Məhkəmə qərarları › İş №2(071)-82/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-82/2022

24.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-82/2022 24.01.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və X2, Vəkil iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və X2 “doğum faktının müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və X4 “doğum faktlarının müəyyən edilməsi” tələbinə dair ərizə ilə 05.11.2011-ci il tarixdə məhkəməyə müraciət edərək, X4 ilə onun birgə nikahından 17.05.2004-cü il tarixdə Hacıqabul rayonu Abdulabad kəndində X3 doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçilər ərizəsində Hacıqabul rayon Qeydiyyat Şöbəsini maraqlı şəxs kimi göstərmişdir. Ərizəçi1 məhkəmə iclasında ərizəsini müdafiə etdi və izahatında bildirdi ki, o, X4 ilə 22.11.1992-ci ildə ildə faktiki nikaha girərək ailə qurmuşdur, 03.02.1994-cü ildə rəsmi nikah bağlamışlar. Birgə nikahdan onların 01.02.1994-cü il təvəllüdlü X12, 16.04.2000-ci il təvəllüdlü X9 və 17.05.2004-cü il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. 01.02.1994-cü və 16.04.2000-ci il təvəllüdlü övladlarına doğum haqqında şəhadətnamə alsalar da, 17.05.2004-cü il təvəllüdlü X10 tibb müəssisəsindən kənarda doğulduğu üçün ona doğum haqqında şəhadətnamə almamışlar. 16.04.2000-ci il təvəllüdlü X9 15.04.2001-ci ildə vəfat etmişdir. 17.05.2004-cü il təvəllüdlü X10 2011-ci ildə N.Rüstəmov adına Hacıqabul rayonu Abdulabad kənd orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 01.03.2019-cu il tarixə kimi məktəbdə təhsil almışdır. Daha sonra onlar Şirvan şəhərinə köçmüş və kirayədə yaşamışlar. Bu səbəbdən 01.03.2019-cu ildə X10 oxuduğu N.Rüstəmov adına Hacıqabul rayonu Abdulabad kənd orta məktəbindən xaric edilmişdir. Bundan sonra sənədi olmadığı üçün Sumayəni məktəbə qoymaşlar. Savadsız olduqlarına və səhlənkarlıq etdiklərinə görə, hazırkı vaxta kimi qızı X3 doğumunu dövlət qeydiyyatına aldırmamış, doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almamışlar. 17.05.2004-cü il təvəllüdlü X10 13.12.2020-ci ildə X11 adlı şəxslə faktiki nikaha girərək ailə qurmuşdur və Hacıqabul rayon 1-ci Udulu kəndində yaşayır, onların faktiki nikahdan 10.12.2021-ci il tarixdə Fəxri adlı bir oğlu doğulub. O, 17.05.2004-cü il təvəllüdlü X3 doğulması faktının qeydə alınması üçün Hacıqabul rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, ona doğum faktının məhkəmə qaydasında müəyyən edilməli olduğu bildirilmiş və imtina məktubu verilmişdir. Hazırda qızı Sumayəyə şəxsiyyət vəsiqəsi alınması zərurəti yarandığına görə, doğum faktının müəyyən edilməsi vacibdir. Bu səbəbdən o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi X4 məhkəmə iclasında ərizəni müdafiə etdi və izahatında bildirdi ki, o, Ərizəçi1 ilə 22.11.1992-ci ildə ildə faktiki nikaha girərək ailə qurmuşdur, 03.02.1994-cü ildə rəsmi nikah bağlamışlar. Birgə nikahdan onların 01.02.1994-cü il təvəllüdlü X12, 16.04.2000-ci il təvəllüdlü X9 və 17.05.2004-cü il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. Sərvan və Gülyaza doğum haqqında şəhadətnamə almışlar. Lakin 17.05.2004-cü il təvəllüdlü Sumayə evdə doğulduğu üçün ona doğum haqqında şəhadətnamə almamışlar. 16.04.2000-ci il təvəllüdlü Gülyaz 15.04.2001-ci ildə vəfat etmişdir. 17.05.2004-cü il təvəllüdlü X10 2011-ci ilə Abdulabad kənd orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2019-cu ilə kimi orada oxumuşdur. Daha sonra onlar Şirvan şəhərinə köçmüş və kirayədə yaşamışlar. Bundan sonra Sumayəni məktəbə qoymamışlar. X1 şəxsiyyət vəsiqəsi alınması üçün doğum faktının müəyyən edilməsi zəruridir. Odur ki, ərizənin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Hacıqabul rayon Qeydiyyat Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxs Hacıqabul rayon Qeydiyyat Şöbəsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26.07.2021-ci il tarixli AZ- T031079 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.1970-ci ildə Hacıqabul rayonu Abdulabad kəndində doğulmuş Ərizəçi1 ilə xx.xx.1970-ci ildə Hacıqabul rayonu Meyniman kəndində doğulmuş X6 03.02.1994-cü il tarixdə 02 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra arvada “Həsənova” soyadı verilmişdir. Hacıqabul rayon X8 X16 kənd həkim məntəqəsi tərəfindən verilmiş 12.07.2021-ci il tarixli 74 nömrəli arayışdan görünür ki, Hacıqabul rayonu Abdulabad kənd sakini 1970-ci il təvəllüdlü X4 17.05.2004-cü il tarixdə bir qız uşağı doğmuşdur. Hacıqabul rayon X8 X21 kənd tibb məntəqəsi tərəfindən verilmiş 24.01.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, 27.10.2021-ci il tarixdə hamilə kimi qeydiyyata düşmək üçün müraciət etmiş şəxs şəxsiyyət vəsiqəsinin olmadığını bildirmişdir. Hamilə qadının müayinə olunması üçün məcburiyyətdən xəstənin sözləri ilə adı, soyadı və ata adı qeyd edilməklə Hacıqabul rayon 1-ci Udulu kəndində yaşayan X3 həqiqətən 27.10.2021-ci il tarixdə 30 həftəlik hamilə olduğu qeydiyyata götürülmüşdür. Təcili şəkildə şəxsiyyət vəsiqəsi alınması ona tapşırılmışdır. N.Rüstəmov adına Hacıqabul rayon Abdulabad tam orta məktəbi tərəfindən verilmiş 24.01.2022-ci il tarixli 47 nömrəli arayışdan müəyyən edilir ki, X10 həqiqətən 2011-2012-ci tədris ilində N.Rüstəmov adına Abdulabad kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş 01.03.2019cu il tarixədək həmin məktəbdə təhsil almışdır. Ailəsi ilə ərazidən köçdüyü üçün 01.03.2019-cu il tarixdə məktəbdən xaric edilmişdir. Hacıqabul rayon Qeydiyyat Şöbəsinin 23.06.2021-ci il tarixli 05/76-34 nömrəli məktubu ilə Ərizəçi1 17.05.2004-cü il tarixdə doğulmuş uşağının doğum faktının qeydiyyata alınmasından, uşaq tibb müəssisəsindən kənarda doğulduğuna görə və doğum faktını təsdiq edən tibbi şəhadətnamə olmadığına görə imtina edilmiş və Ərizəçi1 məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hacıqabul rayon Qeydiyyat Şöbəsi 14.12.2021-ci il tarixli 61-05/13 nömrəli məktubla məhkəməyə məlumat verərək bildirmişdir ki, “Vətəndaş vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar əsasında Ərizəçi1 03.02.1994-cü ildə X7 ilə nikaha daxil olduğu, onların bu nikahdan 01.02.1994-cü və 2000-ci illərdə iki uşaqlarının doğulduğu müəyyən olunmuşdur. 2004-cü ildə doğulduğu iddia edilən 3-cü uşaq barədə heç bir məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçilərin məhkəmə iclasında verdiyi izahatlardan və işdə olan rəsmi sənədlərdə müəyyən edilir ki, Ərizəçi1 ilə X4 22.11.1992-ci ildə ildə faktiki nikaha girərək ailə qurmuşlar, 03.02.1994-cü ildə rəsmi nikah bağlamışlar. Birgə nikahdan onların 01.02.1994-cü il təvəllüdlü X12, 16.04.2000-ci il təvəllüdlü X9 və 17.05.2004-cü il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. 01.02.1994-cü və 16.04.2000-ci il təvəllüdlü övladlarına doğum haqqında şəhadətnamə alsalar da, 17.05.2004-cü il təvəllüdlü X10 tibb müəssisəsindən kənarda doğulduğu üçün ona doğum haqqında şəhadətnamə almamışlar. 17.05.2004-cü il təvəllüdlü X10 2011-2012-ci tədris ilində N.Rüstəmov adına Hacıqabul rayonu Abdulabad kənd orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 01.03.2019-cu il tarixə kimi məktəbdə təhsil almışdır. Daha sonra onlar Şirvan şəhərinə köçmüş və kirayədə yaşamışlar. Bu səbəbdən 01.03.2019-cu ildə X10 oxuduğu N.Rüstəmov adına Hacıqabul rayonu Abdulabad kənd orta məktəbindən xaric edilmişdir. X10 13.12.2020-ci ildə X11 adlı şəxslə faktiki nikaha girərək ailə qurmuşdur və Hacıqabul rayon 1-ci Udulu kəndində yaşayır, onların faktiki nikahdan 10.12.2021-ci il tarixdə Fəxri adlı bir oğlu doğulub. Ərizəçi1 qızı - 17.05.2004-cü il təvəllüdlü X3 doğulması faktının qeydə alınması üçün Hacıqabul rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, uşaq tibb müəssisəsindən kənarda doğulduğuna görə və doğum faktını təsdiq edən tibbi şəhadətnamə olmadığına görə ona doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Doğum haqqında şəhadətnamə ala bilmədiyinə görə şəxsiyyət vəsiqəsini də almamışlar. Uşağın doğum aktı Azərbaycan Respublikasında qeydə alınmadığına görə, ərizəçi uşaqların doğulması haqqında hüquqi əhəmiyyətli faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 305, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi1 və X2 rəsmi nikahlarından 17.05.2004-cü ildə Hacıqabul rayon Abdulabad kəndində X10 adlı qızları doğulması faktı müəyyən edilsin. 17.05.2004-cü ildə Hacıqabul rayon Abdulabad kəndində doğulmuş X5 doğum haqqında şəhadətnamə verilməsi Hacıqabul rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar