Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-31/2023 31.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin servitutla yüklü edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun (ailə üzvləri ilə birlikdə) mülkiyyətinə Hacıqabul rayonu Axtaçı Şirvan kəndi ərazisində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın **********1 reyestr nömrəli, ********** qeydiyat nömrəli ümumi sahəsi 4,3740 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 1/6 pay hüququ ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşmiş torpaq sahəsinin suvarma suyu ilə təmin olunması üçün torpaq kanalın çəkilməsi məqsədilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsindən sözügedən kanal həcmində torpağın servitutla yüklü edilməsi və servitut öhdəliklərinin cavabdeh tərəfindən məcburi icrasının cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Hacıqabul rayonu Axtaçı Şirvan kəndi ərazisində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın **********1 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ümumi sahəsi 4,3740 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 1/6 pay hüququ ilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Təsərrüfat rəhbəri kimi həmin torpağı əkib becərir. Həmin torpağa illər uzunu suvarma suyu qonşu torpağın içindən torpaq kanal vasitəsi ilə aparılmışdır. Lakin son iki ildə torpağı alqı-satqı yolu ilə əldə etmiş qonşusu, hazırki iş üzrə Cavabdeh onun torpaqlarına suvarma suyunun torpaq kanaldan keçirməsinə maneəçilik yaradır və bu da illərdir əkib becərdiyi pay torpaq sahəsinin məhv olmaq təhlükəsini labüd edir. Cavabdehlə bu barədə aparılmış söhbətlər heç bir fayda verməmiş və nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının (ailə üzvləri ilə birlikdə) mülkiyyətində olan Hacıqabul rayonu Axtaçı Şirvan kəndi ərazisində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən daşınmaz əmlakın ********** reyestr nömrəli, ********** qeydiyyat nömrəli, ümumi sahəsi 4,3740 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarma suyu ilə təmin olunması üçün torpaq su kanalının çəkilməsi (qazılması) və əkin-biçin işləri aparılması üçün kənd təsərrüfatı texnikasının keçməsi məqsədilə torpaq yolun (5-6 metr enində) Cavabdeh onun tərəfindən ildə 35 (otuz beş) manat ödəniş etməsi şərti ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışla rəsmiləşmiş cavabdehə məxsus 1,232 ha torpaq sahəsindən servitutla yüklü edilməsi, servitutla yüklü edilmiş torpaq sahəsinin onun istifadəsinə təhvil verilməsi, Servitutun qüvvədə olduğu müddətdə ona cavabdeh tərəfindən hər hansı maneçiliyin törədilməsinin qadağan edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıya məxsus torpaq sahəsinin suvarılması və texnikanın keçməsi üçün onun torpaq sahəsinin yüklü edilməsinə zərurət yoxdur. Belə ki, iddiaçının torpaq sahəsinə əsas yoldan gedib-gələn ayrıca avtomobil yolu vardır. Onun torpaq sahəsinin suvarılması üçün isə torpaq sahəsinin digər tərəfindən kollektordan su xəttinin çəkilməsi mümkündür. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmalarına baxmayaraq üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə üçüncü şəxs Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Hacıqabul rayonu, Axtaçı Şirvan kəndində yerləşən 4.3740 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və onun beş nəfər ailə üzvlərinin hər birinin 1/6 hissədə paylı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Hacıqabul rayonu, Axtaçı Şirvan kəndində yerləşən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Maraqlı şəxs mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Hacıqabul rayonu, Axtaçı Şirvan kəndində yerləşən 1,2320 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində qeyd olunur ki, İddiaçı və onun ailə üzvlərinin paylı (hər birinin payı 1/6 hissə) mülkiyyətində olan Hacıqabul rayon Axtaçı Şirvan kəndi ərazisində yerləşən ümumi sahəsi 4.3740 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması üçün torpaq su kanalı və ya boru vasitəsilə çəkilmiş su kanalı, həmçinin avtomobil yolu faktiki olaraq yoxdur, İddiaçı və onun ailə üzvlərinin paylı (hər birinin payı 1/6 hissə) mülkiyyətində olan Hacıqabul rayonu, Axtaçı Şirvan kəndi ərazisində yerləşən ümumi sahəsi 4.3740 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh Rabii oğluna məxsus olan torpaq sahəsindən keçmədən avtomobillə (ağır texnika ilə) getmək, həmçinin həmin torpaq sahəsinin alternativ su kanalı (arx) vasitəsilə suvarma mümkün deyildir, iddiaçıya məxsus torpaq sahəsinə avtomobil yolunun və su kanalının Cavabdeh məxsus olan torpaq sahəsindən keçməklə çəkilməsi mümkündür, iddiaçıya məxsus torpaq sahəsinə avtomobil yolunun və su kanalının Cavabdeh Rabii oğluna məxsus olan torpaq sahəsindən keçməklə çəkilərsə 77.0 kv.metr arx və 68.0 kv.metr yol üçün servitutla yüklü edilməlidir. Lakin, cavabdehə dəyəcək ziyan və əldən çıxan faydanın hansı miqdarda olacağının araşdırılması mütəxəssislərin səlahiyyətləri çərçivəsində olmadığı üçün sual cavablandırılmamışdır. Arxın, avtomobil yolunun cizgiləri və ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 mart 2023-cü il tarixli, 10/388 nömrəli ekspert rəyində qeyd olunur ki, Azərrbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin Yerquruluşu təşkili şöbəsinin mühəndisi Müseyib Nağıyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qərardadın birinci sualı üzrə İddiaçı və onun ailə üzvlərinin paylı (hər birinin payı 1/6 hissə) mülkiyyətində olan Hacıqabul rayon Axtaçı Şirvan kəndi ərazisində yerləşən ümumi sahəsi 4.3740 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarılması üçün torpaq su kanalı və ya boru vasitəsilə çəkilmiş su kanalı, həmçinin avtomobil yolu faktiki olaraq yoxdur, qərardadın ikinci sualı üzrə İddiaçı və onun ailə üzvlərinin paylı (hər birinin payı 1/6 hissə) mülkiyyətində olan Hacıqabul rayonu, Axtaçı Şirvan kəndi ərazisində yerləşən ümumi sahəsi 4.3740 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə Cavabdeh məxsus olan torpaq sahəsindən keçmədən avtomobillə (ağır texnika ilə) getmək, həmçinin həmin torpaq sahəsinin alternativ su kanalı (arx) vasitəsilə suvarma mümkün deyildir, qərardadın üçüncü sualı üzrə iddiaçıya məxsus torpaq sahəsinə avtomobil yolunun və su kanalının Cavabdeh məxsus olan torpaq sahəsindən keçməklə çəkilməsi mümkündür, qərardadın dördüncü sualı üzrə iddiaçıya məxsus torpaq sahəsinə avtomobil yolunun və su kanalının Cavabdeh Rabii oğluna məxsus olan torpaq sahəsindən keçməklə çəkilərsə 77.0 kv.metr arx və 68.0 kv.metr yol üçün servitutla yüklü edilməlidir. Lakin, cavabdehə dəyəcək ziyan və əldən çıxan faydanın hansı miqdarda olacağının araşdırılması mütəxəssislərin səlahiyyətləri çərçivəsində olmadığı üçün sual cavablandırılmamışdır. Arxın, avtomobil yolunun cizgiləri və ölçüləri mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında qeyd olunmuşdur. İş materiallarında olan Azərrbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi M.E.Nağıyev tərəfindən tərtib olunmuş arayışda qeyd olunur ki, xx.xx.2023-cü il tarixində Hacıqabul rayonu, Axtaçı- Şirvan kəndində İddiaçı, Cavabdeh mülkiyyətlərində olan torpaq sahələrinə naturada ümumilikdə baxış keçirildi. Qonşuluqlar arasında yerləşən mübahisəli torpaq sahəsinin metrələri ölçüldü və sxematik plan tərtib edildi. Məhkəmə tərəfindən yaranmış zərurətlə əlaqədar tərəflərin iştirakı ilə mübahisə predmeti olan Hacıqabul rayonu, Axtaçı-Şirvan kəndində yerləşən İddiaçı, Cavabdeh və üçüncü şəxs Maraqlı şəxs mülkiyyətlərində olan torpaq sahələrinə yerində baxış keçirilmişdir. Keçirilmiş yerində baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı və digər şəxslərin paylı mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yan tərəfdən müstəqil qaydada keçmək üçün avtomobil yolu mövcuddur. Başqa sözlə desək, əsas yoldan iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxış üçün ayrıca yol vardır. Torpaq sahəsinin digər əks tərəfində isə Cavabdeh torpaq sahəsi ilə Maraqlı şəxs torpaq sahəsinin sərhədləri arasında ən azı 2 metr məsafə enində boş torpaq sahəsi vardır. Cavabdehin torpaq sahəsinə heç bir müdaxilə edilmədən yan tərəfdə olan kollektordan torpaq sahələri arasında olan ara məsafəsi vasitəsi ilə su xəttinin çəkilərək iddiaçının torpaq sahəsinin suvarılması mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yaçıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 106.1-ci maddəsində müəyyən edilmişdir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.1-ci maddəsinə əsasən servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki,bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.2-ci maddəsinə əsasən daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Qanunvericiliyin mənasına görə, servitut müəyyən təyinata malikdir. O, servitut almış şəxsin normal təsərrüfat fəaliyyətini təmin etməlidir. Torpaq sahəsi o halda servitutla yüklü edilə bilər ki, servitut qoyulmadan və müəyyən edilmədən subyektin (servitut almaq arzusunda olan şəxsin) təsərrüfat, məişət və digər ehtiyaclarının ödənilməsi və təmin edilməsi mümkün olmasın. Başqa sözlə desək, servitut, servitut almaq istəyində olan şəxsin mənafeyini təmin etməli, onun ehtiyaclarını ödəməlidir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdehin torpaq sahələri qonşu torpaq sahələridir. Mütəxəssis rəyində və ekspert rəyində iddiaçının torpaq sahəsinə cavabdehin torpaq sahəsindən keçid vermədən su xəttinin və avtomobilin (texnikanın) keçməsinin mümkün olmaması qeyd edilsə də, torpaq sahəsinə yerində baxış zamanı müəyyən edilmişdir ki, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə yan tərəfdən müstəqil qaydada keçmək üçün avtomobil yolu mövcuddur. Yerli baxış zamanı bununla əlaqədar mütəxəssisdən soruşularkən o, bildirmişdir ki, torpaq sahəsinin planında iddiaçının torpaq sahəsinə keçid üçün avtomobil yolu olmamışdır. Yerli baxış zamanı müəyyən edilmiş avtomobil yolu sonradan düzəldilmişdir. Digər tərəfdən, torpaq sahəsinin digər əks tərəfində Cavabdeh torpaq sahəsi ilə Maraqlı şəxs torpaq sahəsinin sərhədləri arasında ən azı 2 metr məsafə enində boş torpaq sahəsi vardır. Cavabdehin torpaq sahəsinə heç bir müdaxilə edilmədən yan tərəfdə olan kollektordan torpaq sahələri arasında olan ara məsafəsi vasitəsi ilə su xəttinin çəkilərək iddiaçının torpaq sahəsinin suvarılması mümkündür. Beləliklə məhkəmə araşdırması zamanı cavabdehin mülkiyyətində olan torpaq sahəsinin yüklü edilmədən iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə avtomobil (texnikanın) gedib-gəlməsinin və su xəttinin çəkilməsinin mümkün olduğu müəyyən edildiyindən, cavabdehin mülkiyyətində olan torpaq sahəsinin iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin xeyrinə servitutla yüklü edilməsinə zərurət yoxdur. Bu səbəbdən məhkəmə iş üzrə verilmiş mütəxəssis və ekspert rəylərini mötəbər sübut kimi qəbul etmir. Hazırki iddianın təmin edilməsi mülkiyyətçi olan cavabdehin xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan torpaq sahəsinin təyinatı üzrə istifadəsini məhdudlaşdırır və mülkiyyətçinin Azərbaycan Respublikası Konstitusiyası və digər normativ hüquqi aktlarla müdafiə olunan hüquqlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmasına və pozulmasına gətirib çıxara bilər. Ona görə də, məhkəmə cavabdehin mülkiyyət hüquqlarını müdafiə etməklə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin servitutla yüklü edilməsi” tələbinə dair iddiasının təmin edilməməsini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməli, mütəxəssis tədqiqinin dəyəri olan 141,06 manat pul və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə tet d i: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinin servitutla yüklü edilməsi” tələbinə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu və mütəxəssis xərci iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu 3, X1, kod: 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, hesab AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(071)-31/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-31/2023
31.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver