Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-594/2022 06.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6 və İddiaçı1 vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh2, Şirvan şəhər 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və torpaq sahəsindən istafədəyə maneəçilik törədən bütün halların qadağan edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh2, Şirvan şəhər 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və torpaq sahəsindən istafədəyə maneəçilik törədən bütün halların qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh2 xx.xx.1998-ci ildə JN 0063 nömrəli KOD 91004058 nömrəli Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən 23.56 ha torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəmiz boşaldılaraq təhvil verilməsi, Cavabdeh2 xx.xx.1998-ci ildə JN 0063 nömrəli KOD 91004058 nömrəli Dövlət Aktına əsasən iddiaçıların mülkiyyətində olan Hacıqabul rayonu, Ələtli kəndində yerləşən 23.56 ha torpaq sahəsindən sahiblik, istifadə və sərəncam vermələrinə dair maneəçilik törədən bütün halların qadağan edilməsi və Şirvan şəhər Notariat Ofisində bağlanılmış xx.xx.2020-ci il tarixli 7-V-179 və 7-V-180 nömrəli X1 haqqında Şəhadətnamə və Hacıqabul rayon Notariat Ofisində bağlanılmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı6 və İddiaçı1 vəkili Vəkil xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsiniy və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdilər. Digər iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı5 və İddiaçı7, cavabdeh Şirvan şəhər 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinə əsasən gəlməyən iddiaçıların, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq gəlməyən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh2 məhkəmə iclasının iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədi. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci və 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.7, 259.0.11, 260, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 və İddiaçı7 cavabdehlər Cavabdeh2, Şirvan şəhər 1 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi və torpaq sahəsindən istafədəyə maneəçilik törədən bütün halların qadağan edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. "xxxx" ASC-nin “Ekspresspay” ödəniş sistemi vasitəsilə xx.xx.2022-ci il tarixli ********* nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən İddiaçı1 qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-594/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-594/2022
06.10.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver