Məhkəmə qərarları › İş №2(071)-747/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-747/2023

24.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-747/2023 24.10.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, cavabdeh X2 və onun vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun sahibliyində olan 0,12 hektar torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində olan nar bağından və torpaq icarə müqaviləsi ilə ona verilmiş 0,12 hektar torpaq sahəsindən məcburi qaydada çıxarılması, torpaq sahəsinin və nar bağının ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, uzun illərdir ki, ailəsi ilə birlikdə Hacıqabul rayonunun Şorbaçı kəndində yaşayır. Fərdi təsərrüfatında işləməklə, heyvandarlığın inkişafı ilə məşğul olur. Hacıqabul rayonu, Şorbaçı kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında, təxminən 0,12 hektar torpaq sahəsi üzərində 170 nar ağacından ibarət bağı var. O, qeyd olunan nar bağını 30 il öncə yaratmışdır. Artıq 30 ildir ki, həmin nar bağından məhsul götürür. Həm də, keçən 30 il ərzində həmin bağa tələb olunan aqrotexniki qulluq da etmişdir. Lakin, cavabdehlə aralarında olan mübahisələrlə bağlı Hacıqabul rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(071)-351/2017 saylı və xx.xx.2020-ci il tarixli, 2(071)-313/2020 saylı qətnamələrindən sonra cavabdeh uzun illər onun istifadəsində olan 0,12 hektar torpaq sahəsini və həmin torpaq sahəsi üzərində olan 170 ədəd nar ağacından ibarət bağı zəbr etmişdir. O, dəfələrlə cavabdehə və onun ailə üzvlərinə bildirmişdir ki, həmin torpaq sahəsi və üzərində olan nar bağı ona məxsus olmuşdur. Bütün bunlara baxmayaraq, cavabdeh ona məxsus olan 0,12 hektar torpaq sahəsini və onun üzərində olan 170 ədəd nar ağacından ibarət bağı son zamanlar qanunsuz olaraq, öz istifadəsinə saxlayır və onun həmin əraziyə daxil olmağına maneəçiliklər yaradır. Bundan başqa cavabdeh, xx.xx.2007-ci il tarixdə, 02 nömrəli icarə müqaviləsi ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq üçün ona verilmiş 0,12 hektar torpaq sahəsinin də xeyli hissəsini zəbt etmişdir. Göründüyü kimi cavabdeh həyətyanı torpaq sahəsini zəbt etməklə bərabər, həm də Şorbaçı bələdiyyəsi tərəfindən ona icarə müqaviləsi ilə verilmiş torpaq sahəsini də zəbt etmişdir. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddianın həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, xx.xx.2007-ci il tarixdə, 02 nömrəli icarə müqaviləsi ilə kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq üçün ona verilmiş 0,12 hektar torpaq sahəsi ilə bağlı bundan əvvəl məhkəmə mübahisəsi olmuş və məhkəmənin qətnaməsinə əsasən cavabdehin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bu səbəbdən hazırda yalnız 0,12 ha nar bağından ibarət torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb edir. Həmin torpaq sahəsini əmisinin arvadı X3 ona vəsiyyət etmişdir. Məhkəmə iclasında İddiaçı dəqiqləşdirilmiş məzmunda verilmiş iddianın məzmununa uyğun izahat verərək, cavabdehin ona məxsus 0,12 ha nar bağından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X4 izahat verərək bildirdi ki, iddianı qəbul etmir. Belə ki, onun özünün 80 sot torpaq sahəsi var. 36 sot torpaq sahəsinə dair çıxarışı var, qalan sahə isə zəbtidir və bu barədə torpaq sahəsinin plan və ölçüsündə qeyd edilmişdir. Torpaq sahəsinin plan ölçüsündən görünür ki, iddiaçının tələb etdiyi 0,12 ha torpaq sahəsi onun torpaq sahəsinə bitişik ərazidir. Həmin torpaq sahəsi iddiaçıya məxsus deyil. Bu barədə hər hansı mötəbər sənəd mövcud deyildir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili Vəkil çıxış edərək bildirdi ki, iddiaçının tələb etdiyi 0,12 ha nar bağı cavabdehin torpaq sahəsinin arxa hissəsində yerləşir. İddiaçının həmin torpaq sahəsi ilə bağlı heç bir hüquq müəyyənedici sənədi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin torpaq sahəsi heç mərhum Şəfiqə Kərimovanın da mülkiyyətində olmamışdır. Belə olan halda iddiaçının hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Odur ki, iddianıın rədd edilməsini xahiş etdi. İş materiallarında olan sadə yazılı şəkildə tərtib edilmiş xx.xx.1989-cu il tarixli vəsiyyətnamədən görünür ki, X3 özünə məxsus yaşayış evini, mal-qara tövləsini, palaz, yorğan-döşək, qoyun, mal, nar bağı və sair əmlakını İddiaçı vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Elektron İnformasiya sistemindən görünür ki, X3 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş JN-0046 qeydiyyat nömrəsi 91008078 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Hacıqabul rayon Şorbaçı kənd sakini Məmmədova (Kərimova) Şəfiqə Şahmalı qızına Hacıqabul rayon Aqrar İslata Komissiyasının 12 oktyabr 2001-ci il tarixli 10 saylıl qərarı ilə verilmiş 0.48 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Hacıqabul rayonu, Şorbaçı kəndində **********50 reyestr nömrəli 0.3696 hektar torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. Torpaq sahəsinin plan və ölçüsündən görünür ki, torpaq sahəsinin sənəd üzrə sahəsi 0,3696 ha, faktiki sahə isə 0,80 ha təşkil edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, X3 özünə məxsus yaşayış evini, mal-qara tövləsini, palaz, yorğan-döşək, qoyun, mal, nar bağı və sair əmlakını İddiaçı vəsiyyət etmiş və xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İddiaçı mübahisə predmeti olan 0,12 ha torpaq sahəsinin (nar bağı) əmisi arvadı Şəfiqə Kərimova tərəfindən ona vəsiyyət edildiyini, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirərək, cavabdehin nar bağından ibarət torpaq sahəsindən çıxarılmasını tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göstərilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, yalnız miras qoyanın öldüyü məqamadək onun mülkiyyətində olmuş əşyalar miras əmlak hesab edilir. Vəsiyyətnamədə qeyd edilsə belə, miras qoyanın öldüyü məqamda onun mülkiyyətində olmayan hər hansı əşya miras əmlak hesab edilmir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehə qarşı torpaq sahəsindən çıxarılma tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, miras qoyan Şəfiqə Kərimovadan miras qalmış əmlakların İddiaçı tərəfindən vəsiyyət üzrə vərəsə kimi qəbul edilib-edilməməsi məsələsi araşdırılmazdan əvvəl, mübahisə predmeti olan 0,12 ha torpaq sahəsinin (nar bağı) həqiqətən də miras qoyanın mülkiyyətində olub-olmaması məsələsi aydınlaşdırılmalıdır. Çünki, mübahisə predmeti olan torpaq sahəsinin miras qoyanın öldüyü məqamda onun mülkiyyətində olmaması halında, iddiaçı tərəfindən mirasın qəbul edilib-edilməməsinin hazırki mübahisə üzrə hər hansı əhəmiyyəti yoxdur. Məhkəmə iclasında mübahisə predmeti olan 0,12 ha torpaq sahəsinin miras qoyanın mülkiyyətində olmasına dair sübutlar təqdim etməsi iddiaçıya təklif edilməsinə baxmayaraq, iddiaçı bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə tərəfindən mərhum Şəfiqə Kərimovanın mülkiyyətində olan daşınmaz əmlaklarla bağlı məlumat əldə edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 13 saylı Ərazi İdarəsinə sorğu verilmiş, həmin qurum tərəfindən verilmiş sorğuya cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, X1 mülkiyyətində Hacıqabul rayonu, Şorbaçı kəndində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuşdur (torpağın mülkiyyətə verilməsinə dair JN-0046 KOD 91008078 saylı dövlət aktı). Onun mülkiyyətində başqa hər hansı daşınmaz əmlakın olması, o cümlədən 0,12 ha torpaq sahəsinin olması müəyyən edilməmişdir. İddiaçı özü də məhkəmə iclasında bildirdi ki, Şəfiqə Məmmədovanın mülkiyyətində olan 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mübahisə predmeti olan 0,12 ha torpaq sahəsinə heç bir aidiyyəti yoxdur və onlar ayrı-ayrı torpaq sahələridir. Bununla da müəyyən olunur ki, mübahisə predmeti olan 0,12 ha torpaq sahəsinin miras qoyanın mülkiyyətində olmasına dair hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, mübahisə predmeti olan 0,12 ha torpaq sahəsi hətta cavabdeh tərəfindən qanunsuz zəbt olunmuş olsa belə, iddiaçının həmin torpaq sahəsinin zəbtdən azad edilməsi barədə iddia tələbini irəli sürmək üçün subyektiv hüququ yoxdur. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar