Məhkəmə qərarları › İş №2(071)-49/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-49/2022

24.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-49/2022 24.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, Cavabdeh X1 vəkili Qanuni nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş həyətyanı torpaq sahəsindən və icarəyə verilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş həyətyanı torpaq sahəsindən və icarəyə verilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun sahibliyində olan 0,12 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan nar bağından və torpaq icarə müqaviləsi ilə ona verilmiş 0,12 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpaq sahəsinin və nar bağının ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-319/2021 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspertizanın rəyi alınana kimi iş üzrə icraaat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/5513 nömrəli tikinti-texniki ekspertizanın rəyi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-49/2022 nömrəli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, iş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə saat 14:00-a təyin edilmişdir. Qərardadın surəti tərəflərə göndərilməklə məhkəmə iclasınının yeri və vaxtı barədə məlumat verilmişdir. İddiaçı və cavabdeh X2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Cavabdeh X1 vəkili Qanuni nümayəndə məhkəmə iclasında iştirak edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmədi və iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə hesab edir ki, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı və cavabdeh məhkəmənin çağırışına gəlmədiyi və cavabdehin vəkili işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyi üçün Azərbaycan Respublikası MPM-in 185.4, 259.0.7-ci maddələrinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 185.4, 259, 259.0.7, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş həyətyanı torpaq sahəsindən və icarəyə verilmiş torpaq sahəsindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar