Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-631/2021 02.11.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 07.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Ağacanlı kəndində yerləşən 3,43 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən Cavabdeh çıxarılaraq, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, mübahisəni cavabdehlə öz aralarında həll edəcəklərini bildirdi və iddia ərizəsinin geri qaytarılmasını xahiş etdi. Cavabdeh məhkəmənin hazırlıq iclasında iddia ərizəsinin iddiaçıya qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPMin 170.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən məcburi çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-631/2021
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-631/2021
02.11.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver