Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-567/2021 09.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı "xxxx" QSC-nin nümayəndəsi və X4, cavabdeh X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdeh X2 qarşı “yaşayış sahəsindən çıxarılmaqla qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC cavabdeh X2 qarşı “yaşayış sahəsindən çıxarılmaqla qanunsuz tikilinin sökülüb kənarlaşdırılması” tələbinə dair iddia ərizəsi ilə 27.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Hacıqabul rayonu Atbulaq dəmir yolu stansiyasının ərazisində, 3 nömrəli Ələt yol sahəsində yerləşən yaşayış sahəsindən çıxarılmaları, Atbulaq dəmiryolu stansiyasının ərazisində yerləşən, 3 nömrəli Ələt yol sahəsində dəmir yolunun mühafizə zonasının 17 metrliyində inşa edilmiş qanunsuz tikilinin Cavabdeh hesabına sökülərək dəmir yolunun mühafizə zonasından kənarlaşdırılması və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" QSC-nin nümayəndəsi və X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, "xxxx" QSC-nin Atbulaq dəmir yolu stansiyasının ərazisində yerləşən, 3 nömrəli Ələt yol sahəsinin balansında olan binada məskunlaşmış Zəngilan rayonundan məcburi köçkün Cavabdeh məskunlaşdığı binada əlavə qanunsuz tikinti işlərinin aparılması aşkar edilmişdir. Müəyyən olunmuşdur ki, həmin ərazidə dəmir yolunun mühafizə zonasının eni 30 metr təşkil etdiyi halda Cavabdeh tərəfindən 17 metr məsafədə tikinti işləri aparılmışdır. Bununla bağlı “Azərbaycan Dəmir Yolları" QSC-nin aidiyyəti işçilərinin iştirakı ilə 30.04.2021-ci il tarixdə akt tərtib olunmuşdur. Həmçinin Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə yaşaması üçün 2020-ci ilin yanvar ayından etibarən Şirvan şəhəri ərazisində məcburi köçkünlər üçün tikilmiş 9 nömrəli binanın 36 nömrəli mənzili ilə təmin edilmişlər. B.Mirzəliyev ailə üzvləri ilə birlikdə Şirvan şəhəri ərazisində məcburi köçkünlər üçün tikilmiş 9 nömrəli binanın 36 nömrəli mənzilinə köçsə də, məskunlaşdığı 3 nömrəli Ələt yol sahəsinin ərazisindəki binanı tərk etməkdən yayınır. Göstərilən bina dəmiryolunun mühafizə zonasında yerləşir və “Azərbaycan Dəmir Yollan" QSC-nin sədrinin 08.06.2016-cı il tarixli S-26 nömrəli sərəncamı ilə Cəmiyyətin balansından silinmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh X5 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, ailə üzvləri ilə birlikdə Zəngilan rayonundan məcburi köçkün düşdükdən sonra Atbulaq dəmiryolu stansiyasının ərazisində yerləşən, 3 nömrəli Ələt yol sahəsində dəmir yolunun mühafizə zonasında məskunlaşmışlar. Sonradan həmin tikili yandığından həmin ərazidə 7 metr uzunluğunda və 4 metr enində bina tikmiş və həmin binanın tikintisinə 25.000-30.000 manat xərc çəkmişdir. Daha sonra 27.01.2020-ci il tarixdə dövlət onun Şirvan şəhəri ərazisində məcburi köçkünlər üçün tikilmiş 9 nömrəli binanın 2 otaqlı 36 nömrəli mənzili ilə təmin etmişdir. O, hazırda Atbulaq dəmiryolu stansiyasının balansında olan binada yaşamır, binada olan tikinti materiallarının oğurlanmaması üçün həftədə bir dəfə həmin binaya baş çəkir və həmin binanın tikintisində istifadə etdiyi materialların sökülərək, ona qaytarılacağı təqdirə binanın boşaldılmasına və sökülməsinə etiraz etmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 30.04.2021-ci il tarili aktdan müəyyən edilir ki, "xxxx" QSC-nin Atbulaq dəmir yolu stansiyasının ərazisində yerləşən, 3 nömrəli Ələt yol sahəsinin balansında olan kazarma tipli taxta konstruksiyalı köhnə binaya baxış keçirilərkən həmin binanın yanmış vəziyyətdə olduğu, lakin binaya bitişik 4,5 m x 7,0 m ölçüdə mişar daşından tikilmiş qeyri-qanuni tikili aşkar edilmişdir. “Azərbaycan Dəmir Yollan" QSC-nin sədrinin 08.06.2016-cı il tarixli S-26 nömrəli sərəncamı ilə Atbulaq dəmir yolu stansiyasının ərazisində yerləşən, 3 nömrəli Ələt yol sahəsinin balansında olan kazarma tipli taxta konstruksiyalı bina cəmiyyətin balansından silinmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün Cavabdeh ailə üzvləri ilə birlikdə yaşaması üçün 27.01.2020-ci il tarixdə Şirvan şəhəri ərazisində məcburi köçkünlər üçün tikilmiş 9 nömrəli binanın 2 otaqlı 36 nömrəli mənzili ilə təmin etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, X5 ailəsi ilə birlikdə məskunlaşdığı Atbulaq dəmiryolu stansiyasının ərazisində yerləşən, 3 nömrəli Ələt yol sahəsində dəmir yolunun mühafizə zonasında yerləşən bina yandığından həmin ərazidə 7 metr uzunluğunda və 4 metr enində bina tikmiş və həmin binanın tikintisinə xeyli miqdarda tikinti materialları sərf etmişdir. 27.01.2020-ci il tarixdə Şirvan şəhəri ərazisində 2 otaqlı mənzillə təmin edilmişdir. O, hazırda Atbulaq dəmiryolu stansiyasının balansında olan binada yaşamır, qeyri-qanuni tikdiyi binaya sərf etdiyi tikinti materiallarının ona qaytarılması şərti ilə binanın boşaldılmasına və sökülməsinə etiraz etmir. Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır. Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2005-ci il tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş "Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydalan"nın 2-ci hissəsinin 3-cü abzasına əsasən təhkim zolağı dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yolu xətlərinin torpaq yatağına bitişən, dəmir yolu nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmiryolu nəqliyyatı təyinatlı torpaqlardır. Həmin Qaydaların 21-ci bəndinə əsasən təhkim zolağı hüdudlarında torpaq sahələrindən müvəqqəti istifadə edən hüquqi və fiziki şəxslər tərəfindən bu ərazidə hər hansısaslı tikinti işlərinin aparılmasına, həmin ərazidən qumun, gilin, digər tikinti materiallarının və torpağın götürülməsinə, dəmir yolu təyinatlı bina və digər tikililərə, həmçinin dəmir yolu obyektlərinin zərərli təbii təsirlərdən qorunması məqsədilə əkilmiş ağaclara təhlükə yaradan, hərəkət təhlükəsizliyinə ziyan vuran, dəmir yolu xətti boyu görünməni pisləşdirən obyektlərin yerləşdirilməsinə və tikilməsinə yol verilmir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ailə üzvləri ilə birlikdə Hacıqabul rayonu Atbulaq dəmir yolu stansiyasının ərazisində, 3 nömrəli Ələt yol sahəsində yerləşən yaşayış sahəsindən çıxarılmalı, cavabdeh X1 Hacıqabul rpayonu Atbulaq dəmiryolu stansiyasının ərazisində yerləşən, 3 nömrəli Ələt yol sahəsində dəmir yolunun mühafizə zonasında qeyri-qanuni inşa etdiyi bina onun vəsaiti hesabına sökülməli və həmin binanın tikintisinə sərf edilmiş tikinti materialları X1 vəsaiti hesabına alındığına görə ona qaytarılmalıdır. Cavabdeh X5 məcburi köçkün kimi dövlət rüsumunu ödəməkdən azad olduğuna görə, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ailə üzvləri ilə birlikdə Hacıqabul rayonu Atbulaq dəmir yolu stansiyasının ərazisində, 3 nömrəli Ələt yol sahəsində yerləşən yaşayış sahəsindən çıxarılsın. Cavabdeh X1 Hacıqabul rpayonu Atbulaq dəmiryolu stansiyasının ərazisində yerləşən, 3 nömrəli Ələt yol sahəsində dəmir yolunun mühafizə zonasında qeyri-qanuni inşa etdiyi bina onun vəsaiti hesabına sökülsün və həmin binanın tikintisinə sərf edilmiş tikinti materialları X2 qaytarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-567/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-567/2021
09.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver