Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-48/2022 09.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 28.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, 21 fevral 2005-ci il tarixdə verilmiş JN- 0186, KOD 91008028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona məxsus olan Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən 1,80 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1957-ci il tarixdə Hacıqabul rayonu Tava kəndində anadan olmuşdur və hazırda Hacıqabul rayonu 2-ci Udulu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. 21 fevral 2005-ci il tarixdə verilmiş JN-0186, KOD 91008028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Hacıqabul rayonu 2-ci Udulu kəndində yerləşən 1,80 ha torpaq sahəsi ona və ailə üzvlərinə verilmişdir. Həmin torpaq sahəsinin ona və ailə üzvlərinə məxsus olmasına baxmayaraq neçə illərdir ki, Cavabdeh və ailə üzvləri tərəfindən əkilərək istifadə edilmişdir. O, bu neçə il ərzində cavabdehə qohum olduqları üçün bir söz deməsə də, hazırda özünün də həmin torpaq sahəsini əkib-becərməyə ehtiyacının olmasına baxmayaraq cavabeh onun torpaq sahəsini xoşluqla qaytarmaq istəmir. İddiaçı cavabdehin onun torpaq sahəsini istədiyi kimi əkib-becərməsinə maneə olduğunu və bu da onun qanunla qorunan hüquqlarını pozduğunu göstərərək, 21 fevral 2005-ci il tarixdə verilmiş JN-0186, KOD 91008028 olan torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ona məxsus olan Hacıqabul rayonu 2ci Udulu kəndində yerləşən 1,80 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 06.07.2021-ci il tarixli 2(071)-313/2021 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Mülki iş üzrə icraat ekspertizanın rəyi məhkəməyə daxil olana kimi dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19.08.2021-ci il tarixli 10/4167 nömrəli məktubla ekspertizanın aparılmasından imtina edilmiş və mülki iş 29.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin 18.11.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-yə müraciət edilərək, İddiaçı Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə təyin edilmiş baxışda mütəxəsisin iştirakının təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC tərəfindən Hacıqabul rayon Məhkəməsinə 22.12.2021-ci il tarixli tədqiqat obyektinə keçirilmiş baxışla bağlı hazırlanmış arayış təqdim edilmişdir. Həmin tədqiqatda Şirvan LTİ-nin mütəxəsisi X1 məhkəmə ekspertizasında iştirak etmək və çöl ölçmə işlərinin aparılması məqsədi ilə məktubda göstərilmiş vaxtda Hacıqabul rayon Məhkəməsinin inzibati binasında olduğu, lakin tərəflərin gəlməməsi səbəbindən torpaq sahəsində çöl ölçmə işlərinin aparılmasının mümkün olmadığı göstərilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, Cavabdeh ilə arasında heç bir iddia qalmadığını bildirmişdir. Odur ki, iş üzrə icraat təzələnmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə İddiaçı mübahisənin aradan qaldığına və iddia tələbinə baxılmasını tələb etmədiyinə dair ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPMin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.11, 260, 263, 264-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-48/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-48/2022
09.02.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver