Məhkəmə qərarları › İş №2(071)-36/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-36/2023

16.01.2023 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-36/2023 16.01.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X14 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon İcra Hakimiyyəti) – şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 08 mart 1964-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab olunması və onun üzərində qəyyumluğun təyin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı 08 mart 1964-cü il təvəllüdlü X7 anadangəlmə “oliqofreniya kəskin imbesillik dərəcəsində” diaqnozu ilə xəstədir və Hacıqabul rayon Mərkəzi Xəstəxanasının PHŞ konsultativ poliklinika şöbəsində qeydiyyatdadır. O, 2011-i ildən 1-ci qrup əlildir və əlillik müavinəti alır. X2 onunla birlikdə Hacıqabul şəhəri Ə.Vahid küçəsi ev 117-də yaşayır, özünü idarə edə bilmir və X4 o, qulluq edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək və ərizənin məzmumuna uyğun izahat verərək, 08 mart 1964-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli şəxs olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsini məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında 626297 nömrəli şəhadətnamənin surətindən görünür ki, X7 08 mart 1964-cü ildə Qazıməmməd şəhərində anadan olmuşdur. X3 atası X8, anası X5r. iş materiallarında olan doğum haqqında 445723 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1957-ci il tarixdə Qazıməmməd şəhərində anadan olmuşdur. Onun atası X8, anası X5r. İş materiallarında olan 21 iyul 2011-ci il tarixli, 107753 nömrəli vəsiqənin surətindən görünür ki, X7 uşaqlıqdan 1-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Əhalinin və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəxsin 1 saylı Şirvan-Salyan regional filalı tərəfindən verilmiş 26 may 2022-ci il tarixli arayışdan görünür ki, X7 1 saylı Şirvan-Salyan regional filalının Hacıqabul rayon qəbul şöbəsindən 1-ci qrup əlil kimi sosial müavinət alır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X1 şəhəri Ə.Vahid küçəsi ev 117-də qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Hacıqabul rayon Mərkəzi Xəstəxanasının PHŞ konsultativ poliklinika şöbəsi tərəfindən verilmiş 21 iyun 2022-ci il tarixli tibbi arayışdan görünür ki, X7 “oliqofreniya kəskin imbesillik dərəcəsində” diaqnozu ilə Hacıqabul rayon Mərkəzi Xəstəxanasının PHŞ konsultativ poliklinika şöbəsində dispanser qeydiyyatındadır. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 4168 saylı, 19 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, X7 ağır dərəcəli əqli gerilik, F72 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X7 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3 bacısı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə, MPM-in 88 və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 08 mart 1964-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar