Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-735/2022 12.10.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) X6 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin ona məxsus olması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə soyadına dəyişiklik edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “doğum haqqında akt qeydinin ona məxsus olması faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamədə soyadına dəyişiklik edilməsi” tələbinə ərizə ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə tərtib edilmiş 34 B nömrəli doğum haqqında akt qeydinin ona məxsus olması faktının müəyyən edilməsi və doğum akt qeydində uşaq qrfasında onun soyadının “Tarıverdiyeva”dan “Şaməmmədova”ya düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (atası) X12 məhkəmə iclasında izahat verərək göstərdi ki, onunla X4 faktiki nikahından xx.xx.1986-cı ildə Ermənistan SSR Meğri rayonunda doğulmuş X9 adlı bir qızı var. Onların arasında rəsmi nikah olmadığına görə doğum haqqında şəhadətnamədə uşağın soyadı anasının soyadına uyğun olaraq Şaməmmədova yazılmışdır. Məlum hadisələrlə bağlı onlar 1988-ci ildə yaşadıqları Ermənistan SSR Meğri rayonundan departasiya olunmuş və Azərbaycana gəlmişlər. X9 2004/2005-ci tədris ilində Bakı şəhəri 271 nömrəli tam orta məktəbin Xİ sinfini bitirmiş və ona B seriyalı 218538 nömrəli tam orta təhsil haqqında attestat verilmişdir. Daha sonra X7 şəxsiyyət vəsiqəsi verilmişdir. X9 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsində Türkiyə Cumhuriyyətinin vətəndaşı Dişli Mesutla xx.xx.2015-ci il tarixdə 1983 nömrəli akt qeydi ilə nikahlarını qeyd etdirməklə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Nikah bağlanandan sonra Əfsanəyə “Dişli” soyadı verilmişdir. X7 Ermənistan SSR Meğri rayonunda verilmiş doğum haqqında şəhadətnaməsi itdiyinə görə, Maraqlı şəxsnə müraciət edərək, doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2015-ci il tarixdə AZ-İİİ 605443 nömrəli doğum haqqında yeni şahadətnamə verilərkən xx.xx.1991-ci il tarixdə tərtib edilmiş 34 B nömrəli doğum haqqında akt qeydində X2 səhvən atasının soyadı ilə “Tarıverdiyeva” kimi qeyd edilmişdir. Bu isə ərizəçinin sənədlərində uyğunsuzluq yaranmasına səbəb olmuşdur. Ərizəçi Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, doğum haqqında şəhadətnamənin soyad qrafasında dəyişikik edilməklə, soyadının “Tarıverdiyeva’'dan “Şaməmmədova”ya düzəliş edilməsini xahiş etmişdir. Lakin Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 23 nömrəli məktubla Ərizəçi həmin düzəlişlə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bu səbəbdən Ərizəçi məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Maraqlı şəxs xx.xx.2015-ci il tarixdə verdiyi AZ-İİİ 605443 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X8 xx.xx.1986-cı ildə Ermənistan SSR Mehri rayonunda doğulmuşdur, atası X10 azərbaycanlı, anası X11 azərbaycanlı göstərilmişdir. Bu barədə doğum akt qeydləri kitabında xx.xx.1991-ci ildə 34 B nömrə ilə akt qeydi aparılmışdır. 4 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİ 061701 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, xx.xx.1978-ci ildə X15 şəhərində doğulmuş Dişli Mesut və xx.xx.1986-cı ildə Ermənistan SSR Mehri rayonunda doğulmuş X9 xx.xx.2015-ci il tarixdə 1983 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra arvada “Dişli” soyadı verilmişdir. Nikah bağlandan sonra X9 yeni nəsil şəxsiyyət vəsiqəsi almış və AA******* nömrəli şəxsiyyət vəsiqəsindən müəyyən edilir ki, Ərizəçi xx.xx.1986-cı ildə Ermənistanda doğulmuşdur. (FİN xxxxxxx) DİN tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş PP AZE P5307083 nömrəli ümumvətəndaş pasportunun surətindən müəyyən edilmişdir ki, X9 xx.xx.1986-cı ildə Ermənistan Meğri rayonunda doğulmuşdur. Bakı şəhəri 271 nömrəli tam orta məktəbinin verdiyi xx.xx.2022-ci il tarixli 723 nömrəli arayışdan müəyyən edilir ki, X9 2004/2005-ci tədris ilində Bakı şəhəri 271 nömrəli tam orta məktəbin Xİ sinfini bitirmiş və ona B seriyalı 218538 nömrəli tam orta təhsil haqqında attestat verilmişdir. 0277608 nömrəli xx.xx.2006-cı il tarixli əmək kitabçasında xx.xx.1986-cı il təvəllüdlü X2 “Şaməmmədova” göstərilmişdir. Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edir ki, orta məktəbdə təhsil alarkən və attasttat verilərkən, xx.xx.2015-ci il tarixdə nikah bağlanarkən və DİN tərəfindən xx.xx.2013-cü il tarixdə PP AZE P5307083 nömrəli ümumvətəndaş pasportu verilərkən Ərizəçi soyadı “Şaməmmədova” olmuşdur. Ərizəçi nikah bağlanandan sonra xx.xx.2015-ci il tarixdə təkrar doğum haqqında şəhadətnamə verilərkən Maraqlı şəxsndə aparılmış xx.xx.1991-ci ildə 34 B nömrə ilə akt qeydində soyadı texniki səhvlə “Şaməmmədova” əvəzinə, atasının soyadına uyğun olaraq “Tarıverdiyeva” kimi göstərilmişdir. Bu səbəbdən ərizəçinin sənədlərində uyğunsuzluq yaranmışdır. Ərizəçi bu yalnışlığı məhkəmədən kənar qaydada aradan qaldıra bilməmişdir. Odur ki, ərizə təmin edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1991-ci il tarixdə tərtib edilmiş 34 B nömrəli doğum haqqında akt qeydinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Hacıqabul rayonu Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1986-cı ildə Ermənistan SSR Mehri rayonunda doğulmuş X3 adına xx.xx.1991-ci il tarixdə tərtib edilmiş 34 B nömrəli doğum haqqında akt qeydində müvafiq düzəliş edilsin. Doğum akt qeydində X1 “Şaməmmədova”, adı “Əfsanə”, atasının adı “Hüseyn” kimi göstərilsin. Qalan məlumatlar olduğu kimi saxlanılsın. Doğum akt qeydində müvafiq düzəlişin aparılması və Dişli (Şaməmmədova) Əfsanə Hüseyn qızına yeni doğum haqqında şəhadətnamənin verilməsi Hacıqabul rayonu Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-735/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-735/2022
12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver