Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-641/2023 17.07.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X13 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs – Maraqlı şəxs) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il tarixdə Hacıqabul rayonunun Muğan kəndində doğulmuş Rəhman adlı uşağın doğum faktının müəyyən edilməsi və atası X3 Rəhmanın atası qismində yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.2002-cü il təvəllüdlü X3 doğum faktının müəyyən edilməsi və uşağa yeni doğum haqqında şəhadətnamənin verilməsi, həmçinin uşağın doğumu qeydə alınarkən ata haqqında məlumatın nikah olmadığı üçün ananın deməsinə əsasən yazılması barədə xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə müraciət etmişdir. Qeyd etmək istəyir ki, X6 və X7 doğumu aparmış Mənsumanın yaxın qohumları olmaqla doğumda ona köməklik etmişlər. Övladının atası mərhum X2 faktiki nikahdan üç övladı olmaqla ən böyük övladı X4r. X1 doğum faktının qeydə alınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Çünki, bununla bağlı Maraqlı şəxsnə müraciət etsə də, ona tələbinin icrasından imtina olunduğunu və bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək, onun tərəfindən xx.xx.2002-ci il tarixdə Hacıqabul şəhərində ev şəraitində oğlan uşağı doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, uşağın doğum faktı müəyyən edilmədiyinə görə o, hərbi xidmətə gedə bilmir. Rəhman xx.xx.2002-ci il tarixdə Hacıqabul rayonunda ev şəraitində doğulmuşdur. Həmin vaxt maddi imkanları olmadığından xəstəxanaya getməmişlər. Odur ki, qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 87 saylı, xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, xx.xx.2002-ci il tarixində ev şəraitində anadan olmuş oğlan övladının doğum faktını təsdiq edən tibbi sənədi təqdim edə bilmədiyindən, həmin uşağın doğumunun qeydə alınması barədə ərizənin təmin edilməsi imkan xaricindədir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, Sahilə ilə uzun illərdir qonşuluqda yaşayır. Onun 3 övladı var - biri qız ikisi oğlan. Rəhman Sahilənin böyük oğludur. Sahilənin yoldaşı rəhmətə getmişdir. Rəhman xx.xx.2002-ci ildə evdə doğulub, doğum vaxtı o, bacısı və qaynanası Sahilənin yanında olmuşdur. Gecə saatları olduğu üçün uşaq ev şəraitində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, o Sahiləni tanıyır, onun bacısının qaynanası ilə bir yerdə işləmişdir. Sahilənin bir qız ikisi oğlan olmaqla üç övladı vardır. Böyük oğlunun adı Rəhmandır. Rəhman 2002-ci ildə anadan olmuşdur və doğulan vaxt o orada olmuşdur. Uşaq gecə saatlarında doğulmuşdur. Əvvəllər xəstəxanaya getmək üçün imkan olmurdu və çox adam ev şəraitində uşaqlarını dünyaya gətirirdilər. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2002ci il tarixdə Hacıqabul rayonunda Ərizəçi tərəfindən ev şəraitində oğlan cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq halhazırda sağlam olmaqla ərizəçinin yanında yaşayır. Odur ki, ərizə təmin edilməli və uşağın doğum faktı müəyyən olunmalıdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçiin doğum faktının müəyyən edilməsini xahiş etdiyi övladının şəxsiyyətini təsdiq edən sənədinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən xx.xx.2002-ci il tarixdə Hacıqabul şəhərində ev şəraitində oğlan cinsli uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X14
Məhkəmə qərarları › İş №2(071)-641/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-641/2023
17.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver