Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-624/2023 10.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X1 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı Hacıqabul rayon Padar Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq və əmlak vergi borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, müəyyənetdi: Hacıqabul rayon Padar Bələdiyyəsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 396,07 manat torpaq və əmlak vergi borcunun alınması barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 2(071)-624/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə əmrinə əsasən Hacıqabul rayonu, Padar qəsəbəsində yerləşən torpaq sahəsinə görə torpaq və əmlak vergisi üzrə Hacıqabul rayon Padar Bələdiyyəsinə yaranmış 396,07 manat pulun borclu Cavabdeh alınaraq tələbkar Hacıqabul rayon Padar Bələdiyyəsinə ödənilməsi əmr edilmişdir. Məhkəmə əmrindən narazı qalan borclu Cavabdeh etiraz vermişdir. Borclu etirazını onunla əsaslandırmışdır ki, onun Hacıqabul rayon Padar qəsəbəsində torpaq sahəsi yoxdur. Odur ki, məhkəmə əmrinin ləğv edilməsini xahiş etmişdir. Hacıqabul rayon Məhkəməsinin 2(071)-624/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən etiraz təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin 2(071)-624/2023 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə əmri ləğv edilmiş, tələbkar Hacıqabul rayon Padar Bələdiyyəsinin məhkəmə əmrinin verilməsinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması və mülki iş üzrə məhkəmənin hazırlıq iclasının xx.xx.2023-cü il tarixə saat 10:00a təyin edilməsi qərara alınmışdır. Lakin, iddiaçı və cavabdeh məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və mülki işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli, 3 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilən qanunvericilik normasını rəhbər tutaraq və Ali Məhkəmənin Plenum Qərarındakı tövsiyyəni nəzərə alaraq məhkəmə hesab edir ki, mülki işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından ərizə baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Hacıqabul rayon Padar Bələdiyyəsinin Cavabdeh qarşı “torpaq və əmlak vergi borcunun ödənilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №2(071)-624/2023
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-624/2023
10.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver