Məhkəmə qərarları › İş №2(071)-354/2024

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-354/2024

06.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-354/2024 06.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi X5, Maraqlı şəxslər X12, Maraqlı şəxs4 və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər X12, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs1na qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka, sahiblik, istifadə və sərəncam vermə” tələbi” barədə iddiasına dair mülki işə məhkəmənin baxış iclasında baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxslər X12, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs1na qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maraqlı şəxs Hacıqabul rayon natoriat ofisinin üzərinə xx.xx.2017-ci il tarixdə ölmüş həyat yoldaşı X6 ilə xx.xx.1970-ci il tarixli Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən 31 nömrə ilə qeyd edilmiş birgə nikahları dövründə xx.xx.2011-ci il tarixdə tam mülkiyyət hüququ ilə X4 adına qeydiyyata alınmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsinə onun mülkiyyəti və ½ hissəsinə isə miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi barədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, qeyd etdiyi ünvanda tək yaşayır. Evin mülkiyyətçisi mərhum həyat yoldaşı X7 olmuş, evi onunla birgə nikahları dövründə əldə edilmişdir. O, 25 may 1970-ci ildə X8 ilə nikahlarını rəsmi şəkildə Qazı-Məmməd (indiki Hacıqabul) şəhər ZDS İcraiyyə komitəsində 31 nömrə ilə qeyd etdirməklə ailə qurmuşlar. Onunla birgə nikahlarından xx.xx.1974-cü il tarixdə X9 və 22 noyabr 1977-ci il tarixdə X10 adlı uşaqları doğulmuşdur. X2 xx.xx.1997-ci il tarixdə Maraqlı şəxs4 ilə ailə quraraq, Nəzirova soyadını götürmüşdür, həmin nikahdan xx.xx.2002-ci il tarixdə Şahid1 və tarixdə isə Şahid2 adlı uşaqları doğulmuşdur. Qızı Nəzirova(Mustafayeva) Aynurə Əliş qızı 12 mart 2011-ci ildə öldükdən sonra onun azyaşlı uşaqları Sabirabad rayonunun Nərimankənd kəndində ataları ilə birlikdə yaşamışlar və həmin vaxtdan indiyənədək də mübahisələndirilən Hacıqabul şəhəri, Ə.Vahid küçəsində yerləşən 146 nömrəli evdə bir gün də olsun yaşamamışlar. 25 fevral 2017-ci il tarixdə onun həyat yoldaşı X1 beyin qan dövranı çatmamazlığı xəstəliyindən ölmüşdür. Miras açıldıqdan sonra və hazırda da ona miras qalmış evdə tək yaşayaraq, mərhum həyat yoldaşından miras qalmış (birgə nikah dövründə əldə etdiyimiz üçün miras evin ½ hissəsi mənim mülkiyyətimdir) ünvan 2 nömrəli evdə yaşayaraq, (özümün payımdan başqa evin >2-ni də), rəsmi şəkildə notariat orqanına müraciət etməsə də həmin miras əmlaka sahiblik edərək əmlakı idarə etməyə faktiki başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bu səbəbdən də xx.xx.2023-cü il tarixdə ərizə ilə Hacıqabul Rayon Notariat Ofisinə müraciət edərək,mirasdan tam hissədə pay istədiyini bildirmişdir. Lakin Hacıqabul Rayon Notariat Ofisinin notariusu Ruslan Səfərov ona həyat yoldaşı X3 miras qalmış Hacıqabul şəhəri, Ə.Vahid küçəsində yerləşən 146 nömrəli evə (evin % hissəsinə) tam hissədə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmiş və rəsmi şəkildə bildirmişdir ki, AR Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 1- ci növbə vərəsələr sırasındn miras qoyanın nəvələri Şahid2 Calal oğlu və Şahid1 Calal oğlu (miras qoyanın qızı X11 xx.xx.2011-ci il tarixdə vəfat etməsi ilə əlaqədar) miras toplusuna daxil olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində 2018-ci il tarixədək qeydiyyatda olmaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdiyi müəyyən olunmuşdur). Bu hissədə notarius Qanuna deyil, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat’ın 99-cu hissəsinə əsaslanaraq, miras qoyan X4 nəvələri Şahid1 Calal oğlunun və Şahid2 miras qalmış evdə qeydiyyatda olmalarını əsas götürmüşdür. Məhkəmə iclasında Ərizəçinin nümayəndəsi X13 iddianı müdafiə edərək əlavə olaraq bildirdi ki, Ərizəçi uzun illərdir qızı Gülşən baxır. Digər qızı vəfat etmişdir. Qızının ailəsi ilə münasibəti yoxdur. Məhkəmə iclasında Maraqlı şəxs2 izahatında bildirdi ki, Elmira anasıdır və illərdir xəstədir. Əvvəllər bir bacısı olmuş, lakin sonradan vəfat etmişdir. Bacısının 2 övladı vardır. Onlarla əlaqələri yoxdur. Məhkəmə iclasında maraqlı şəxs X12 izahatında bildirdi ki, 1998-ci ildə anadan olmuşdur. Elmira nənəsidir və əlaqələri yoxdur. Anası rəhmətə getmiş və atası ilə birlikdə yaşayır. Elmiranın yaşadığı evdə onların da haqqı vardır. Sabirabad rayonu Nəriman kəndində yaşayır. Orta məktəbidə orda oxumuşdur. Anası rəhmətə gedəndə uşaq idi. Anası rəhmətə gedəndən sonra babası sağ olana qədər onlar ora arabir gəlib getmişlər. Babası öldükdən sonra 3 4 ay elə-belə gedib nənəsinin yanında qalmışlar. Yaddaş problemi varıdır. Evin xalasının adına keçməsinə razı deyil. Qardaşı Elşən hərbçi kimi xidmətdədir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə olduğundan iş üzrə icraata xitam verilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 saylı qərarından görünür ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Belə ki, iddianın əsaslandığı hallardan göründüyü kimi, tərəflər arasında mübahisə olduğundan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 saylı qərarına əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261, 262 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi maraqlı şəxslər X12, Maraqlı şəxs4, Maraqlı şəxs2 və Maraqlı şəxs1na qarşı “mülkiyyət hüququ üzrə daşınmaz əmlaka, sahiblik, istifadə və sərəncam vermə” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar