat etdikdən sonra onun mülkiyyətində olan mənzildə atası və qardaşı yaşamışdır. Anasından miras qalmış əmlakı qəbul etmək etməmiş və bu barədə niyyəti olmamışdır. Anasından qalmış miras əmlakın atasının adına rəsmiləşdirilməsinə heç bir etirazı yoxdur. Maraqlı şəxs Hacıqabul rayon Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-i tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “Abşeron Gənclər şəhərciyi” yaşayış kompleksi, bina 13, mənzil 31-də yerləşən yaşayış evi X2 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 nikahı xx.xx.1991-ci il tarixdə 191 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Mustafayev”, arvada “Mustafayeva” soyadı verilmişdir. İş materiallarından olan AZ-İİ 202766 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan “X11” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3541 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən "xxxx" ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında Maraqlı şəxs2 ilə birlikdə yaşayır. İş materiallarında olan Maraqlı şəxs3 və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda notarial qaydada verilmiş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, onlar anaları X3 miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmirlər və etmək fikrində də deyildirlər. İş materiallarında olan Hacıqabul rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 391 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın qəbuluna dair Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-1248-ci maddələrinin tələblərinə əsasən buraxılmış müddət məhkəmə üzürlü sayarsa uzadıla bilər. Məhkəmə, ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyərək, tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 2 ünvanında yerləşən mənzil ərizəçinin mərhum arvadı X2 xüsusi mülkiyyətində olmuşdur. Aygün Mustafayeva xx.xx.2021-ci il tarixdə vəfat etmiş, həmin tarixədək ərizəçi arvadı ilə birlikdə sözügedən mənzildə yaşamışlar. Aygün Mustafayevanın ölümündən sonra onun birinci növbə vərəsələrindən yalnız ərizəçi mərhumun mülkiyyətində olmuş mənzildə yaşağa davam etməklə, həmin evə sahiblik etmiş və həmin əmlakı faktiki olaraq idarə etmişdir. Ərizəçi miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etsə də, ona mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə olan təqdirdə, ərizəçi arvadından miras qalmış əmlakı vəsərəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin faktın müəyyən edilməsinin ərizəçi üçün hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzilin Ərizəçi tərəfindən miras əmlak kimi faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 miras qalmış Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzilin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar