Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-702/2023 19.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X8 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı Nümayəndə, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Nümayəndə Cavabdeh qarşı “əmlak tələbi” barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, oğlu Nümayəndə payına düşən və aldadılaraq onun mülkiyyətindən çıxarılmış 0,46 ha torpaq sahəsinin cavabdehdən alınaraq onun mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o və ailə üzvlərinə kənd ərazisindən 6,04 ha torpaq sahəsi verilmişdir. O, arvadı Sədaqət, uşaqları Şahnaz və Röyal öz paylarına düşən 1.20 ha, ümumillikdə 4.80 ha torpaq sahəsini Hacıqabul rayon Talış kənd sakini Zəfərə 4000 manata satmışdır. Həmin vaxt digər oğlu Nümayəndə xəstəxanada olduğu üçün nə alqı-satqıda, nə də Zəfərlə olan söhbətdə iştirak etməmişdir. Cavabdeh onu aldadaraq 2-ci qrup əlil olan oğlu Nümayəndə payına düşən 1.24 ha torpaq sahəsinin 0.46 ha oğlu Nümayəndə yerinə də imza etdirərək həmin 0.46 ha torpaq sahəsini də alqısatqıya əlavə etmişdir. Daha sonra oğlu Nümayəndə öz mobil telefonu ilə cavabdehə telefon zəngi edərək onun payına düşən torpağı istədikdə 2000 manat qarşılığında torpağı ona qaytaracağını bildirmişdir. Cavabdeh ona məxsus olan torpaq sahəsindən istədiyi kimi istifadə etməyə maneə olur. Bu da onun qanunla hüquqlarını pozur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli hazırlıq iclasında qəbul edilmiş qərardada əsasən İddiaçı əsl iddiaçı Nümayəndə ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçı Nümayəndə izahat verərək bildirdi ki, onlar ailədə beş nəfər olduqlarına görə atasına kənd ərazisində dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini atası İddiaçı Hacıqabul rayon sakini cavabdeh Zəfərə satmışdır. Lakin, həmin vaxt o xəstəxanada olmuşdur. Cavabdeh onun əvəzinə alqı-satqı müqaviləsinə imza etmişdir. Onun torpağın satılmasından məlumatı olmamışdır. Bu səbəbdən iddianın təmin edilərək, onun payına düşən torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsini xahiş edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etməyərək, izahatında bildirdi ki, iddiaçı və onun ailə üzvləri onların mülkiyyətində olan torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında cavabdehə satmışdır. Həmin alqı-satqı müqaviləsinin bağlanmasından 10 ildən artıq müddət keçmiş və iddiaçı bu müddət ərzində alqı-satqı müqaviləsini mübahisələndirməmişdir. Notariat işində olan sənədlərdən müəyyən olunur ki, Vüsal özü alqı-satqı prosesində iştirak edib və müqaviləni imzalamışdır. İddiaçının iddiası tamamilə əsassızdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş 4Ə-135 qeydiyyat nömrəli notariat işinə əlavə edilmiş MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət resyetrindən çıxarışdan (reyestr nömrəsi **********89, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.20211-ci il) və arayışdan görünür ki, Hacıqabul rayonu, Axtaçı Şirvan kəndi ərazisində yerləşən 5,262921 ha torpaq sahəsi İddiaçı, X2, Nümayəndə, X4 və X1 birgə mülkiyyətində olmuşdur. Notariat işində olan “Torpaq sahəsinin alqı-satqısına dair” xx.xx.2011-ci il tarixli müqavilədən görünür ki, satıcılar İddiaçı, X2, Nümayəndə, X4 və X3 MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət resyetrindən çıxarışa əsasən mülkiyyət hüququ üzrə onlara məxsus olan Hacıqabul rayonu, Axtaçı-Şirvan kəndində yerləşən, sahəsi 5,262921 ha olan torpaq sahəsini 5000 manata alıcı Cavabdeh satmışlar. Alqı-satqı müqaviləsi həm satıcılar, həm də alıcı tərəfindən imzalanmışdır. İş materiallarında olan MA seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət resyetrindən çıxarışdan görünür ki, Hacıqabul rayonu, Axtaçı-Şirvan kəndində yerləşən, sahəsi 5,262921 ha olan torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ xx.xx.2011ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyərək, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia rədd olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Hacıqabul rayonu, Axtaçı-Şirvan kəndində yerləşən, sahəsi 5,262921 ha olan torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətində olmuşdur. Həmin torpaq sahəsi xx.xx.2011-ci il tarixdə mülkiyyətçilər tərəfindən cavabdehə satılmış və xx.xx.2011-ci il tarixdə cavabdehin həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı Nümayəndə qeyd edilən alqı-satqı müqaviləsinin onun tərəfindən imzalanmadığını, atası, anası, bacısı və qardaşı öz paylarını satsalar da, onun öz payını satmadığını bildirmiş və hazırki iddia ilə həmin torpaq sahəsindən onun payına düşən hissəni cavabdehdən tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi — dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-146.3-cü maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. 222.2-ci maddəsinə əsasən birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. İddiaçının irəli sürdüyü əsas dəlil ondan ibarətdir ki, o, torpaq sahəsinin mülkiyyətçilərindən biri kimi torpağın cavabdehə satılmasına dair alqı-satqı müqaviləsini imzalamamış, öz payına düşən hissəni cavabdehə satmamışdır. Məhkəmə, iddiaçının həmin dəlilini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında olan notariat işində olan alqı-satqı müqaviləsindən müəyyən edilir ki, həmin müqavilə torpaq sahəsinin bütün mülkiyyətçiləri, o cümlədən iddiaçı tərəfindən imzalanmış, həmin müqavilə bugünədək iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, hətta alqı-satqı müqaviləsindəki imzanın iddiaçı Nümayəndə məxsus olmaması müəyyən edilsə idi belə, yenə də həmin əsasla iddia tələbi təmin edilə bilməzdi. Belə ki, məhkəmə əvvəla qeyd edir ki, iddiaçının tələb etdiyi 0,46 ha torpaq sahəsi cavabdehin satın aldığı 5,2629 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir və həmin torpaq sahəsi üzərində cavabdehin mülkiyyət hüququ alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı tərəfindən nə sözügedən alqı-satqı müqaviləsi, nə də cavabdehin mülkiyyət hüququna dair qeyd mübahisələndirilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Mülki Məcəllənin 222.2-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2011-ci il tarixli müqavilə iddiaçı Nümayəndə tərəfindən imzalanmamış olsa idi belə, həmin torpaq sahəsi onun və ailə üzvlərinin paylı deyil, birgə mülkiyyətində olduğundan, qanunun göstərişinə əsasən ailə üzvlərinin, yəni digər birgə mülkiyyətçilərin torpaq sahəsinin satılması ilə bağlı müqaviləni imzalaması halında, Nümayəndə da buna razı olduğu ehtimal edilir. Bundan əlavə, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarında qeyd edilir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. İşin faktiki hallarından göründüyü kimi, torpaq sahəsinin cavabdeh tərəfindən satın alındığı vaxtdan keçən 12 ilə yaxın müddət ərzində iddiaçının torpaq sahəsindən cavabdehin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi, bu müddət ərzində torpaq sahəsinin cavabdehdən alınaraq ona verilməsi barədə tələb irəli sürməməsi onun torpaq sahəsinin cavabdehə satılmasına razılığının olmasına dəlalət edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən torpaq sahəsini tələb etməsi vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə ziddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan verilmiş tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Nümayəndə Cavabdeh qarşı “əmlak tələbi” barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X9
Məhkəmə qərarları › İş №2(071)-702/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-702/2023
19.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver