Məhkəmə qərarları › İş №2(071)-571/2021

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-571/2021

19.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-571/2021 19.10.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 27.09.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Aqrar İslahat komissiyasının 02.02.1998-ci il tarixli 03 saylı qərarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə (JN 341, KOD ********) X3 və onun ailə üzvlərinə verilmiş Hacıqabul rayonu Navahi kəndində yerləşən 4,67 ha torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş ərazinin Cavabdeh alınaraq ona qaytarılması və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-nin direktoru tərəfindən 04.06.2021-ci il tarixli ********** saylı xidməti tapşırığa əsasən Hacıqabul rayon Nəvahi kənd sakini X2 adına (JN 341, KOD ********) saylı dövlət aktı ilə sənədləşdirilmiş 4,67 ha pay torpaq sahəsinin kordinatlarının naturada müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi verilsə də, onlar məhkəməyə gəlməmişlər. İddiaçı 13.10.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPMin 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. 16.09.2021-ci il tarixli 24930 nömrəli ödəniş qəbzinə əsasən K0163011 nömrəli terminal vasitəsilə "xxxx" ASC-nin Hacıqabul filialında Hacıqabul rayon Məhkəməsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu X1 tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar