Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-655/2022 14.06.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Mən, Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən X22, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X16, X7, X1, X3, X4, X5, X12, X9, X8, X2 və X10 cavabdeh Meyniman kənd bələdiyyəsinə qarşı “mal-qara saxlamaq üçün torpaq sahəsinin ayrılması” tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X25, X17, X6, X13, X14, X15, X23, X20, X18, X11 və X21 cavabdeh Meyniman kənd bələdiyyəsinə qarşı “mal-qara saxlamaq üçün torpaq sahəsinin ayrılması” tələbinə dair iddia ərizəsi ilə 04.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Meyniman kəndində yerləşən 1000 ha torpaq sahəsini heyvanların otlaq sahəsi kimi onların istifadələrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Hacıqabul rayon məhkəməsinin 14.03.2022-ci il tarixli 2(071)-655/2022 saylı qərardadı ilə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilmişdir. Buna baxmayaraq iddiaçılar eyni iddia tələbi ilə yenidən Hacıqabul rayon məhkəməsinə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, heyvanlar üçün otlaq sahəsinin ayrılması məhkəmənin səlahiyyətində olmadığından iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-in 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə qeyd edir ki, “məhkəmə qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Odur ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası 153, 153.2.1, 153.5, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X16, X7, X1, X3, X4, X5, X12, X9, X8, X2 və X10 cavabdeh Meyniman kənd bələdiyyəsinə qarşı “mal-qara saxlamaq üçün torpaq sahəsinin ayrılması” tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qəbulundan, iddianın yolverməzliyinə görə imtina edilsin. İddiaçılara izah edilsin ki, onlara mal-qara saxlamaq üçün torpaq sahəsinin ayrılması üçün Meyniman kənd bələdiyyəsinə müraciət etməlidirlər. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-655/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-655/2022
14.06.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver