Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-368/2022 23.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 14.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon 2-ci Udulu kənd bələdiyyə şurasının 16.10.2004-cü il tarixli 12 saylı qərarına əsasən ona ev tikmək üçün ayrılmış Hacıqabul rayon 2-ci Udulu kəndində yerləşən 0,12 ha torpaq sahəsindən və həmin qərar əsasında icarəsinə verilmiş Hacıqabul rayon 2-ci Udulu kəndində yerləşən 0,36 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və sənədlərin əsillərinin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, o, Hacıqabul rayonu 2-ci Udulu kəndində yaşayır. Hacıqabul rayon 2-ci Udulu kənd bələdiyyə şurasının 16.10.2004-cü il tarixli 12 saylı qərarına əsasən ona ev tikmək üçün Hacıqabul rayon 2-ci Udulu kəndində 0,12 ha torpaq sahəsi ayrılmış və həmin qərar əsasında Hacıqabul rayon 2-ci Udulu kəndində yerləşən 0,36 ha torpaq sahəsi 99 illik müqavilə əsasında icarəsinə verilmişdir. Ona məxsus olan torpaq sahəsində qardaşı X2 faktiki olaraq istifadə etsə də, digər qardaşları olan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onu özünə məxsus olan həmin torpaq sahələrindən istifadə etməsinə imkan vermirlər. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı onun qardaşıdır. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməyib və həmin torpaq sahəsindən hazırda onların digər qardaşı X2 istifadə edir və özünə ev tikmişdir. Bundan iddiaçının da xəbəri vardır. O, iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etmədəyinə, oradan istifadə etmədiyinə və torpaq sahələrinə dair sənədlərin əsillərinin onda olmadığına görə iddianın rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı onun qardaşıdır. İddiaçı məxsus olan torpaq sahəsindən onların digər qardaşı X2 istifadə edir və özünə ev tikmişdir. Bundan iddiaçının da xəbəri vardır. O, iddiaçıya məxsus olan torpaq sahəsini zəbt etmədəyinə, oradan istifadə etmədiyinə və torpaq sahələrinə dair sənədlərin əsillərinin onda olmadığına görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Hacıqabul rayon 2-ci Udulu kənd bələdiyyə şurasının 16.10.2004-cü il tarixli 12 saylı qərarına əsasən İddiaçı ev tikmək üçün Hacıqabul rayon 2-ci Udulu kəndində 0,12 ha torpaq sahəsi satılmışdır. Hacıqabul rayon 2-ci Udulu kənd bələdiyyə şurasının 16.10.2004-cü il tarixli 12 saylı qərarına əsasən Hacıqabul rayon 2-ci Udulu kəndində yerləşən fond torpaqlarından 0,36 ha torpaq sahəsi 99 illik müqavilə əsasında İddiaçı icarəyə verilmişdir. Hazırda cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etmirlər və izahatlarında iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiklərini, iddiaçıya məxsus torpaq sahəsinin faktiki olaraq digər qardaşları X1 istifadəsində olduğunu bildirirlər. İddiaçı öz izahatında bu halı təsdiq edərək, ona məxsus olan torpaq sahəsindən faktiki olaraq digər qardaşı X1 istifadə etdiyini bildirir. İddiaçı ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini, sənədlərin əsillərinin cavabdehlərdə olmasını və torpaq sahələrinin onların qanunsuz istifadələrində olmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Yəni, iddiaçı öz iddia tələbinini əsasını sübuta yetirə bilməmişdir. İddia tələbi öz-özlüyündə əsassız olduğuna görə təmin edilə bilməz. Çünki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, İddiaçı öz iddia tələbinini əsasını sübuta yetirə bilmədiyinə görə iddia rədd edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “Hacıqabul rayon 2-ci Udulu kənd bələdiyyə şurasının 16.10.2004-cü il tarixli 12 saylı qərarına əsasən ona ev tikmək üçün ayrılmış Hacıqabul rayon 2-ci Udulu kəndində yerləşən 0,12 ha torpaq sahəsindən və həmin qərar əsasında icarəsinə verilmiş Hacıqabul rayon 2-ci Udulu kəndində yerləşən 0,36 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları və sənədlərin əsillərinin cavabdehlərdən alınaraq ona verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-368/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-368/2022
23.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver