Məhkəmə qərarları › İş №2(071)-744/2025

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-744/2025

14.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-744/2025 14.07.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul Rayon Məhkəməsinin hakimi Bayramov Orxan Telman oğlu, Ərizəçi (maraqlı şəxs – Maraqlı şəxs) “doğum faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında verilmiş ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi (maraqlı şəxs – Maraqlı şəxs) “doğum faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında verilmiş ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəçinin əsasları odur ki, X2 ev şəraitində anadan olmuş, oğlu Aminə bu günə kimi müəyyən səbəblərdən doğum haqqında şəhadətnamə ala bilməmişdir. Doğum haqqında şəhadətnaməni əldə etmək üçün bu barədə müəyyən orqanlara müraciət etmiş, həmin orqanlar ona oğlu Aminin doğum aktı qeydinin olmadığını və bu sənədi məhkəmə vasitəsi ilə əldə etməyini məsləhət görərək ona yazılı arayışlar vermişlər. X1 xx.xx.2024-cü il tarixdə Hacıqabul şəhərində anadan olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, mübahisələndirilən doğum faktının müəyyən edilməsi ilə bağlı qanuni qüvvəsini almış məhkəmə qətnaməsi olduğundan hazırki iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1003/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Ərizəçi tərəfindən verilmiş xüsusi icraat qaydasındakı ərizə təmin edilməmiş, Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə Hacıqabul şəhərində ev şəraitində oğlan cinsli uşağın doğulması faktı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 263, 264, 275-279-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi (maraqlı şəxs – Maraqlı şəxs) “doğum faktının müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında verilmiş ərizəsinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar