Məhkəmə qərarları › İş №2(071)-354/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-354/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-354/2023 23.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1800 manat pulun, həmçinin qurulan dəmirbəndin bir ay saxlanması üçün 100 manat icarə haqqının və mediasiya xərci kimi ödənilmiş 50 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun Hacıqabul rayonu Nəvahi kəndində qeydiyyatda olub yaşadığı ünvan üzrə tikdiyi fərdi yaşayış evi vardır. Qeyd edilən yaşayış evinin fasad hissəsinin hissəli üzlənməsi zərurəti yarandığından qohumlarına məxsus fərdi yaşayış evinin təmirində işləyən əvvəllər tanımadığı Cavabdeh ilə tanış olub. Cavabdeh ilə 2022-ci ilin sentyabr ayının axırlarında evin fasad hissəsinin hissəli üzlənməsi barədə şifahi razılaşıblar. Razılaşmaya əsasən fərdi yaşayış evinin qapılarının, pəncərələrinin, evin (kürsü) aşağı hissəsinin, mərtəbə araları, künc (tin) hissələrinin, pilləkənlərinin və məcərlərin qoyulması, həmçinin dayaq dirəklərinə (borularına) ağlay daşından üzlənməsi işlərinin görüləcəkdi. İşlərin görülməsi müddəti 1,5 ay müddətinə razılaşıblar. İşin görülməsi üçün usta əl haqqı kimi təqribi 1500 manat tələb edib. O da öz növbəsində işlərin dəqiq çıxarılmasını xahiş edib. Cavabdeh işlərin görülməsi üçün ağlay daşlarının 1 paqon metr və 1 m2 metr hissəsinin 7 manat, pəncərələrin iç hissələrinin üzlənməsini 3,5 manat hesablanmaqla işlərin görüləcəyini bildirib. Razılığa gəldikdən sonra 200 manat cavabdehə beh olaraq pul məbləği verib. Razılaşmaya əsasən cavabdehin verdiyi siyahı əsasında tələb olunan ağlay üzlük daşlarının, naxış, bəzək hissələrinin və tikinti materiallarını almaq üçün xx.xx.2022-ci il tarixdə cavabdehlə görüşüb. Cavabdeh nəqliyyat vasitəsini almağı üçün pulunun çatmadığını bildirib və ondan pul istədikdə 300 manat məbləğində pulu verib. İşlərin görülməsinə cavabdeh xx.xx.2022-ci il tarixdə başlayıb. Həyətdə qurulan dəmir bəndin saxlanması üçün hər ay 100 manat icarə haqqı hesablanır. Sonradan mütəmadi olaraq işlərin görülməsi üçün razılaşdığı məbləğdən atasının ürək əməliyyatı və borclu olduğu şəxslərə pul verəcəyi bəhanəsi ilə hissəli şəkildə borc pul istəyib. O da cavabdehin bu sözlərinə aldanıb müxtəlif vaxtlarda 2410 manat nağd pul vermişdir. Cari ilin 10 yanvar tarixində sonuncu 300 manat pul aldıqdan sonra işini saxlamışdır. Bir neçə gün sonra o cavabdehdən işinin davam etdirilməsini bildirmişdir. Cavabdeh bir neçə günə gələcəyini bildirib. O cavabdehin həyat yoldaşı ilə yolda rastlaşıb. Yoldaşını atası evinə aparıb işinə gələcəyini bildirdi. Dəfələrlə cavabdehə zəngləri, whatsapp sosial şəbəkəsi üzərindən işinin yekunlaşdırması ilə əlaqədar müraciətləri nəticə verməmişdir. O sonradan cavabdehin atası ilə görüşdükdə oğlunun yalan danışdığını bir neçə nəfərin aldatdığını, borc sahiblərinin onu narahat etdiklərini əlavə dükanlara oğlunun 7000 manat borclarının ödəməsini bildirdi. O da cavabdehin atasını həyətinə çağırıb oğlunun yarımçıq saxladığı işlərini göstərib. Qeyd edilən işlərin tamamlanması barədə mobil telefonuna video çəkib. Hazırda Cavabdeh ona 1800 manat borcu qalmışdır. Qeyd edilən borcun cavabdeh tərəfindən gördüyü işin müqabilində hesablanan məbləğdir. Cavabdeh verdiyi 1800 manat pulu, həmçinin, qurulan dəmir bəndin bir ay saxlanması üçün 100 manat icarə haqqını, ümumilikdə 1900 manat pulu könüllü qaytarmaq istəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o cavabdehlə aqlay daşlarının 1 paqon metri və 1 kv.m hissəsinin 7 manata, pəncərələrin iç hissəsinin üzlənməsini isə 3,5 manata razılaşmışdır. Cavabdehə ümumilikdə 2410 manat pul vermişdir. Cavabdeh tərəfindən bu günədək görülmüş işlərin dəyərini isə 600 manat qiymətləndirir. Cavabdeh işləri yarımçıq qoyub getdiyindən, ondan gəlib işlərini tamamlamasını tələb etmişdir. Lakin, cavabdeh gəlib yarımçıq qoyduğu işləri tamamlamamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, həqiqətən də iddiaçının evinin fasad hissəsinin üzlənməsi ilə bağlı razılıq əldə etmişik. Razılaşmaya əsasən evin fasad hissəsində aqlay daşların bir paqon metri və bir kv.m hissəsi 7 manata, pəncərələrin iç hissələrinin üzlənməsi isə 3,5 manata razılaşmışlar. İddiaçı bu günədək ona 2410 manat pul vermişdir. Həmin pulun 300 manatını iddiaçı ona borc kimi vermişdir. Həmin borcu qaytaracaqdır. Qalan 2110 manat pulu isə ona gördüyü işlərin müqabilində vermişdir. Onun iddiaçının evində gördüyü işlərin dəyəri 2110 manatdan da artıqdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, o, cavabdehə təmir işləri ilə əlaqədar ümumilikdə 2410 manat pul vermişdir. İddiaçı tələbində göstərilən 300 manat pulu da cavabdeh kimi borc kimi deyil, evində görəcəyi işlərlə bağlı vermişdir. Cavabdeh isə işləri yarımçıq qoyaraq getmişdir. O, bir ay müddətinə 100 manat ödəməklə dəmirbənd icarəyə götürmüşdür. Cavabdeh gəlib işləri tamamlamadığına görə 100 manat zərərə məruz qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan fotoşəkillərlə müəyyən olunur ki, iddiaçıya məxsus fərdi yaşayış evinin fasad hissəsində təmir işləri görülür. Lakin, təmir işləri tamamlanmamış vəziyyətdədir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(071)-354/2023 saylı qərardadı ilə iddiaçıya məxsus fərdi yaşayış evinin fasad hissəsində cavabdeh tərəfindən görülmüş işlərinin dəyərinin müəyyən edilməsi məqsədi ilə mülki iş üzrə məhkəmə-tikintitexniki ekspertizası təyin olunmuşdur. İş materiallarında olan məhkəmə-tikinti-texniki ekspertizasının 10/3622 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Hacıqabul rayonu, Nəvahi kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üzrə cavabdeh tərəfindən aparılmış işlərin orta bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin 652 manat məbləğində olduğu müəyyən olunur. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 760.1-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri nəticəsində baş verməyən və ya həmin hərəkətlərlə bağlı olmayan səbəbə görə xitam verilirsə, podratçı işlər qurtaranadək müqaviləyə elə tərzdə xitam verməlidir ki, sifarişçi işləri başqa şəkildə və bərabər və ya daha əlverişli şərtlərlə ala bilsin. Bu zaman podratçı yerinə yetirilmiş işin haqqının ödənilməsini tələb edə bilər, bu şərtlə ki, sifarişçinin əvvəl görülmüş işlərə hansısa marağı olsun. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında fərdi yaşayış evinin fasad hissəsinin tam şəkildə təmir edilib təhvil verilməsi ilə bağlı şifahi qaydada podrat müqaviləsi bağlanmışdır. Müqavilə şərtinə əsasən cavabdeh ağlay daşlarının 1 paqon metr və 1 kv.m hissəsini 7 manatdan, pəncərələrin iç hissələrinin üzlənməsini isə 3,5 manatdan hesablanmaqla həmin işləri görməli idi. Müqavilənin icrası zamanı iddiaçı tərəfindən cavabdehə ümumilikdə 2410 manat məbləğində pul vəsaiti verilmişdir. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddiaçıdan 2410 manat məbləğində pulu almasını etiraf etsə də, həmin məbləğin 300 manat hissəsini borc kimi aldığını və geri qaytaracağını demişdir. İddiaçı isə bunu təkzib edərək, cavabdehə verdiyi bütün vəsaiti onun gördüyü və görəcəyi işlərin müqabilində verdiyini bildirmişdir. Cavabdeh podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, təmir işlərini tamamlamamışdır. Cavabdeh tərəfindən görülmüş işlərin orta bazar dəyərinin müəyyən edilməsi üçün iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın rəyinə əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus evin fasad hissəsində görülmüş işlərin orta bazar dəyəri 652 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən görülmüş işlərin dəyərindən artıq ödənilmiş pul vəsaiti tələb etməkdə haqlıdır. Odur ki, cavabdehdən 1758 manat (2410-652=1758) pul alınaraq iddiaçıya verilməlidir. Bundan başqa, iddiaçı tələbində bir ay müddətinə 100 manat icarə haqqı ödəməklə dəmirbənd icarəyə götürdüyünü, lakin cavabdeh tərəfindən işlər görülmədiyinə görə zərərə məruz qaldığını bildirərək, cavabdehdən 100 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əssən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tələbində bir ay müddətinə 100 manat icarə haqqı ödəməklə dəmirbənd icarəyə götürdüyünü, lakin cavabdeh tərəfindən işlər görülmədiyinə görə zərərə məruz qaldığını bildirsə də və iş materiallarına əlavə edilmiş fotoşəkillərdə iddiaçıya məxsus fərdi yaşayış evinin qarşısında dəmirbəndin qurulması görünsə də, qeyd edilən dəmirbəndin həqiqətən də iddiaçı tərəfindən 100 manat ödənilməklə icarəyə götürülməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia qismən təmin edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş 36 manat dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 50 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul cavabdehdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1758 manat pul, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 36 manat pul, ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar