Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-301/2025 14.05.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı, cavabdeh X4 iştirakları ilə, İddiaçı cavabdeh X6 qarşı “mənzildə pay hüququnun tanınması, mənzilə köçürmə və mənzildən istifadə hüququna maneələrin yaradılmasının qadağan edilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçı cavabdeh X6 qarşı “mənzildə pay hüququnun tanınması, mənzilə köçürmə və mənzildən istifadə hüququna maneələrin yaradaılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanında yerləşən mənzilə pay hüququnun tanınması, mənzilə köçürülməsi və mənzildən istifadə hüququna maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X7 ilə 2008-ci ildə qeyrirəsmi ailə həyatı qurmuşlar. Birgə nikahlarından 2009-cu il təvəllüdlü X8 adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah qeydi 2024-cü il tarixdə Hacıqabul rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahlarından anadan olmuş Emil Nəcəfov iddiaçının himayəsindədir. Ailə qurduqdan sonra ünvan 2 ünvanında olan evi almışdır. Birgə nikah dövründə həmin daşınmaz əmlakın iddiaçının da ailə üzvlərinin köməyi ilə həm alınmasında, həm də təmirində maddi köməklik etmişlər. Tərəflər arasındakı nikah münasibətləri rəsmi qaydada pozulduqdan sonra cavabdeh könüllü olaraq onu və oğlunu orada, yəni həmin evdə yaşamağa icazə vermir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilə ½ hissədə mülkiyyət hüququnun tanınması, mənzilə köçürülməsi və mənzildən istifadə hüququna hər hansı maneələrin yaradılmasının cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, cavabdeh X7 2008-ci ildə qeyri-rəsmi ailə münasibətləri qurmuşdur. Birgə nikahlarından 2009-cu il təvəllüdlü X8 adlı bir uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında bağlanmış nikah qeydi 2024-cü il tarixdə Hacıqabul rayon məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Birgə nikahdan anadan olmuş Emil Nəcəfov iddiaçının himayəsindədir. Onlar ailə qurduqdan sonra ünvan 2 ünvanında yerləşən mənzili almışlar. Nikahları rəsmi pozulduqdan sonra cavabdeh könüllü olaraq iddiaçını və oğlunu orada yaşamağa icazə verməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Odur ki, iddia ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 izahat verərək bildirir ki, iddiaçı ilə birgə qeyri-rəsmi nikahlarından bir oğlu olmuşdur. İddiaçı ilə aralarında bağlanmış nikah 2024-cü il tarixdə pozulmuşdur. Birgə nikah münasibətlərindən anadan olmuş oğlu anasının himayəsindədir. O, özü hazırda əlildir. Onlar qeyri-rəsmi nikahda olduqları müddət ərzində ünvan 2 ünvanında yerləşən mənzili almışlar. Lakin, həmin mənzilin alınmasında iddiaçı heç bir şəkildə iştirak etməmişdir. Mənzilin alınması üçün pulun bir hissəsini o, özü bankdan kredit şəklində götürmüş, digər hissəsini isə atası və bacısı vermişdir. Həmin mənzilin alınmasında iddiaçının və onun atasının heç bir maddi dəstəyi olmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-923/2024 saylı qətnaməsindən müəyyən edilir ki, İddiaçı ilə X7 arasında xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində 116 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2009-ci il təvəllüdlü X8 İddiaçı yanında saxlanılması və X2 xx.xx.2009-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Eyni zamanda qətnamənin məzmunundan müəyyən edilir ki, İddiaçi və cavabdeh X7 ilə xx.xx.2021-ci ildə Haciqabul rayon Qeydiyyat Şöbəsində rəsmi qaydada nikahlarini qeyd etdirməklə ailə həyati qurmuşlar. Lakin, onlarin qeyri-rəsmi ər və arvad kimi yaşamalari 2008-ci ildən başlamiş, 2009-cu ildə isə həmin nikahdan bir övladlari olmuşdur. İş materallarında olan məhkəmənin xx.xx.2025-ci il tarixli sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin 3-21-3-38/2-791/2025 nömrəli, xx.xx.2025-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Həmin sənədlərə daxil olan və satıcı qismində X3 ilə alıcı qismində X7 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alğısatqısı barədə müqavilənin təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, satıcı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 22,7 m2 olan mənzili alıcının mülkiyyətinə verməyi, alıcı isə bunun müqabilində 10.000 manat məbləğində pul vəsaitini ona ödəməyi öhdəsinə götürmüşdür. Həmin sənədlərə daxil olan AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətinə əsasən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 22,7 m2 olan mənzil X4 adına xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər 2008-cu il tarixdə qeyrirəsmi ailə qurmuşlar. Həmin qeyri-rəsmi nikah münasibətlərindən xx.xx.2009-ci il təvəllüdlü X8 anadan olmuşdur. Daha sonra, tərəflər arasındakı nikah münasibətləri xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində 116 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-923/2024 saylı qətnaməsi ilə, İddiaçı ilə X7 arasında xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat Şöbəsində 116 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, xx.xx.2009-ci il təvəllüdlü X8 İddiaçı yanında saxlanılması və X2 xx.xx.2009-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 22,7 m2 olan mənzil xx.xx.2019-cu il tarixdə, yəni tərəflərin birgə qeyri-rəsmi nikah münasibətləri olduğu dövrdə əldə edilmiş və hazırda cavabdehin mülkiyyətindədir. Hazırda iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə ½ hissədə mülkiyyət hüququnun tanınması və mənzildən istifadə hüququna hər hansı maneələrin yaradılması cavabdeh və digər şəxslərə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, əvvəla məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən tərəflərin nikahının rəsmi qaydada pozulması, onların birgə nikah dövründə əldə edilmiş əmlaka münasibətdə paylarının müəyyən edilməsinə dair mübahisəyə baxılması üçün maneə deyildir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, birgə nikah dövründə əldə edilmiş əmlaka dair tərəflərin qeyri-mütənasib paylarının müəyyən edilməsi üçün əsas yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, birgə (qeyrirəsmi) nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən və X4 mülkiyyətində olan ümumi sahəsi 22,7 m2 olan mənzilin X4 ½ hissədə, İddiaçı ½ hissədə pay hüququ müəyyən edilməlidir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarına əsasən ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə, əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəllənin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Hazırki, işin faktiki hallarından görünür ki, mübahisəli mənzil iddiaçı ilə cavabdehin qeyri-rəsmi şəkildə ər-arvad münasibətlərində olduqları müddət ərzində əldə edilmişdir. Cavabdeh mübahisə mənzilin alınmasında iddiaçının hər hansı şəkildə iştirak etmədiyini bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Belə ki, mübahisəli mənzilin iddiaçı ilə qeyri-rəsmi ər-arvad münasibətlərində olduqları dövrdə əldə edilməsi müəyyən edildikdən sonra, həmin mənzilin alınmasında iddiaçının hər hansı şəkildə iştirak etməməsini sübut etmək yükü cavabdehin üzərinə düşür. Məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Qanunun mənasından göründüyü kimi ər-arvad arasında payların qeyri-bərabər bölünməsi üçün ya tərəflər arasında başqa qayda müəyyən edən müqavilə olmalı, yaxud da iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan hallarla bağlı sübutlar mövcud olmalıdır. Uşaqların valideynlərdən birinin himayəsində qalması həmin valideynin payının birmənalı artırılmasına əsas vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 213.5-ci maddəsinə əsasən, birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə, iddia tələbinin ikinci hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasındakı qeyri-rəsmi nikah münasibətləri dövründə, həmçinin ondan sonrakı dövrdə cavabdehin razılığı ilə iddiaçı mübahisə predmeti olan evdə yaşamaqla onun həmin mənzildən istifadə hüququ yaranmışdır. Daha sonra iddiaçı övladı ilə həmin mənzildən valideyninə məxsus olan evə getmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisə predmeti olan mənzilə istifadə hüququ yarandığından iddia təmin edilməlidir. Belə ki, AR Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və AR Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair AR kontsitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarında yaşayış sahəsindən “istifadə hüququ”nun mülki və ailə qanunvericiliyinə münasibətdə fərqli hüquqi rejimi olması xüsusilə qeyd edilmişdir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Yəni “istifadə hüququ” özü-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından birbirindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətlərini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətlərinin hüquqi rejimi bir-birindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahyyətlərini təmin etsələr də, bu imkan təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyətləri aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək olmaz. Nəticə etibarılə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir”. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarını və işin hallarını rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, ünvan 1 ünvanında yerləşən və X4 mülkiyyətində olan ümumi sahəsi 22,7 m2 olan mənzilin X4 ½ hissədə, İddiaçı ½ hissədə pay hüququ müəyyən edilməli, iddiaçı Nəcəfova X1 şəhəri, Ə.Vahid küçəsi, bina 33, mənzil 6 ünvanında yerləşən mənzilə köçürülməli və onun həmin mənzildən istifadə hüququna hər hansı maneələrin yaradılması cavabdeh və digər şəxslərə qadağan edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən ona aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119, 216-220-ci, 358ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən və X4 mülkiyyətində olan ümumi sahəsi 22,7 m2 olan mənzilin X4 ½ hissədə, İddiaçı ½ hissədə pay hüququ müəyyən edilsin. İddiaçı Nəcəfova X1 şəhəri, Ə.Vahid küçəsi, bina 33, mənzil 6 ünvanında yerləşən mənzilə köçürülsün və onun həmin mənzildən istifadə hüququna hər hansı maneələrin yaradılması cavabdeh və digər şəxslərə qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-301/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-301/2025
14.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver