Məhkəmə qərarları › İş №2(071)-521/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-521/2023

20.06.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-521/2023 20.06.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X15 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçıağa qızı və onun nümayəndəsi Vəkil, cavabdehlər X5 və X2 iştirakları ilə, İddiaçıağa qızının cavabdehlər X5 və X4 qarşı “mənzildən istifadə hüququnun verilməsi və mənzilə köçürülmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçıağa qızı cavabdeh X3 (üçüncü şəxs X7) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və uşaqlarına cavabdeh və üçüncü şəxsə məxsus ünvan 1 ünvanda yerləşən mənzilə yaşayış hüququnun verilməsi və onun uşaqları ilə birlikdə həmin yaşayış sahəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2007-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat şöbəsində cavabdeh ilə 66 nömrəli qeyd ilə nikahlarını rəsmiləşdirmişdir. Həmin nikahdan xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X9 doğulmuşdur. Hacıqabul rayon Məhkəməsinin 2(071)-68/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra o, atasının ünvan 2 ünvanında yerləşən evinə köçmüşdür. Lakin, həmin evdə atasıgil, qardaş ailəsi ilə və bacısı yaşayır. Odur ki, həmin mənzildə iki uşaqla yaşayışı qeyri-mümkündür. Keçmiş həyat yoldaşıyla yaşadığı mənzilin orderi qaynatası X2 adınadır. O, 2007-ci ildə nikaha girdikdən qısa müddət sonra həmin ünvan 3 ünvanına qeydiyyata düşmüş və nikahları pozulana qədər orada yaşamışlar. Buna görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixdə keçirilən hazırlıq iclasında iddiaçının nümayəndəsi Vəkil vəsatəti əsasında X7 əlavə cavabdeh kimi mülki işə cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçıağa oğlu iddia tələbini müdafiə edərək bildirdi ki, xx.xx.2007-ci il tarixdə cavabdeh X5 rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan iki uşaqları doğulmuşdur. Ailə həyatı qurduğu vaxtdan order əsasında qaynatası X4 verilmiş mənzilə köçmüş və orada qeydiyyata alınmışdır. xx.xx.2023-cü il tarixdə cavabdeh İlqar Qəhrəmanovla aralarında olan nikah pozulmuş və həmin vaxtdan atasının evinə qayıtmışdır. Lakin, atasının evində o iki uşağı ilə birlikdə yaşamaqda çətinlik çəkir. Bu səbəbdən uşaqları ilə birlikdə cavabdehlərin yaşadıqları evə köçüb orada yaşamaq istəyir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirdi ki, iddiaçı xx.xx.2007-ci il tarixdə cavabdehlərin yaşadıqları mənzilə gəlin kimi köçdüyündən onun həmin mənzildən istifadə hüququ vardır. Nikahlarının pozulmasına baxmayaraq, iddiaçının uşaqları ilə birlikdə həmin mənzilə köçüb yaşamaq hüququ vardır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul edərək izahatında bildirdi ki, o, oğlu İlqarın gəlini Samirə ilə barışıq birlikdə yaşamalarını istəyir. Bu səbəbdən iddianın təmin edilməsinə, gəlini Samirənin uşaqları ilə birlikdə ona order əsasında verilmiş mənzilə köçüb yaşamalarına etiraz etmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddianı qəbul edərək izahatında bildirdi ki, o, keçmiş həyat yoldaşı Samirə ilə barışıq yenidən onunla birlikdə yaşamaq istəyir. Barışmaları halında o, Samirənin uşaqları ilə birlikdə atasına verilmiş mənzilə köçüb yaşamasına etiraz etmir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan X13 Sovetinin icraiyyə komitəsinin xx.xx.1982-ci il tarixli 5 saylı orderindən görünür ki, X7 və ailə üzvləri ünvan 4 ünvanda yerləşən 2 otaqlı mənzil ilə təmin olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)- 68/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçıağa qızı ilə X5 arasında xx.xx.2007-ci il tarixdə Hacıqabul rayon Qeydiyyat şöbəsində 66 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğuluş xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X9 İddiaçıağa qızının yanında saxlanılmış, X1 xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçıağa qızına verilməsi qət edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh İlqar Qəhrəmanov xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. İddiaçı ailə həyatı qurduğu vaxtdan gəlin kimi digər cavabdeh Bəxtiyar Qəhrəmanov və onun ailə üzvlərinə order əsasında verilmiş mənzilə köçüb orada yaşamışdır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdeh İlqar Qəhrəmanov arasında olan nikah pozulmuş və iddiaçı uşaqları ilə birlikdə atasının yaşadığı evə qayıtmışdır. Lakin, həmin evdə iddiaçının uşaqları ilə birlikdə yaşaması mümkün olmadığından, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil sosial kirayə müqaviləsi (order) əsasında cavabdehlərin faktiki istifadəsində olduğundan və iddiaçı həmin mənzilə xx.xx.2007-ci il tarixdə gəlin kimi köçdüyündən tərəflər arasında olan mübahisəli hüquq münasibətinə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi) Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən əmlakdan istifadə hüququ əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qeyd edilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı mübahisəli mənzilin qaynatası (cavabdeh) X2 mülkiyyətində deyil, order əsasında istifadəsində olduğu dövrdə onun razılığı ilə gəlin kimi həmin mənzildə yaşamağa başladığından, iddiaçının uşaqları isə iddiaçının həmin mənzildə yaşadığı dövrdə doğulduqlarından və məhkəmənin qətnaməsinə əsasən uşaqların iddiaçının yanında saxlanılmaları müəyyən olunduğundan, onların hər biri, qeyd edilən mənzildən istifadə hüququ əldə etmişdir və həmin mənzilə köçüb yaşamaq hüquqları vardır. Odur ki, işin təsvir olunan hallarını nəzərə alaraq və qeyd olunan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisə predmeti olan mənzilə köçürülmələrini və həmin mənzildən istifadə hüququnun (yaşamaq hüququ) verilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçıağa qızı və uşaqları - xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X8 ünvan 5 ünvanda yerləşən mənzildə yaşamaq hüquqları (istifadə hüquqları) müəyyən edilsin və onlar həmin mənzilə köçürülsünlər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X16

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar