Məhkəmə qərarları › İş №2(071)-420/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-420/2022

05.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-420/2022 05.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı X3 və X2 iştirakı ilə, İddiaçılar X1 və X2 Cavabdeh qarşı “payın naturada ayrılması, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar X4 və X5 Cavabdeh qarşı “payın naturada ayrılması, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 31.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 12.12.2002-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” JN-280A KOD 91008028 nömrəli şəhadətnaməyə əsasən ümumi mülkiyyətə verilmiş torpaq sahəsinin onlara düşən hissəsinin naturada müəyyənləşdirilməsi və Cavabdeh 0,25 ha torpaq sahəsinin onlara düşən hissəsindən məcburi qaydada çıxarılması və həmin ərazinin cavabdehin hesabına əkinə yararlı vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 və X5 məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmənin hazırlııq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdeh məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçı X3 və X2 iddia ərizəsinin geri qaytarılmasına dair 05.05.2022-ci il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçılar X1 və X2 Cavabdeh qarşı “payın naturada ayrılması, torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar