Məhkəmə qərarları › İş №2(071)-644/2021

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-644/2021

21.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-644/2021 21.12.2021 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və X2 qarşı “ümumi istifadədə olan avtomobil yolunun cavabdehlərin vəsaiti hesabına açılması və sair tələblərə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və X2 qarşı “ümumi istifadədə olan avtomobil yolunun cavabdehlərin vəsaiti hesabına açılması və sair tələblərə dair” dair iddia ərizəsi ilə 07.10.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və X4 tərəfindən Hacıqabul şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən 203 nömrəli evə gedib-gələn avtomobil yolunda yaradılan maneələrin cavabdehlərin öz vəsaitləri hesabına sökülməsi, gələcəkdə həmin yolda hər hansı bir maneənin yaradılmasının onlara qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək, cavabdehlərlə öz aralarında razılığa gəldiklərini bildirərək, iddia ərizəsinin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılmasına ərizəsinin təmin edilməsini xahiş etmədilər və işə mahiyyəti üzrə baxılmasına təkid etmədilər. Cavabdehlər X3 və X4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq işə məhkəməyə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və X2 qarşı “ümumi istifadədə olan avtomobil yolunun cavabdehlərin vəsaiti hesabına açılması və sair tələblərə dair” dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar