Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-548/2025 16.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, Ərizəçi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11, X4, X9, X5, X6 və X13 cəlb edilməklə Maraqlı şəxsna qarşı “miras əmlakın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair xüsusi icraat qaydasında verilmiş ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1995-ci il tarixində vəfat etmiş X1 miras qalmış Hacıqabul şəhəri, X15 küçəsi, ev 50A (yeni qaydalarla Hacıqabul şəhəri, X15 küçəsi 116) ünvanında yerləşən və ümumi sahəsi 81.20 kv.m olan fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi üçün Ərizəçi tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbi üzrlü hesab edilməsi, onun miras əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddətin uzadılması və onun tərəfindən həmin miras əmlakın qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Qazı-Məmməd şəhərində anadan olmuş, atası X10 xx.xx.1995-ci ildə vəfat etmişdir. Mülkiyyətində olan fərdi yaşayış evimiz mərhum atasının adına rəsmiləşdirilmişdir. Hal-hazırda məhkəməyə müraciət etməyinin səbəbi həmin fərdi yaşayış evinin sənədləşməsində çətinlik çəkməyidir. Atası rəhmətə getdikdən sonra vaxtında müraciət edib sənədləşmənin edilməsini bilməmiş və bu vaxta qədər lazım olmamışdır. Hal-hazırda lazım olduğu üçün Hacıqabul rayon Notariat ofisinə müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirilmişdir ki, buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət olunmalıdır. Odur ki, sizə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11, X4, X9, X5, X6 və X13 mülki işə cəlb edilmişdir. Ərizəçi, müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X11, X4, X9, X5, X6 və X13 məhkəməyə xx.xx.2025-ci il tarixində teleqramlar ünvanlamış, həmin teleqramlarda məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini qeyd etmişdirlər. Odur ki, məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdirlər. Maraqlı şəxsna məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul rayon Notariat Ofisinin Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli, 352 nömrəli məktubun notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, Ərizəçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Hacıqabul rayon VVADQ Şöbəsi tərəfindən 10 fevral 1995-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı, 424507 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1995-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixində 15 nömrəsi ilə qeyd aparılmışdır. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 178224 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 23 iyun 1996-cı ildə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1996-cı ildə 79 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, X7 və X2 nikahı 15 iyun 1950-ci il taixdə 44 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən edilir ki, qeydiyyat nömrəsi ********** olan Hacıqabul şəhəri, X15 küçəsi, ev 50A (yeni qaydalarla Hacıqabul şəhəri, X15 küçəsi 116) ünvanında yerləşən və ümumi sahəsi 81.20 kv.m olan fərdi yaşayış evi X2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hacıqabul Rayon Qeydiyyat Şöbəsindən daxil olmuş X2 ailə üzvləri haqqında arayışdan müəyyən edilir ki, X2 ailə tərkibinin - həyat yoldaşı – 1930-cu il təvəllüdlü X7 (xx.xx.1996-cı ildə vəfat etmişdir), qızı - xx.xx.1960-cı il təvəllüdlü X12, oğlu xx.xx.1967-ci il təvəllüdlü X8 və qızı – xx.xx.1969-cu il təvəllüdlü X14 olduğu qeyd edilmişdir. Qeyd edilmişdir ki, X2 digər vərəsələrinində ola biləcəyi istisna edilməmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X11 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizə ilə məlum edilmişdir ki, xx.xx.1995-ci ildə vəfat etmiş atası – X2 vəfatından sonra miras əmlaka dair vərəsəliyi nə faktiki, nə də notariat ofisinə ərizə verməklə qəbul etməmiş, qanunla nəzərdə tutulan vərəsəliyin qəbuluna dair 6 aylıq müddəti buraxmışdır. Hərəkətsizliyinin nəticələri ona aydındır və buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət etməyəcəkdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizə ilə məlum edilmişdir ki, xx.xx.1995-ci ildə vəfat etmiş atası – X3 məxsus bütün əmlakı basıcı Ərizəçi miras kimi qəbul etməsinə etiraz etmir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizə ilə məlum edilmişdir ki, xx.xx.1995-ci ildə vəfat etmiş atası – X3 məxsus bütün əmlakı basıcı Ərizəçi miras kimi qəbul etməsinə etiraz etmir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizə ilə məlum edilmişdir ki, həyat yoldaşı X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və özü tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Onun ölümündən sonra irs qalmış (yaşayış, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini qəbul etməmiş və qəbul etmir. Öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Mirasa dair iddiası, əmlak tələbi olmayacaqdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizə ilə məlum edilmişdir ki, atası X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və özü tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Onun ölümündən sonra irs qalmış (yaşayış, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini qəbul etməmiş və qəbul etmir. Öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Mirasa dair iddiası, əmlak tələbi olmayacaqdır. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş X13 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizə ilə məlum edilmişdir ki, atası X8 xx.xx.2020-ci il tarixdə vəfat etmiş və özü tərəfindən mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət buraxılmışdır. Onun ölümündən sonra irs qalmış (yaşayış, qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın ona çatası hissəsini qəbul etməmiş və qəbul etmir. Öz vərəsəlik hüququnu rəsmiləşdirmək niyyətində deyildir. Mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət etməyəcəkdir. Mirasa dair iddiası, əmlak tələbi olmayacaqdır. İş materiallarında olan Hacıqabul Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İİ seriyalı, 117296 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X8 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 367 nömrə ilə qeyd edilmişdir. Məhkəmə, ərizəçinin izahatını, tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Hacıqabul şəhəri, X15 küçəsi, ev 50A (yeni qaydalarla Hacıqabul şəhəri, X15 küçəsi 116) ünvanında yerləşən və ümumi sahəsi 81.20 kv.m olan fərdi yaşayış evi X2 xüsusi mülkiyyətində olmuşdur. X10 xx.xx.1995-ci il tarixində vəfat etmişdir. Ərizəçi mərhum atası - X10 vəfat etdikdən sonra, miras əmlakın qəbul edilməsi ilə bağlı olan müddətdən məlumatı olmadığı üçün vaxtında müraciət edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. İşin faktiki hallarından göründüyü kimi, ərizəçinın atası X2 xx.xx.1995-ci il tarixində vəfatından sonra, ərizəçinın miras əmlakını qəbul etmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə müraciət etməməsinin əsas səbəbi, onun hüquqi savadının və müvafiq qanunvericilikdən irəli gələn hüquqi prosedurlara dair məlumatının olmaması olmuşdur. Ərizəçi, hüquqi savadsızlığı və vəziyyətin mürəkkəbliyini düzgün qiymətləndirə bilmədiyi üçün miras əmlakın qəbul edilməsi ilə bağlı müvafiq hərəkətləri vaxtında həyata keçirmək iqtidarında olmamışdır. İş materiallarından, məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxslər - X11, X4, X9, X5, X6 və X13 notarial qaydada təsdiq edilmiş ərizələrindən göründüyü kimi, onlar ərizəçinın miras əmlakının qəbul edilməsi üçün müddətin üzürlü hesab edilməsinə dair irəli sürdüyü iddiaya etiraz etməmiş və bu əmlakla bağlı hər hansı bir hüquqi tələblərinin olmadığını bəyan etmişlər. Belə olan halda, məhkəmə hesab edir ki, ərizəçinın mirası qəbul etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməsi səbəbi üzrlü sayılmalı, mirası qəbul etmək üçün müəyyənləşdirilmiş müddət uzadılmalıdır. Ərizəçi bu müddəti hansı vaxtadək uzadılmasını tələbində göstərməsə də, məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər (MM 1246). Bu baxımdan məhkəmə hesab edir ki, mirası qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət qeyri-müəyyən müddətə uzadıla bilməz, bu müddət qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla üç ay uzadılmalıdır. Məhkəmə, iddianın miras əmlakın qəbul edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissələri ilə bağlı olaraq qeyd edir ki, ərizəçinın qanunla müəyyən edilmiş müddəti ötürməsi üzrlü səbəblərlə əsaslandırıldığından, miras əmlakın qəbul edilməsi tələbi təmin edilməlidir. Lakin, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi hissəsi təmin edilə bilməz, çünki müddət bərpa edildiyi üçün ərizəçi notariat orqanına müraciət etməklə mirası qəbul edə bilər. Əgər notariat orqanı mirasın qəbul edilməsi faktını təsdiqləməzsə, ərizəçi xüsusi icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Bu səbəbdən, hazırkı mərhələdə məhkəmə tərəfindən mirasın qəbul edilməsi faktının təsdiq edilməsinə ehtiyac yoxdur və ərizəçiya izah edilməlidir ki, əvvəlcə notariat orqanına müraciət etməlidir, yalnız bu orqanın imtina qərarı olduğu halda məhkəmə qaydasında faktın təsdiqini tələb edə bilər. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. xx.xx.1995-ci il tarixində vəfat etmiş X1 miras qalmış Hacıqabul şəhəri, X15 küçəsi, ev 50A (yeni qaydalarla Hacıqabul şəhəri, X15 küçəsi 116) ünvanında yerləşən və ümumi sahəsi 81.20 kv.m olan fərdi yaşayış evinin miras əmlak kimi qəbul edilməsi üçün Ərizəçi tərəfindən qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbi üzrlü hesab edilsin və onun miras əmlakı qəbul etməsi üçün qanunla müəyyən edilmiş müddət qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 3 (üç) ay müddətinə uzadılsın. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-548/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-548/2025
16.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver