Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-560/2023 10.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbi” barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbi” barədə iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərə nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, ərizə iddiaçıların adından onların nümayəndəsi kimi Nümayəndə2 tərəfindən imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6, İddiaçı7 iddia ərizəsini tərtib edilməsi, imzalanması, məhkəməyə təqdim edilməsi və digər səlahiyyətləri onların adından həyata keçirmək üçün Nümayəndə2 etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 19-cu maddəsinin qeydinə əsasən yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Qanunvericiliyin tələbinə əsasən mülki prosesdə fiziki şəxsin nümayəndəsi kimi yalnız onun yaxın qohumu və ya vəkil iştirak edə bilər, o cümlədən onun adından iddia ərizəsini imzalaya bilər. Fiziki şəxsin yaxın qohumu olmayan şəxsə etibarnamə əsasında səlahiyyətlərin verilmiş olması, onun mülki prosesdə fiziki şəxsin nümayəndəsi kimi tanınmasına kifayət etmir. İddia ərizəsinə Nümayəndə2 İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X3, İddiaçı6 və İddiaçı7 yaxın qohumu olmasını təsdiq edən sənəd (doğum haqqında şəhadətnamə və s.) əlavə olunmadığından, Nümayəndə2 həqiqətən də iddiaçıların yaxın qohumu olub-olmamasını müəyyən etmək mümkün deyil. Mövcud vəziyyətdə isə Nümayəndə2 iddiaçıların yaxın qohumu olmasına dair hər hansı sənəd ərizəyə əlavə olunmadığından, onun iddiaçıların nümayəndəsi kimi iddia ərizəsini imzalamaq səlahiyyətinin olmadığını deməyə əsas verir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinin tələbinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi imzalamağa hüququ olmayan şəxs tərəfindən verildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddiaçılara təkrarən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X2, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma tələbi” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən Nümayəndə2 qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(071)-560/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-560/2023
10.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver