Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-44/2023 30.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Caniyar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Caniyar oğluna qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh Caniyar oğluna qarşı iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, JN-780F, KOD 91000018 olan torpağı mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona məxsus 0,05 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında tərəflər barışıq sazişi imzalamışlar və sazişin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş etmişlər. Sazişin şərtləri aşağıdakı kimidir:
1. Cavabdeh Caniyar oğlu İddiaçı 3000 manat pul verdiyinə görə iddiaçı cavabdehə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbindən imtina edir və torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsini öhdəsinə götürür.
2. İddiaçı tələbindən imtina etməsi müqabilində Cavabdeh Caniyar oğlu tərəfindən 3000 manat pul iddiaçıya ödənilir.
3. Tərəflərin hər ikisi barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunan Məcəllənin 262.4-ci maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və tərəflərin barışıq sazişinin göstərilən şərtlərini nəzərdən keçirərək hesab edir ki, barışıq sazişinin qəbul edilməməsi üçün əsaslar yoxdur və həmin saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Belə olan halda tərəflərin barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddiaçı Cavabdeh Caniyar oğluna qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbi barədə iddiasına dair mülki iş üzrə tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh Caniyar oğlu İddiaçı 3000 manat pul öhdəliyinə görə iddiaçı cavabdehə qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbindən imtina edir və torpaq sahəsinin cavabdehin adına rəsmiləşdirilməsini öhdəsinə götürür.
2. İddiaçı tələbindən imtina etməsi müqabilində Cavabdeh Caniyar oğlu tərəfindən 3000 manat pul iddiaçıya ödənilir.
3. Tərəflərin hər ikisi barışıq sazişinin təsdiq edilməsini və mülki işin icraatına xitam verilməsini xahiş edir.
İddiaçı Cavabdeh Caniyar oğluna qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılması” tələbi barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər.
X4