Məhkəmə qərarları › İş №2(071)-844/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-844/2022

05.12.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-844/2022 05.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı nümayəndəsi (qızı) Nümayəndə1, Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi, evdən çıxarılma və qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi, evdən çıxarılma və qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarışa əsasən onun mülkiyyətində olan Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi, Cavabdeh əşyaları ilə birlikdə onun evindən çıxarılması və qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X11 ərizəsinə əsasən iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddiaçı nümayəndəsi (qızı) Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı onun anasıdır. İddiaçı atası X6 və anası X7 1935-ci ildə evlənmişlər. Onların birgə nikahından X12, X13, X14, X15, X9 və İddiaçı doğulmuşdur. İddiaçının atası X6 xx.xx.1979-ci ildə, anası X7 isə xx.xx.1992-ci ildə vəfat etmişdir. Daha sonra iddiaçının qardaşları X15 xx.xx.2002-ci ildə, X14 xx.xx.2004-cü ildə, X13 xx.xx.2007-ci ildə və X12 xx.xx.2013-cü ildə, bacısı X9 xx.xx.2012-ci ildə vəfat etmişdir. X1 vəfatından sonra yaşadıqları Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli ev miras qalmışdır. İddiaçı valideynlərinin vəfatından sonra da Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli miras evdə yaşamaqda davam etmişdir. Evi miras əmlak kimi faktiki idarəçiliyə qəbul etmiş və mülkiyyətçi kimi ona sahiblik etməklə, istifadə etmişdir. Lakin İddiaçı savadsız olduğuna görə həmin mirası öz adına rəsmiləşdirmək üçün notariat kontoruna müraciət etmək üçün müəyyən edilmiş müddəti üzürlü səbəblərdən ötürmüşdür. İddiaçı mərhum valideynlərindən ona miras kimi qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 saylı fərdi yaşayış evini öz adına rəsmiləşdirmək üçün xx.xx.2021-ci il tarixdə Hacıqabul rayon Notariat kontoruna rəsmi ərizə ilə müraciət etmişdir. Hacıqabul rayon Notariat Ofisi xx.xx.2021-ci il tarixli 624 saylı məktubla İddiaçı bildirmişdir ki, mirasın qəbulu müddətinin bərpası ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Bu səbəbdən də İddiaçı mərhum atası X2 miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evin qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti, gecikmənin səbəbini üzürlü sayaraq, uzadılması barədə qətnamə qəbul edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)- 122/2022 nömrəli qətnaməsi ilə İddiaçı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı qanun üzrə birinci növbə vərəsə kimi xx.xx.1979-ci ildə vəfat etmiş atası X2 miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evə dair qanun üzrə vəqəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat orqanına müraciət etməsi üçün müəyyən edilmiş müddət üç ay müddətinə uzadılmışdır. İddiaçı qanun üzrə birinci növbəli vərəsə kimi miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində Hacıqabul rayon Notariat ofisinə ərizə ilə müraciət etməsi qət edilmişdir. Bundan sonra İddiaçı ərizə ilə notariat kontoruna müraciət etmişdir. Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mərhum X3 adına ilkin hüquqi qeydiyyata alınmışdır. Sonra Hacıqabul rayonu xüsusi notariusu tərəfindən xx.xx.1979-ci ildə vəfat etmiş X2 miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evə dair İddiaçı adına xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə əsasında Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarış verilmişdir. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evinə heç bir hüququ yoxdur, onunla heç bir müqavilə, yazılı razılaşma bağlanmamışdır. Cavabdeh iddiaçının evində qanunsuz yaşayır, iddiaçının tələbinə baxmayaraq, cavabdeh evi boşaltmaqdan imtina edir. Hazırda cavabdehin iddiaçıya məxsus evdə yaşaması və qeydiyyatda qalması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Cavabdeh iddiaçının evinə onun razılığı olmadan qeydiyyata alınmışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X5 nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli fərdi yaşayış evi xx.xx.2010-cu il tarixli çıxarışa əsasən Cavabdeh mülkiyyətinə keçmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən mülkiyyətində olan Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli fərdi yaşayış evini X8 bağışlamışdır. Bağışlama müqaviləsinə əsasən həmin ev xx.xx.2020-ci il tarixli çıxarışa əsasən X5 adına mülkiyyət kimi qeydiyyata alınmışdır. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)-440/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh, Hacıqabul rayon Dövlət Notariat Kontoruna, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə qarşı “qanun üzrə şəhadətnamənin və çıxarışın etibarsız hesab edilməsi və vərəsə kimi tanınması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh adına verilmiş vərəsəlik qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən çıxarış etibarsız hesab edilmişdir. İddiaçı vərəsə kimi tanınması təmin olunmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-504/2022 nömrəli qətnaməsi ilə X5 apellyasiya şikayəti təmin edilmiş, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(071)- 440/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-5181/2022 nömrəli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-504/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli fərdi yaşayış evinə dair X5 adına aparılmış reyestr yazısı qanunsuz olaraq Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən ləğv edilmişdir. X11 Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin qanunsuz hərəkətləri ilə bağlı Şirvan İnzibati Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bu səbəbdən hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Dövlət X17 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 522 nömrəli arxiv arayışından müəyyən edilir ki, Qazıməmməd rayon İcraiyyə Komitəsinin xx.xx.1959cu il tarixli 11 nömrəli protokolundan çıxarışa əsasən SSRİ Ali Soveti rəyasət heyətinin xx.xx.1948ci il tarixli fərmanına əsasən şəhərdə yaşayan vətəndaş X4 ev tikdirmək üçün 0,6 sotuq torpaq sahəsi verilmişdir. Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(071)-122/2022 nömrəli qətnaməsi ilə İddiaçı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair ərizəsi təmin edilmiş, ərizəçi İddiaçı qanun üzrə birinci növbə vərəsə kimi xx.xx.1979-ci ildə vəfat etmiş atası X2 miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evə dair qanun üzrə vəqəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün notariat orqanına müraciət etməsi üçün müəyyən edilmiş müddət üç ay müddətinə uzadılmışdır. İddiaçı qanun üzrə birinci növbəli vərəsə kimi miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən üç ay müddətində Hacıqabul rayon Notariat ofisinə ərizə ilə müraciət etməsi qət edilmişdir. Bundan sonra İddiaçı mirası qəbul etmək üçün notariat kontoruna müraciət etmişdir. Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evi xx.xx.2022-ci il tarixli çıxarışa əsasən mərhum X3 adına ilkin hüquqi qeydiyyata alınmışdır. Hacıqabul rayonu xüsusi notariusu tərəfindən xx.xx.1979-ci ildə vəfat etmiş X2 miras qalmış Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli evə dair İddiaçı adına xx.xx.2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evinə dair İddiaçı adına xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarış verilmişdir. Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsi xx.xx.2022-ci il tarixli **********44 nömrəli məktubla X5 adına olan çıxarışa dair məlumatın verilməsi barədə məhkəmənin xx.xx.2022-ci il tarixli sorğusuna cavab verərək bildirmişdir ki, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli fərdi yaşayış evinə dair X5 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. İddiaçı müraciəti və təqdim etdiyi hüquqmüəyyənedici sənədlər əsasında Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evinə mərhum X3 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında şahadətnaməyə əsasən Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüquqları ********** qeydiyyat nömrəli çıxarışla rəsmiləşdirilmişdir, hal hazırda qüvvədədir. Göründüyü kimi, Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evinə dair Cavabdeh və X5 adlarına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat yazısı ləğv edilmişdir. Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evi yeni yaranmış daşınmaz əmlak kimi xx.xx.2022-ci il tarixdə mərhum X3 adına ilkin hüquqi qeydiyyata alınmışdır. Daha sonra xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır və hazırda İddiaçı mülkiyyətindədir. Cavabdeh və üçüncü şəxs X5 İddiaçı mülkiyyətində olan Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada istifadə hüququ yaranmamışdır. X11 Daşınmaz Əmakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin qanunsuz hərəkətləri ilə bağlı Şirvan İnzibati Məhkəməsinə ərizə ilə müraciət etsə də, X10ün nümayəndəsi və vəkili Nümayəndə2 ərizənin məhkəmənin icraata qəbul edilməsinə dair sərəncamı məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən hazırkı iş üzrə icraatın dayandırılmasına əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, mübahisəli evlə bağlı tərəflər arasındakı hüquq münasibəti xx.xx.2009-cu il tarixdən sonrakı dövrdə yarandığına görə hazırkı mübahisəyə Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Mənzil Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Mənzil Məcəllənin 34.1-ci maddəsinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Göründüyü kimi, cavabdeh iddiaçının mülkiyyətindəki evə qeydiyyata alınsa da, iddiaçının ailə üzvü olmamış, cavabdehin adına mübahisəli evə dair aparılmış qeydiyyat yazısı ləğv edildiyinə görə, onun həmin mənzilə olan istifadə hüququna xitam verilməli, cavabdeh iddiaçının mülkiyyətində olan evdən əşyaları ilə birlikdə çıxarılmalıdir. Cünki, cavabdehin iddiaçının mülkiyyətində olan evdə qeydiyyata alınması, onun həmin evin üzərində daimi istifadə hüququnun yaranmasını özündə ehtiva etmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi, qanunvericiliyin tələbinə əsasən şəxsin hər hansı mənzildə rəsmi qeydiyyatda olması, onun həmin mənzildən daimi istifadə etmək hüququnun mövcud olmasına dəlalət etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz... Qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər... Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneəçilik yaratmamasına istiqamətlənmişdir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqında» Avropa Konvesiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynalxalq hüququnun ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Görüldüyü kimi, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququ deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətçi kimi cavabdehin onun mülkiyyətindəki evə olan istifadə hüququna xitam verilməsini, evinin cavabdehin qanunsuz sahibliyindən geri qaytarılmasını və evin boşaldılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin edilməlidir. Bu qənaətə gələrkən məhkəmə həm də nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin, mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək, ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X19rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli, **********04-10301 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilsin. Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evindən çıxarılsın və ev boşaldılaraq İddiaçı təhvil verilsin. Bu qətnamə Cavabdeh Hacıqabul şəhəri Z.Tağıyev küçəsi 170 nömrəli (yeni qaydalara görə AZ2400 Hacıqabul şəhəri H.Z.Tağıyev küçəsi ev 266) fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar