Məhkəmə qərarları › İş №2(071)-534/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-534/2022

20.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-534/2022 20.07.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evindən cavabdehlər X9, Cavabdeh2 və X2 istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, xx.xx.1950-ci ildə Qazı-Məmməd şəhərində doğulmuşdur. Hazırda Bakı şəhəri Nəsimi rayonu C.Məmmədquluzadə küçəsi ev 82-də yaşayır. Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun mülkiyyətindədir. Həmin ev onun anası X6 məxsus olmuşdur. Onun mərhum qardaşı X12 arvadı Cavabdeh2, qardaşının övladları X9 və X7 hazırda onun mülkiyyətində olan Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evində qeydiyyatdadırlar. X3 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 xx.xx.2020-ci ildə vəfat etmişdir. O, hazırda Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evi 8.000 manata satmaq istəyir, lakin cavabdehlər razılıq vermədikləriniə görə evi sata bilmir. O, evin satışından əldə olunan vəsaitdən 3000-3500 manatını cavabdehlərə vermək istəmişdir. Lakin cavabdehlər həmin evi satmağa razılıq vermirlər. O, cavabdehlərin qeydiyyatdan çıxarılması üçün Hacıqabul RPŞ-nin QVŞV qrupuna müraciət etsə də, mübahisənin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi təqdim edilsə də, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh2 xx.xx.2020-ci ildə vəfat etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmənin hazırlıq iclasında iddianı qəbul etməmişlər və izahatlarında bildirmişlər ki, Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evi onların nənəsi X8 mülkiyyətində olmuşdur. Onlar həmin evdə nənələri X13, ataları X18 və anaları Cavabdeh2 ilə birlikdə yaşamışlar. Nənələri ataları X18 xx.xx.2014-cü ildə, nənələri X13 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Anaları Cavabdeh2 xx.xx.2020-ci ildə vəfat etmişdir. Anaları Cavabdeh2 yas mərasimini Muğan qəsəbəsində verərkən, onların yaşadıqları nənələri X5 miras qalmış Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evində yanğın baş vermiş, ev tamamilə yanaraq yararsız hala düşmüşdür. Bu səbəbdən müvəqqəti olaraq orada yaşaya bilmirlər. Həmin vaxt əmiləri İddiaçı onlardan xəbərsiz olaraq evi öz adına sənədləşdirmişdir. Hazırda əmiləri İddiaçı evi 7.000 manata sataraq, həmin puldan onlara 3.000-3.500 manat, bibilərinə isə 1.000 manat pul verəcəyi bildirir. Lakin onlar həmin evin başqa şəxslərə satılmasına razı deyillər, həmin evin dəyərindən onlara çatacaq 3.500 manatın çıxılması şərti ilə qalan məbləği əmiləri İddiaçı ödəməklə, evi öz adlarına keçirilməsini istəyirlər. İddiaçı Bakı şəhərində yaşamış, onlarla birlikdə heç vaxt Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evində yaşamamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehlərin məhkəmənin hazırlıq iclasında verdikləri izahatları, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, xx.xx.2014-ci il tarixli ********** qeydiyyat nömrəli RX ******* nömrəli çıxarışa əsasən Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evi X8 xüsusi mülkiyyətində olmuşdur. Ölüm haqqında çıxarışlardan müəyyən edilir ki, X13 xx.xx.2017-ci ildə, X14 xx.xx.1997-ci ildə ölmüşlər. Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. “Elektron notariat” X1 vasitəsi ilə əldə olunmuş qeydiyyatda olan şəxslər barədə çıxarışdan müəyyən edilir ki, Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evi X13, X9, Cavabdeh2 və X7 qeydiyyatdadırlar. Məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evində daimi qeydiyyatda olmaqla yaşamışlar, həmin evdən istifadə hüquqları vardır, həmin evdən başqa yaşayış yerləri yoxdur. Ev yanaraq yararsız vəziyyətə düşdüyünə görə müvəqqəti olaraq başqa ünvanda kirayədə yaşayırlar. Cavabdehlərin həmin evdən istifadə hüquqlarına Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə uyğun olaraq yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Müvafiq kompensasiya ödənilmədən cavabdehlər yaşadıqları evdən çıxarıla bilməz. İddiaçı isə cavabdehlərə kompensasiya verilməsi yolu ilə cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarına xıtam verilməsini tələb etməmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “X15rşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X11 haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daimi əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “cavabdehlər X4 və X2 onun mülkiyyətində olan Hacıqabul şəhəri M.Gəncəvi küçəsindəki 4 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar