Məhkəmə qərarları › İş №2(071)-778/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-778/2022

20.09.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-778/2022 20.09.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı və Cavabdeh Sədiyar oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh Sədiyar oğluna qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Sədiyar oğluna qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh Sədiyar oğlunun onun şəxsi mülkiyyətində olan Hacıqabul rayonu Ələtli kəndində yerləşən 4.1261 ha torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbindən imtina barədə ərizə təqdim edərək bildirdi ki, Hacıqabul rayonu Ələtli kəndində yerləşən 4.1261 ha torpaq sahəsindən cavabdehin çıxarılması barədə iddia tələbindən imtina edir. Hazırda mübahisəni cavabdehlə məhkəmədən kənar həll etmişlər. O, mülkiyyətindəki torpaq sahəsinin 2,0 ha hissəsindən özü istifadə edəcəkdir, qalan hissəsindən isə Cavabdeh Sədiyar oğlunun istifadə etməsinə, əkilib-becərməsinə etiraz etmir. İddiadan imtinanın nəticələri ona aydındır. Odur ki, iddiadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Cavabdeh Sədiyar oğlu məhkəmə iclasında ərizə təqdim edərək, iddiaçının iddadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********72 olan çıxarışa əsasən Hacıqabul rayonu Ələtli kəndində yerləşən 4.1261 ha torpaq sahəsinin 21/24 hissəsi İddiaçı, 3/24 hissəsi X1 məxsusdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, İddiaçı iddiadan imtina etməsinə və iş üzrə icraata xitam verilməsinə dair ərizəsini, iddiaçının iddadan imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsinə dair ərizəsini nəzərdən keçirib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. İddianın qaldırılması üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52.3, 119, 261, 261.0.4, 262-264, 267-268, 395, 396-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Sədiyar oğluna qarşı “Hacıqabul rayonu Ələtli kəndində yerləşən 4.1261 ha torpaq sahəsindən Cavabdeh Sədiyar oğlunun çıxarılması” tələbinə dair mülki iş üzrə İddiaçı iddia tələbindən imtinası qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. "xxxx" ASC-nin K0163011 nömrəli terminalı vasitəsilə xx.xx.2022-ci il tarixli 13438 nömrəli mədaxil qəbzinə əsasən Hacıqabul rayon Məhkəməsinə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Hacıqabul rayonu üzrə maliyyə şöbəsi tərəfindən İddiaçı qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar