Məhkəmə qərarları › İş №2(071)-310/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-310/2022

04.05.2022 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-310/2022 04.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə 15.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, oğlu - 23.07.1995-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi və onun üzərində qəyyum təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanını iş üzrə maraqlı şəxs kimi qeyd etmişdir. Hacıqabul rayon Məhkəməsinin 03.03.2022-ci il tarixli 2(071)-310/2022 nömrəli qərardadı ilə 23.07.1995-ci il təvəllüdlü X1 psixi vəziyyətini müəyyən etmək üçün iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertizanın rəyi məhkəməyə daxil olanadək iş üzrə icraat dayandırılmışdır. Məhkəmə-psixiatriya ekspertizasının 15.04.2022-ci il tarixli 929 nömrəli ekspert rəyi 21.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin 26.04.2022-ci il tarixli 2(071)-310/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş və məhkəmə baxışı iclası 04.05.2022-ci il tarixə 12:30-a təyin edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, X3 ilə 27.11.1985-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmusdur. Hazırda onlar Hacıqabul rayonu Pirsaat qəsəbəsində vaşayırlar. Birgə nikahdan 23.07.1995-ci il təvəllüdlü X5 adlı oğlu doğulmuşdur. Oğlu Şeyda anadangəlmə xəstədir. Hacıqabul RMX PHŞ konsultativ poliklinika şöbəsində nevroloji kabinetində dispanser qeydiyyatındadır. O, daima oğluna qulluq edir. Oğlu Şeyda 2007-ci ildən əlillik müavinəti alır və 2013-cü ildən ona müddətsiz olaraq 1-ci qrup əlillik dərəcəsi təyin edilmişdir. Oğlu Şeydanı evdən kənara apara bilmirlər. X5 hazırda onunla birlikdə yaşayır, özünü idarə edə bilmir. Odur ki, ərizəsinin təmin edilməsi xahiş edir. Maraqlı şəxs Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri, ekspertizanın rəyini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Çünki, TSEK-in 01.08.2013-cü il tarixli 269255 nömrəli qərarı ilə 23.07.1995-ci il təvəllüdlü X4 uşaqlıqdan “keçirilmiş kötük ensefalitinin davamlı qalıqları, intellektin ləngiməsi və kəskin imbesillik dərəcəsində” diaqnozu qoyulmuş və müddətsiz olaraq birinci dərəcəli əlillik təyin edilmişdir. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” X8 Konsultativ Poliklinika şöbəsinin verdiyi 07.01.2022-ci il tarixli 38 nömrəli arayışdan görünür ki, 23.07.1995-ci il təvəllüdlü X5 həqiqətən xəstədir, “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” PHŞ konsultativ poliklinika şöbəsində nevroliji kabinetində dispanser qeydiyyatındadır. 2007-ci ildən əllillik müavinəti alır, 2013-cü ildən birinci qrup əlildir. 01.05.2007-ci il tarixli göndərişdən müəyyən edilir ki, 23.07.1995-ci il təvəllüdlü X4 uşaqlıqdan “keçirilmiş kötük ensefalitinin qalıq əlamətləri, intellektin ləngiməsi və kəskin imbesillik dərəcəsi sindromu” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8n 15.04.2022-ci il tarixli 929 nömrəli ekspert rəyindən görünür ki, 23.07.1995-ci il təvəllüdlü X2 - ağır dərəcəli əqli gerilik (F72) aşkar olunur. X5 öz psixi vəziyyətinə görə hərəkələrinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi üçün əsasları vardır. Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası MPM-in 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxsin izahatından və təqdim edilmiş rəsmi sənədlərdən müəyyən edildi ki, 23.07.1995-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 306, 317-322, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 23.07.1995-ci il təvəllüdlü X5 (FİN 6G1NBKU) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Bu qətnamə, X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar