Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-299/2024 07.03.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisi) “mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisi) ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X3 məxsus olan Volqa M-21UC markalı avtomobilin onun tərəfindən miras əmlak kimi qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Volqa M-21UC markalı avtomobilin mülkiyyətçisi olan mərhum atası X5 xx.xx.2001-ci il tarixində Hacıqabul rayonunda vəfat etmişdir. Hal-hazırda X5 vəfat etdiyindən Volqa M-21UC markalı avtomobilinə dair qanun üzrə vərəsə olaraq mülkiyyət hüququnun tanınması üçün sözügedən əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321-ci maddəsinə əsasən, Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Mülki Məcəllənin 1147.1-ci maddəsinə əsasən, Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən isə, Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. İddiaçı 17 oktyabr 2022-ci il tarixində Hacıqabul rayon Notariat Ofisinə vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı müraciət etsə də, notarius vərəsəliyin qəbul edilməsi müddətini buraxdığına görə sözügedən sənədi verə bilməyəcəyini və bununla əlaqədar məhkəməyə müraciət etməyini bildirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs Hacıqabul rayon Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.1967-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X4 nikahı xx.xx.1967-ci il tarixdə Şamaxı rayon qeydiyyat şöbəsində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə “Əmrahov” arvada “Əmrahova” soyadı verilmişdir. İş materiallarında olan AZ045852 nömrəli, xx.xx.2001-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2001-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 113 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ******* saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Volqa M-21UC markalı avtomobil X2 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan Hacıqabul Rayon Notariat Ofisinin xx.xx.2022-ci il tarixli, 386 nömrəli məktubundan görünür ki, Ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə, ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyərək, tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Ərizəçi mərhum X2 övladıdır. Onun ölümündən sonra miras qalmış Volqa M-21UC markalı avtomobil qanun üzrə birinci növbə vərəsələrindən yalnız Ərizəçi mirası faktiki olaraq qəbul etmişdir. Ərizəçi miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına ərizə ilə müraciət etsə də, ona mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə olan təqdirdə, ərizəçi mərhum ərindən miras qalmış əmlakı vəsərəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X5 xx.xx.2001-ci il tarixdə öldüyünə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, miras qoyan X5 öldükdən sonra onun birinci növbə vərəsələrindən yalnız oğlu - Ərizəçi miras qalmış əmlaka faktiki surətdə yiyələndiyindən və və həmin əmlakı idarə etdiyindən, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X1 miras qalmış Volqa M-21UC markalı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 miras qalmış Volqa M-21UC markalı avtomobilin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-299/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-299/2024
07.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver