Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-620/2023 17.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X22 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1923-cü il tarixdə Qazı-Məmməd rayonunda anadan olmuş X5 doğum faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1939-cu ildə Qazı-Məmməd rayonun Nəvahi kənində anadan olmuş və hal-hazırda Hacıqabul rayonunun Nəvahi kəndində yaşayır. X6 anası Həşimova (Məlikova) Səkinə Ağababa qızı ilə ona məlum olmayan tarixdə rəsmi nikah münasibətlərinə girərək evlənmişlər, onların rəsmi nikahlarından 2 (iki) uşaqları olmuşdur. Qardaşı xx.xx.1941-ci il təvəllüdlü X14 olmuş və bu yaxınlarda vəfat etmişdir. Anası XX.XX.1923-cü il təvəllüdlü X10 xx.xx.2001-ci ildə, atası XX.XX.1910-cu il təvəllüdlü X13 isə xx.xx.1943-cü ildə vəfat etmişlər. Hal-hazırda Hacıqabul rayonunun Nəvahi kəndində mərhum anasının qardaşı X7 fərdi yaşayış evi qalmışdır. Həmin evi dayısının ölümündən sonra o sahiblik etmiş və bu gündə həmin evdə oğlu X15 yaşayır. Həmin evə müvafiq qaydada qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün mərhum anasının doğum və nikah haqqında şəhadətnaməsi tələb edilib. Bundan sonra o məcbur olub aidiyyəti üzrə müraciət və ərizələr yazaraq mərhum anası X5 doğum və nikah şəhadətnamələrini axtarmışdır. Maraqlı şəxs tərəfindən verilmiş arayışlarda bildirilmişdir ki, XX.XX.1923-cü ildə Hacıqabul rayonu Nəvahi kəndində anadan olmuş Məlikova (Həşimova) Səkinə Ağababa qızının doğum və nikah akt qeydi aşkar edilməmişdir. Ərizəsinə əlavə etdiyi foto şəkillərdən görünür ki, mərhum anası XX.XX.1923-cü il təvəllüdlü X10 xx.xx.2001-ci ildə vəfat etmiş və bunu qəbir daşından görmək olar. Hesab edir ki, XX.XX.1923-cü il təvəllüdlü X5 Qazı-Məmməd rayonunda doğum faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 193518 nömrəli, xx.xx.2013-cü il tarixdə verilmiş ərizəçı Ərizəçi doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, şəhadətnamənin ata qrafasında X13 ana qrafasında X10 yazılmışdır. İş materiallarında olan DYİ seriyalı ******* nömrəli Qazaxıstan Respublikası vətəndaşlığı olan şəxsin şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1939-cu il tarixdə Hacıqabul rayonunda doğulmuş, yaşayış yeri Hacıqabul rayonu, Nəvahi kəndi olmuşdur. İş materiallarında olan AZ-İ № 835487 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1943-cü ildə ölmüşdür. İş materiallarında olan AZ № 073786 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2001-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ № 004075 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2019-cu ildə ölmüşdür İş materiallarından görünür ki, Maraqlı şəxs arxivində və Milli arxiv idarəsində Həşimova (Məlikova) Səkinə Ağababa qızının doğum akt qeydi haqqında məlumat aşkar olunmamışdır. İş materiallarında olan Hacıqabul rayon Navahi Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 59 nömrəli arayışdan görünür ki, X2 rayon Navahi kəndində yaşamış və xx.xx.2001-ci il tarixində Hacıqabul rayon Navahi kəndində vəfat etmişdir. X1 qəbirstanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilən foto şəkilərdən də müəyyən edilir ki, 1923-cü ildə doğulmuş X10 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş arayışdan görünür ki, araşdırma zamanı X5 ölümü haqqında akt qeydi istisna olmaqla, doğumu və nikahı haqqında hər hansı məlumat aşkar olunmamışdır. Bu səbəbdən S.Həşimovanın doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi ərizəçiyə tövsiyyə olunmuşdur. Beləliklə, ərizəçinin izahatı və iş materialları ilə ərizəçinin anası - X5 1923-cü ildə Hacıqabul rayonunda doğulması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi anasının doğum haqqında şəhadətnaməsinin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin onun doğum akt qeydi olmadığına görə doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum dayısı X8 miras qalmış əmlakı vərəsəlik qaydasında ala bilməsi üçün anasının doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin Həşimova (Məlikova) Səkinə Ağababa qızının doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, o, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan qeydiyyat şöbəsi X5 doğum akt qeydi olmadığına görə, onun doğum haqqında şəhadətnaməsini ərizəçiyə verə bilməmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, mərhum Həşimova (Məlikova) Səkinə Ağababa qızının doğum faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Həşimova (Məlikova) Səkinə Ağababa qızının doğum akt qeydi olmadığına görə onun doğum haqqında şəhadətnaməsini verə bilməməsi nəticəsində ərizəçi anasının adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Həşimova (Məlikova) Səkinə Ağababa qızının 1923-cı ildə məlum olmayan ayda və gündə Hacıqabul rayonunda doğulması ərizəçinin izahatı ilə yanaşı işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, onun tərəfindən verilmiş hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Həşimova (Məlikova) Səkinə Ağababa qızının XX.XX.1923-cü il tarixdə Qazı- Məmməd (Hacıqabul) rayonunda doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(071)-620/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-620/2023
17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver