Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-619/2023 27.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X21 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, mirasın qəbul edilməsi müddətinin uzadılması və xx.xx.1993-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 2A-da yerləşən fərdi yaşayış evinin onun tərəfindən miras əmlak kimi qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X8 xx.xx.1993-ci il tarixdə vəfat etmişdir. ünvan 2A (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X5 məxsusdur. Həmin fərdi yaşayış evinin rəsmiləşdirməsi ilə əlaqədar Hacıqabul rayon Notariat ofisinə müraciət edib, onun müraciətinə cavab olaraq xx.xx.2023-ci il tarixli, 135 saylı məktubla Notariat ofisindən bildirilmişdir ki, Azərbaycan Respublikasının MM-nin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək izahatında bildirdi ki, əri Məhəmməd Nəzirov vəfat etdikdən sonra ona məxsus fərdi yaşayış evində o və uşaqları yaşamışdır. Lakin, vərəsə kimi həmin əmlakı yalnız o qəbul etmişdir. Odur ki, mərhum ərindən miras qalmış əmlakın faktiki qəbul etməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Seyidxanım onunla qonşuluqda yaşayır. O, 1972-ci ildə gəlin köçəndən sonra Seyidxanım oraya gəlin köçmüşdür. Seyidxanımın həyat yoldaşı polis işçisi olmuş və 1993-cü ildə vəfat etmişdir. Seyidxanımın həyat yoldaşı vəfat edəndən sonra onun evində Seyidxanım və uşaqları yaşamışlar. Hazırda isə həmin evdə yalnız Seyidxanım yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid X7 ilə eyni məzmunlu ifadə vermişdir. Maraqlı şəxs Hacıqabul rayon Dövlət Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X19 şəxs tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən edilir ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi X4 xüsusi mülkiyyətində olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi nikahı xx.xx.1977-ci il tarixdə 40 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Nəzirov”, arvada “Nəzirova” soyadı verilmişdir. İş materiallarından olan AZ-İV 358773 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1993-ci il tarixdə ölmüşdür. İş materiallarında olan X9, X10, X3 və X12 tərəfindən ayrı-ayrılıqda notarial qaydada verilmiş xx.xx.2022-ci il tarixli ərizələrdən görünür ki, onlar ataları X2 miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmirlər və etmək fikrində də deyildirlər. İş materiallarında olan Hacıqabul rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli 1381 nömrəli çıxarışdan görünür ki, xx.xx.1993-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlakın qəbuluna dair Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-1246-1257-1267-ci maddələrinin tələblərinə əsasən buraxılmış müddət məhkəmə üzürlü sayarsa uzadıla bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, Ərizəçi ilə X8 xx.xx.1977-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların nikahından dörd uşaqları doğulmuşdur. Məhəmməd Nəzirov xx.xx.1993-cü il tarixdə ölmüşdür. Onun ölümündən sonra miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində qanun üzrə birinci növbə vərəsələrindən yalnız Ərizəçi mirası faktiki olaraq qəbul etmiş və idarə etmişdir. Miras qoyanın uşaqları mirası açıldıqdan sonra bir müddət həmin evdə yaşasalar da, həmin əmlakı miras əmlak kimi qəbul etməmişlər. Ərizəçi miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat orqanına ərizə ilə müraciət etsə də, ona mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Belə olan təqdirdə, ərizəçi mərhum ərindən miras qalmış əmlakı vəsərəlik qaydasında qəbul edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə, miras qoyan X8 xx.xx.1993-cü il tarixdə öldüyünə görə, ondan miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquq münasibətləri ilə bağlı xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəlləsinin normaları tətbiq olunmalıdır. xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, miras qoyan X8 öldükdən sonra onun birinci növbə vərəsələrindən yalnız arvadı - Ərizəçi miras qalmış əmlaka faktiki surətdə yiyələndiyindən və və həmin əmlakı idarə etdiyindən, o, mirası qəbul etmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 miras qalmış ünvan 2 ünvanda yerləşən fərdi daşınmaz əmlakın (fərdi yaşayış evi və altındakı torpaq sahəsi) Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: Ərizə təmin edilsin. X1 miras qalmış ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X22
Məhkəmə qərarları › İş №2(071)-619/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-619/2023
27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver