Məhkəmə qərarları › İş №2(071)-811/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-811/2022

15.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-811/2022 15.11.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı Ekalogiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X2, cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai birliyinin nümayəndəsi X3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Ekalogiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin cavabdehlər Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai birliyinə və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Ekalogiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzi cavabdehlər Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai birliyinə və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Hacıqabul rayon Abdulabad kəndi ərazisində yerləşən X6 X1 meşəbəyiliyinə məxsus 7 saylı meşə dolayının 18-ci kvartalında Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai birliyi tərəfindən zəbt edilmiş və Hacıqabul rayon Abdulabad kənd sakini Cavabdeh2 qeyri-qanuni icarəyə verilmiş ərazinin boşaldılması və əvvəlki vəziyyətinə qaytarılaraq X6 Təsərrüfatı Mərkəzinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ekalogiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai birliyinin nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, yazılı etiraz təqdim etdi və iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, yazılı etiraz təqdim etdi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində qanunla müəyyən edilmiş qaydada cavabdehlərə bildiriş göndərməmiş və mübahisəli torpaq sahəsinin üzərində iddiaçının sərəncam, sahiblik və istifadə hüququnun olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etmədiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə mülki işi baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Müki Prossesual Məcəlləsinin 259.0.1-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxalmamış saxlanıldıqda, iddiaçı ərizənin baxılmamış saxlanmasına əsas olmuş halları aradan qaldırmaqla, ümumi qaydada yenidən iddia ərizəsi ilə səlahiyyətli məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259, 260, 263, 264, 268, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Ekalogiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X6 Təsərrüfatı Mərkəzinin cavabdehlər Azərbaycan Ovçular və Balıqçılar Cəmiyyəti İctimai birliyinə və Cavabdeh2 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar