Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-704/2022 21.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi “doğum və ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə xx.xx.2022-ci ildə məhkəməyə müraciət edərək, onun qardaşı - X13 xx.xx.1986-cı ildə Qazı-Məmməd şəhərində doğulması faktının müəyyən edillməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən məhkəməyə ərizə tələbinin artırılması barədə ərizə təqdim edərək, qardaşı - X13 xx.xx.1986-cı ildə Qazı-Məmməd şəhərində doğulması və xx.xx.2020-ci il tarixdə Hacıqabul şəhəri İ.Məmmədov küçəsi ev 20-də vəfat etməsi faktının müəyyən edillməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində Maraqlı şəxs kimi göstərmişdir. Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, Ərizəçi valideynləri X14 və X9 xx.xx.1973-cü ildə rəsmi nikah bağlayaraq evlənmişlər. Onların rəsmi nikahdan 5 uşağı olmuşdur. Ərizəçi X5 xx.xx.1986-cı ildə doğulmuşdur. X25 doğulduqdan sonra ağır xəstəliyə düçar olmuşdur. Valideynləri ona doğum şəhadətnaməsi almamışlar. X25 xx.xx.2009-cu ildə Kürdəmir rayonu Sığırlı kənd sakini X15 faktiki nikaha girərək toy edib evlənsə də, İlqar Qurbanovun doğum şəhadərnaməsi olmadığından nikahlarını rəsmi qeyd etdirə bilməmişlər. X25 ilə X8 faktiki nikahdan 15 iyul 2010-cu il təvəllüdlü X21 və 04 fevral 2017-ci il təvəllüdlü X26 adlı iki uşağı doğulmuşdur. İlqar Qurbanovun doğum haqqında şəhadətnaməsi olmadığından övladlarına atalığını verə bilməmişdir. İlqar Qurbanov arvadı Gülnar Həşimova ilə birlikdə xx.xx.2009-cu il tarixdən 2020-ci ilin dekabr ayına kimi Kürdəmir rayonu Sığırlı kəndində yaşamışlar. İlqar Qurbanovun orada xəstəliyi ağırlaşdığı üçün Ərizəçi qardaşı İlqar Qurbanovu özünün yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsindəki 20 nömrəli evinə gətirmişdir. Bir müddət müalicə olunsa da, onu sağaltmaq mümkün olmamışdır. X6 böyrək çatışmazlığından intoksikasiya səbəbindən xx.xx.2020-ci il tarixdə saat 10:55-də qardaşı Ərizəçi yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsindəki 20 nömrəli evdə vəfat etmişdir. Bu barədə “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” PHŞ Təcili və X17 Şöbəsinin həkimləri tərəfindən xx.xx.2021-ci il tarixli 6852 nömrəli “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi üçün xəbərdarlıq vərəqəsi verilmişdir. X4 rayonu Sığırlı kənd qəbristanlığında dəfn edilmişdir. X13 doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. X2 ailə başçısını itirməyə görə pensiya alması üçün onun himayəsində olan övladları 15 iyul 2010-cu il təvəllüdlü X21 və 04 fevral 2017-ci il təvəllüdlü X18 atalıq müəyyən edilməlidir. Onlara atalıq müəyyən edilməsi üçün isə ərizəçinin X3n doğum və ölüm haqqında şəhadətnamələrinin olması çox vacibdir. Ərizəçi Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, mərhum X3n doğum haqqına akt qeydinin aşkar edilibedilmədiyi, edildiyi təqdirdə arayış verilməsini xahiş etmişdir. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022ci il tarixli 16 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1986-cı ildə Hacıqabul şəhərində doğulmuş və xx.xx.2020-ci ildə tarixdə Hacıqabul şəhərində vəfat etmiş X13 doğum akt qeydi aşkar edilməmişdir. Bu səbəbdən ərizəçi qardaşının doğumu və ölümü ilə bağlı şəhadətnamələri başqa qaydada əldə edə bilmir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəsi müdafiə etdi, nümayəndəsi və vəkili Vəkil izahatı ilə razı olduğunu bildirdi və ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin, onun nümayədəsi və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X9 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun oğludur. O, X14 ilə xx.xx.1973-cü ildə rəsmi nikah bağlayaraq evlənmişdir. Onların birgə nikahdan 5 uşağı olmuşdur. X10 xx.xx.1986-cı ildə doğulmuşdur. X25 doğulduqdan sonra xəstə olmuşdur. Onlar İlqara doğum şəhadətnaməsı almamışlar. X25 xx.xx.2009-cu ildə Kürdəmir rayonu Sığırlı kənd sakini X15 ilə toy edib evlənmişdir. X25 ilə X8 faktiki nikahdan 15 iyul 2010-cu il təvəllüdlü X21 və 04 fevral 2017-ci il təvəllüdlü X26 adlı iki uşağı doğulmuşdur. İlqar Qurbanovun doğum haqqında şəhadətnaməsi olmadığından övladlarına atalığını verə bilməmişdir. İlqar Qurbanov arvadı Gülnar Həşimova ilə birlikdə xx.xx.2009-cu il tarixdən 2020-ci ilin dekabr ayına kimi Kürdəmir rayonu Sığırlı kəndində yaşamışlar. İlqar Qurbanovun orada xəstəliyi ağırlaşdığı üçün Ərizəçi qardaşı İlqar Qurbanovu özünün yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsindəki 20 nömrəli evinə gətirmişdir. Bir müddət müalicə olunsa da, onu sağaltmaq mümkün olmamışdır. X25 böyrək çatışmazlığından xx.xx.2020-ci il tarixdə qardaşı Ərizəçi yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsindəki 20 nömrəli evdə vəfat etmişdir. Bu barədə Təcili və X17 Şöbəsinin həkimləri tərəfindən xəbərdarlıq vərəqəsi verilmişdir. Onlar X10nu Kürdəmir rayonu Sığırlı kənd qəbristanlığında dəfn etmişlər. Doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığına görə oğlu İlqara ölüm haqqında şəhadətnamə ala bilməmişlər. X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi onun qardaşıdır. Digər qardaşı X5 xx.xx.1986-cı ildə doğulmuşdur. X25 xəstə olduğuna görə ona doğum şəhadətnaməsı almamışlar. X5 xx.xx.2009-cu ildə Kürdəmir rayonu Sığırlı kənd sakini X15 ilə toy edib evlənmişdir. X25 ilə X8 faktiki nikahdan 15 iyul 2010-cu il təvəllüdlü Solmaz və 04 fevral 2017-ci il təvəllüdlü Zəhra adlı iki uşağı var. İlqar Qurbanovun doğum haqqında şəhadətnaməsi olmadığından övladlarına atalığını verə bilməmişdir. İlqar Qurbanov arvadı Gülnar Həşimova ilə birlikdə xx.xx.2009-cu il tarixdən 2020-ci ilin dekabr ayına kimi Kürdəmir rayonu Sığırlı kəndində yaşamışlar. İlqar Qurbanovun orada xəstəliyi ağırlaşdığı üçün qardaşı Ərizəçi mərhum qardaşı İlqar Qurbanovu özünün yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsindəki 20 nömrəli evinə gətirmişdir. X25 böyrək çatışmazlığından xx.xx.2020-ci il tarixdə qardaşı Ərizəçi yaşadığı evdə vəfat etmişdir. X3 Kürdəmir rayonu Sığırlı kənd qəbristanlığında dəfn etmişlər. Kürdəmir rayon İcra Hakimiyyəti Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 61 saylı arayışdan müəyyən edilir ki, mərhum X25 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Vəfat edən günə kimi Kürdəmir rayonu Sığırlı kəndində qaynatası Həşimov Canbabanın evində yaşamış və vəfat edən günə kimi şəxsiyyət vəsiqəsi almamışdır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 16 nömrəli arayışdan müəyyən edilir ki, xx.xx.1986-cı il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş X13 doğumu haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin doğum haqqında akt qeydi aşkar edilməmişdir. “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” PHŞ Təcili və X17 Şöbəsinin verdiyi xx.xx.2021-ci il tarixli 6852 nömrəli “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi üçün xəbərdarlıq vərəqəsindən müəyyən edilir ki, 1986-cı il təvəllüdlü X6 böyrək çatışmazlığından intoksikasiya səbəbindən xx.xx.2020-ci il tarixdə saat 10:55-də Hacıqabul şəhəri İ.Məmmədov küçəsindəki 20 nömrəli evdə ölmüşdür. Həkimə qədər ölüm baş vermişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 440 saylı arayışdan müəyyən edilir ki, X1 və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon Şöbəsində çağırışçı kimi qeydiyyata düşməmişdir. Kürdəmir rayon Sığırlı kənd Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 92 nömrəli aryışından müəyyən edilir ki, xx.xx.1986-cı il təvəllüdlü X25 xx.xx.2020-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kənd qəbristanlığında dəfn edilmişdir. Hacıqabul RPŞ tərəfindən və Kürdəmir RPŞ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan müəyyən edilir ki, xx.xx.1986-cı il tarixdə Qazı-Məmməd şəhərində doğulmuş X25 barəsində Hacıqabul və kürdəmir rayon polis şöbələrində heç bir təqsirləndirici material qeydə alınmamış və onun barəsində heç bir axtarış işi açılmamışdır. Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2/376 nömrəli arayışdan müəyyən edilir ki, xx.xx.1986-cı ildə Qazı-Məmməd şəhərində doğulmuş X13 doğumu haqqında akt qeydinin aşkar edilməsi məqsədi ilə Maraqlı şəxs habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin doğum haqqında akt qeydi aşkar edilməmişdir. Kürdəmir rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İV 005431 və xx.xx.2017-ci il tarixli AZ-İV 005432 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, 15 iyul 2010-cu il təvəllüdlü X11 və 04 fevral 2017-ci il təvəllüdlü X16 atası X27, anası X15 qeyd edilmişdir. X13 və X8 toy mərasiminin fotoşəkilləri və X13 qəbir daşının fotosu işə əlavə edilmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktını müəyyən edə bilər. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə araşdırılması zamanı ərizəçinin izahatı, şahidlərin ifadələri və rəsmi sənədlərlə müəyyən edildi ki, X14 və Qurbanova (Kərimova) Solmaz Ağamehti qızı xx.xx.1973-cü ildə 113 nömrəli akt qeydi ilə rəsmi nikah bağlayaraq evlənmişlər. Onlar bu nikahdan xx.xx.1975-ci il təvəllüdlü Nəhayət, xx.xx.1977-ci il təvəllüdlü Ruhiyyə, xx.xx.1978-ci il təvəllüdlü Dilbər, xx.xx.1982-ci il təvəllüdlü Vəkil və xx.xx.1986-cı il təvəllüdlü İlqar adlı beş uşağı doğulmuşdur. xx.xx.1986-cı il təvəllüdlü X20 doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi alınmamışdır. X25 xx.xx.2009-cu ildə Kürdəmir rayonu Sığırlı kənd sakini X15 faktiki nikaha girərək toy edib evlənsə də, İlqar Qurbanovun doğum şəhadərnaməsi olmadığından nikahlarını rəsmi qeyd etdirə bilməmişlər. X25 ilə X8 faktiki nikahdan 15 iyul 2010-cu il təvəllüdlü X21 və 04 fevral 2017-ci il təvəllüdlü X26 adlı iki uşağı doğulmuşdur. İlqar Qurbanovun doğum haqqında şəhadətnaməsi olmadığından övladlarına atalığını verə bilməmişdir. İlqar Qurbanov arvadı Gülnar Həşimova ilə birlikdə xx.xx.2009-cu il tarixdən 2020-ci ilin dekabr ayına kimi Kürdəmir rayonu Sığırlı kəndində yaşamışlar. İlqar Qurbanovun orada xəstəliyi ağırlaşdığı üçün Ərizəçi qardaşı İlqar Qurbanovu özünün yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsindəki 20 nömrəli evinə gətirmişdir. Bir müddət müalicə olunsa da, onu sağaltmaq mümkün olmamışdır. X6 böyrək çatışmazlığından intoksikasiya səbəbindən xx.xx.2020-ci il tarixdə saat 10:55-də qardaşı Ərizəçi yaşadığı Hacıqabul şəhəri İ.Məmmədov küçəsindəki 20 nömrəli evdə vəfat etmişdir. Bu barədə “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” PHŞ Təcili və X17 Şöbəsinin həkimləri tərəfindən xx.xx.2021-ci il tarixli 6852 nömrəli “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi üçün xəbərdarlıq vərəqəsi verilmişdir. X4 rayonu Sığırlı kənd qəbristanlığında dəfn edilmişdir. X13 doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. Ərizəçi qardaşının doğumu və ölümü haqqında şəhadətnamələri başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X13 xx.xx.1986-cı il tarixdə Hacıqabul (Qazı-Məmməd) şəhərində doğulması, atasının X14 azərbaycanlı, anasının X9 - azərbaycanlı olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. xx.xx.1986-cı il təvəllüdlü X13 xx.xx.2020-ci il tarixdə Hacıqabul şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. X13 adına müvafiq olaraq doğum və ölüm haqqında şəhadətnamələrin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-704/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-704/2022
21.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver