Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-69/2022 10.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Hacıqabul rayon dövlət notariat kontoruna qarşı “hüquqi əhəmiyyəti olan mirası qəbul etmə faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 07.10.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun 26.02.1994-cü ildə vəfat etmiş X1ndan miras qalmış Hacıqabul rayonu Navahi kəndində yerləşən 0,25 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 185,2 kv.m olan fərdi yaşayış evini 26.02.1994-cü ildə qəbul etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində Hacıqabul rayon Notariat Ofisini iş üzrə maraqlı şəxs kimi göstərmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, X1 ilə anası X8 1929-cu ildə nikahlarını rəsmi qaydada qeydə aldırmadan ailə qurmuşlar, nikahlarını 03.07.1969-cu il tarixdə rəsmi qeyd etdirmişlər. Onların birgə faktiki nikahından xx.xx.1945-ci ildə o, doğulmuşdur. X1 26.02.1994-cü ildə, anası X8 15.12.1983-cü ildə vəfat etmişlər. Hacıqabul rayonu Navahi kəndində yerləşən 0,25 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 185,2 kv.m olan fərdi yaşayış evi X1nun mülkiyyətində olmuşdur. Həmin daşınmaz əmlak valideynlərinin ölümündən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 30.06.2021-ci iİ tarixdə mərhum X1nun adına qeydə alınmış, bu barədə hüquqların dövlət qeydiyyatına dair reyestrində çıxarış verilmişdir. O, qanun üzrə vərəsə kimi valideynləri vəfat etdikdən sonra miras qalmış fərdi yaşayış evini və torpaq sahəsini 1994-cü ildən faktiki qəbul etmiş, bu günə kimi onun istifadəsində və sahibliyindədir. O, atasından miras qalmış əmlakın qəbuluna dair notariat ofisinə ərizə ilə müraciət etmişdir. Hacıqabul rayon Notariat Ofisi 31.08.2021-ci il tarixli 581 saylı məktubla müddətin buraxılmasını əsas gətirməklə, Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə əsasən buraxılmış müddəti məhkəmənin üzürlü sayarsa, uzada biləcəyini bildirmişdir. O, mərhum atasından qalmış daşınmaz əmlakı miras əmlak kimi faktiki qəbul etsə də, vərəsəlik haqqında şəhadətnamə almaq üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Odur ki, ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Hacıqabul rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş verilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İ-İE 336058 nömrəli 03.07.1963-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X7 ilə X8 03.07.1963-cü il tarixdə 13 saylı akt qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. 07.05.2021-ci il tarixdə verilmiş AZ-İV 581455 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, Ərizəçi xx.xx.1945-ci ildə Hacıqabul rayonu Nəvahi kəndində doğulmuşdur, X1, anası X6r. 04.03.1994-cü il tarixli İİ-JQ 411743 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X7 26.02.1994-cü ildə ölmüşdür. 01.04.2021-ci il tarixdə verilmiş AZ-İİ 146513 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X8 15.12.1983-cü ildə ölmüşdür. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 30.06.2021-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışdan müəyyən edilir ki, Hacıqabul rayonu Navahi kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 185,2 kv.m olan fərdi yaşayış evi Ərizəçi xüsusi mülkiyyətindədir. Hacıqabul rayonu Navahi kənd bələdiyyəsi tərəfindən verilmiş 15.11.2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Ərizəçi X1na məxsus Hacıqabul rayonu Navahi kəndində yerləşən 0,24 ha həyətyanı torpağın vergisini atası vəfat edəndən sonra bələdiyyə yarandığı gündən ödəmişdir. “Azəriqaz” İB-nin Salyan RQİİ Hacıqabul Xidmət Sahəsi tərəfindən verilmiş ödəniş cədvəlindən görünür ki, Ərizəçi Hacıqabul rayonu Navahi kəndində olan evinə 2020-2021-ci illər ərzində təbii qazdan istifadəyə görə ödəniş olmuşdur. Hacıqabul rayonu Navahi kənd İƏD üzrə icra nümayəndəsinin verdiyi 30.11.2021-ci il tarixli 503 nömrəli arayışdan müəyyən edilir ki, Ərizəçi hal-hazırda Hacıqabul rayonu Navahi kəndində yaşayır. Ərizəçi X1 26.02.1994-cü ildə vəfat etmişdir və dəfn xərclərini oğlu Ərizəçi özü çəkmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, məhkəmə araşdırması zamanı sübutların məcmusu ilə müəyyən edilir ki, Ərizəçi X1 və anası X8 1929-cu ildə ailə qurmuşlar, nikahlarını 03.07.1969-cu il tarixdə rəsmi qeyd etdirmişlər. Onların birgə faktiki nikahından xx.xx.1945-ci ildə Ərizəçi doğulmuşdur. Ərizəçi anası X8 15.12.1983-cü ildə, X1 isə 26.02.1994-cü ildə vəfat etmişlər. X7 vəfat etdikdən sonra mülkiyyətində olan Hacıqabul rayonu Navahi kəndində yerləşən 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 185,2 kv.m olan fərdi yaşayış evi miras qalmış və Ərizəçi X1nu dəfn etmiş və miras qalmış evi və torpaq sahəsini qanun üzrə birinci növbə vərəsə kimi 26.02.1994-cü ildən faktiki idarəçiliyə qəbul etmiş, əmlaka sahiblik etməklə, ondan öz mülkiyyəti kimi hazırkı vaxta kimi istifadə edir. Ərizəçi həmin daşınmaz əmlakı valideynlərinin ölümündən sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 30.06.2021-ci iİ tarixdə mərhum X1nun adına qeydə alınmış, bu barədə reyestrində çıxarış əldə etmişdir. Ərizəçi atasından miras qalmış əmlakın qəbuluna dair notariat ofisinə ərizə ilə müraciət etsə də, müddətin buraxılması əsası ilə ona şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, X7 26.02.1994-cü ildə vəfat etdiyinə görə, mirasın açılması həmin tarixdə baş vermişdir. Bu səbəbdən hazırkı mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. 01.09.2000-ci il tarixə kimi qüvvədə olmuş Mülki Məcəllənin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Mülki Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Mülki Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə qeyd edir ki, X3 ölümündən sonra həmin miras payı Ərizəçi 1994-ci ildə qəbul etmiş və hazırkı vaxta kimi həmin əmlakdan mülkiyyətçi kimi istifadə edir. Ərizəçi qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Odur ki, ərizə təmin edilməlidir. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 26.02.1994-cü ildə vəfat etmiş X1ndan miras qalmış Hacıqabul rayonu Navahi kəndində yerləşən 0,25 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 185,2 kv.m olan fərdi yaşayış evini 26.02.1994-cü ildə qəbul etməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Bu qətnamə 30.06.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən mərhum X3 adına qeydiyyata alınmış Hacıqabul rayonu Nəvahi kəndində yerləşən 0,25 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 185,2 kv.m olan fərdi yaşayış evinin miras əmlak kimi Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi qeydiyyata alınması və ona çıxarış verilməsi üçün əsasdır. Ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-69/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-69/2022
10.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver