Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-640/2023 18.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X15 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs – Maraqlı şəxs) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il tarixdə Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində doğulmuş qız uşağının doğum faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 xx.xx.2004-cü ildə ev şəraitində anadan olmuş, qızı Rəvanəyə bu günə kimi müəyyən səbəblərdən doğum haqqında şəhadətnamə ala bilməmişdir. Lakin hazırda qızının böyüyüb müəyyən sənədləri əldə etmək üçün doğum şəhadətnaməsi lazım olmuş, o bu barədə müəyyən orqanlara müraciət etmiş, həmin orqanlar ona qızı Rəvanənin doğum akt qeydinin olmadığını və bu sənədi məhkəmə vasitəsi ilə əldə etməyini məsləhət görərək ona yazılı arayışlar vermişlər. Məhkəmənin hazırlıq iclasında Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək, onun xx.xx.2004-cü il tarixdə Hacıqabul rayonunun Qubalıbaloğlan kəndində ev şəraitində qız uşağı doğması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 07 saylı, xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, xx.xx.2004-cü il tarixində ev şəraitində anadan olmuş qız övladının doğum faktını təsdiq edən tibbi sənədi təqdim edə bilmədiyindən, həmin uşağın doğumunun qeydə alınması barədə ərizənin təmin edilməsi imkan xaricindədir. İş materiallarında olan Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş fotoşəkilli arayışa əsasən xx.xx.2004-cü il təvəllüdlü X6 tibbi müayinədən keçmişdir. Hal-hazırda sağlamdır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının X3 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Hacıqabul rayonu, Qubalıbaloğlan kənd sakini Ərizəçi xx.xx.2004-cü il tarixdə bir nəfər qız uşağı doğmuşdur. Həmin qız uşağı hal-hazırda Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində yaşayır. İş materiallarında oaln xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Hacıqabul rayon Qubalıbaloğlan kənd İƏD üzrə nümayəndəsi X7, bələdiyyənin sədri X1, anası Ərizəçi, ana nənəsi X4, ata nənəsi X8, qohumu X12 və qonşusu X10 akt tərtib ediblər ondan ötrü ki, Ərizəçi həqiqətən xx.xx.2004-cü il tarixə Hacıqabul rayon Qubalıbaloğlan kəndində ev şəraitində qız övladı dünyaya gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçi onun ögəy qızıdır. Xədicənin bir qızı Rəvanə, ikinci ailəsindən isə üç övladı var. Rəvanə 2004-cü ildə doğulub. Xədicənin birinci yoldaşı Qubalıda yaşayır. Rəvanə damda dünyaya gəlib. Doğum vaxtı Xədicənin yanında yoldaşının qohumları olub. O uşağın doğulduğunu səhəri günü eşitmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2004cü il tarixdə Hacıqabul rayonu Qubalıbaloğlan kəndində Ərizəçi tərəfindən ev şəraitində qız cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq hal-hazırda sağlam olmaqla ərizəçinin yanında yaşayır. Odur ki, ərizə təmin edilməli və uşağın doğum faktı müəyyən olunmalıdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi övladının şəxsiyyətini təsdiq edən sənədinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən xx.xx.2004-cü il tarixdə Hacıqabul rayonu Qubalıbaloğlan kəndində ev şəraitində qız cinsli uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X16
Məhkəmə qərarları › İş №2(071)-640/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-640/2023
18.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver