Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-591/2021 01.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh ASC-nin X12 İdarəsinin nümayəndələri X1 və X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-nin X12 İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-nin X12 İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi 04.10.2021ci il tarixdə məhkəməyə müraciət edərək, onun Cavabdeh ASC-nin X12 İdarəsində su qəbuledici qurğuların istismarı sahəsinin nasos qurğularının maşinisti kimi işə bərpa olunması və məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması barədə ərizə ilə 30.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilməsi barədə Cavabdeh ASC-nin X12 İdarəsinin 02.08.2021-ci il tarixli 32/k nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdeh ASC-nin X12 İdarəsinə - “su qəbuledici qurğuların istismarı sahəsinin nasos qurğularının maşinisti” vəzifəsinə bərpa edilməsi və məcburi buraxılmış iş müddətinə görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X6 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı Cavabdeh ASC-nin X12 İdarəsində - “su qəbuledici qurğuların istismarı sahəsinin nasos qurğularının maşinisti” vəzifəsində işləmişdir. Onun əmək stajı 40 il 6 ay 26 gün təşkil edir. Cavabdeh ASC-nin X12 İdarəsinin 02.08.2021-ci il tarixli 32/k nömrəli əmri ilə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinin və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci bəndinin (Şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir) tələbləri pozulmuş, İddiaçı şəhid ailəsi kimi işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda üstünlük hüququnun olması nəzərə alınmamış, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İddiaçı şəhid atasıdır, onun oğlu X4 04.05.1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı gedən döyüşlərdə şəhid olmuşdur. 01.06.2021-ci il tarixdə iddiaçının ünvanına işlədiyi təşkilatdan “ştat vahidlərinin ixtisara düşməsi barədə xəbərdarlıq” gəlmişdir. Bundan sonra iddiaçı rəhbərliyə müraciət edərək şəhid ailəsi olduğu üçün ona üstünlük verilməli olduğunu bildirmiş və qanunvericilikdən çıxarışı təqdim etmişdir. Bundan sonra iddiaçıya əlavə məlumat veriləcəyi bildirilmişdir. İddiaçı işinə davam etmişdir. Lakin 02.08.2021-ci il tarixdə iddiaçı işdən azad olunmuşdur. Hesab edir ki, iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Odur ki, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi barədə Cavabdeh ASC-nin X12 İdarəsinin 02.08.2021-ci il tarixli 32/k nömrəli əmri ləğv edilməsini, İddiaçı Cavabdeh ASC-nin X12 İdarəsinə - “su qəbuledici qurğuların istismarı sahəsinin nasos qurğularının maşinisti” vəzifəsinə bərpa edilməsini, 02.08.2021-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqınin ödənilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, nümayəndəsi və vəkili X2 izahatı ilə razı oduğunu və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin X12 İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Cavabdeh ASC X12 İdarəsində işçilərin sayının azaldılması məqsədi ilə 35 ştat vahidi ixtisar olunmuşdur. Bu zaman ailəsinə başqa yerdən gəliri olmayan şəxslərin işdə saxlanmasına üstünlük verilmişdir. İddiaçı şəhid ailəsi və hazırda 69 yaşında təqaüdçü kimi pensiya aldığına görə (ailəsinə başqa yerdən qazanc gəldiyinə görə) onu da ixtisara salmışlar. İddiaçı işlədiyi “su qəbuledici qurğuların istismarı sahəsinin nasos qurğularının maşinisti” vəzifəsində işləyən 5 nəfər, o cümlədən iddiaçı ixtisara salınmışdır. İşdə saxlanılan şəxslərin heç birinin başqa yerdən gəliri yoxdur. Odur ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 02.08.2021-ci il tarixli əmrlə Əmək məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xitam verilərkən qanun pozuntusuna yol verilməmişdir. Bu səbəbdən iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh ASC-nin X12 İdarəsinin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi, digər nümayəndə X1 izahatı ilə razı olduğunu bildirdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, tərəflərin izahatları, işin məhkəmə tərəfindən araşdırılmış həqiqi halları və işdə olan rəsmi sənədlərdən müəyyən edilir ki, İddiaçı oğlu X4 04.05.1994-cü il tarixdə Azərbaycan Respublikasının müdafiəsi zamanı gedən döyüşlərdə şəhid olmuşdur. İddiaçı şəhid ailəsi statusuna malikdir. İddiaçı Cavabdeh ASC-nin X12 İdarəsində - “su qəbuledici qurğuların istismarı sahəsinin nasos qurğularının maşinisti” vəzifəsində işləmişdir. Onun əmək stajı 40 il 6 ay 26 gün təşkil edir. Cavabdeh ASC X12 İdarəsinin HİK-nin heyət üzvlərinin 13.07.2021-ci il tarixli 06 nömrəli protokolundan müəyyən edilir ki, Cavabdeh ASC X12 İdarəsinin işçi sayının azaldılması məqsədi ilə ştat vahidlərinin ixtisar olunmuş, bu zaman 35 nəfər işçinin əmək müqaviləsinə Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləsi qərara alınmışdır. Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Cavabdeh ASC-nin X12 İdarəsinin 02.08.2021-ci il tarixli 32/k nömrəli əmri ilə Cavabdeh ASC-nin X12 İdarəsinin “su qəbuledici qurğuların istismarı sahəsinin nasos qurğularının maşinisti” vəzifəsində işləyən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) 02.08.2021-ci il tarixdən xitam verilmişdir. Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda şəhid ailəsinin üzvlərinə işdə saxlanmasına üstünlük verir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci bəndinə əsasən şəhid ailəsi statusunu almış ailənin üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda onlara üstünlük verilir. Göründüyü kimi, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinin və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci bəndinin tələbləri pozulmuş, İddiaçı şəhid ailəsi kimi işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda üstünlük hüququnun olması nəzərə alınmamış, cavabdeh tərəfindən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilməsi barədə Cavabdeh ASC-nin X12 İdarəsinin 02.08.2021-ci il tarixli 32/k nömrəli əmri ləğv edilməli, İddiaçı Cavabdeh ASC-nin X12 İdarəsinə - “su qəbuledici qurğuların istismarı sahəsinin nasos qurğularının maşinisti” vəzifəsinə bərpa edilsin. 02.08.2021-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştat vahidi ixtisar edildiyinə görə) xitam verilməsi barədə Cavabdeh ASC-nin X12 İdarəsinin 02.08.2021-ci il tarixli 32/k nömrəli əmri ləğv edilsin. İddiaçı Cavabdeh ASC-nin X12 İdarəsinə - “su qəbuledici qurğuların istismarı sahəsinin nasos qurğularının maşinisti” vəzifəsinə bərpa edilsin. 02.08.2021-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günədək İddiaçı məcburi iş buraxmaya görə əmək haqqı ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-591/2021
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-591/2021
01.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver