Məhkəmə qərarları › İş №2(102)-5074/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-5074/2022

01.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-5074/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1nə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:mənzilə sahiblik, istifadə hüququnun tanınması 01.11.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(103)385/2022 saylı qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 18 aprel 2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan 74 saylı mənzil sonuncuya 53.227 ABŞ dolları pul vəsaiti qarşılığında satılıb. X tərəfindən verilmiş maliyyə arayışlarına əsasən, İddiaçı mənzilin dəyərini tam ödəyib. Cavabdeh1 MTK ilə Cavabdeh2 ilə bağlanmış 21 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan 74 saylı mənzil sonuncuya 34.000 manat müqabilində satılıb. Cavabdeh1 MTK tərəfindən verilmiş 21 noyabr 2016-cı il tarixli maliyyə arayışına əsasən, mənzilin dəyəri 34.000 manat tam olaraq ödənilib. Cavabdeh1 MTK ilə X1 arasında bağlanmış 02 mart 2014-cü il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan 74 saylı mənzil sonuncuya 34.000 manata satılıb. Cavabdeh1 MTK tərəfindən verilmiş 02 mart 2014-cü il tarixli maliyyə arayışına əsasən, mənzilin dəyəri 34.000 manat tam olaraq ödənilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli məktubuna əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olan X3 və X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ünvan 1 ünvanda Cavabdeh1 MTK tərəfindən inşa olunan yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 101 kv.metr olan, 2 otaqlı 74 saylı mənzil üzrə dələduzluq edilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən İddiaçı 11 iyul 2018- ci il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində, Nümayəndə 02 avqust 2018-ci il tarixdə zərərçəkmiş şəxs qismində, X 10 yanvar 2018-ci il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınıb. X və X Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir və yekun məhkəmə aktı qəbul edilməyib. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 MTK-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə aralarında bağlanmış 18 aprel 2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan 74 saylı mənzilə sahiblik və istifadə hüququn un tanınması və həmin mənzilin boşaldılaraq, ona təhvil verilməsinin Cavabdeh1 MTK-nə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahış edib. İddia tələbi onunla əsaslandırılıb ki, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi yaşayış binasından 18 aprel 2007-ci il tarixdə 11ci mərtəbədə yerləşən, 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan 74 saylı mənzili 53.227 ABŞ dollarına alıb və həmin tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyərindən 25.000 dolları, 14 may 2007-ci il tarixli maliyyə arayışına əsasən 3.000 dolları, 12 iyun 2007-ci il tarixli maliyyə arayışına əsasən 2.580 manat, 18 iyul 2007-ci il tarixli maliyyə arayışına əsasən 2.550 manat, 6 avqust 2007-ci il tarixli maliyyə arayışına əsasən 2.550 manat, 31 avqust 2007-ci il tarixli maliy yə arayışına əsasən 2.550 manat, 10 oktyabr 2007ci il tarixli maliyyə arayışına əsasən 2.833 manat, 21 noyabr 2007-ci il tarixli maliyyə arayışına əsasən 4.225 manat, 28 dekabr 2007-ci il tarixli maliyyə arayışına əsasən 2.550 manat və son olaraq 29 yanvar 2008-ci il tarixli maliyyə arayışına əsasən 1.610 manat ödəyərək mənzilin pay dəyərini tam olaraq ödənilib. Lakin, buna baxmayaraq bir neçə müddətdir ki, Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasında mənzillərin bir neçə şəxsə satılması barədə məlumat aldı və bundan sonra bununla bağlı Baş Prokurorluğun Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müracət edib və məlum oldu ki, ona məxsus 74 saylı mənzil ondan sonra başqa bir şəxsə satılıb. O, mənzilin dəyəri olan 53.227 ABŞ dollarını nəğd şəkildə Cavabdeh1 MTK-nə ödəyib, bununla bağlı maliyyə arayışları verilib. Cavabdeh1 MTK öz arayışlarını möhür və imzası ilə təsdiqləyərək bildirmişdir ki, onun Cavabdeh1 MTK-nə heç bir borcu qalmayıb. Lakin, Cavabdeh1 MTK sözügedən binanı yaşayış üçün tam olaraq təhvil verilməsi öhdəliyini öz üzərinə götürsə də, müqavilə öhdəliklərinə riayət etməyib, binanı yaşayış üçün tam istismara təhvil verməyib və mənzillərlə bağlı heç bir sənədləşmə aparmayıb və bilərəkdən maneələr yaradıb. Belə ki, Cavabdeh1 MTK-nın rəhbər işçiləri öz vəzifə səlahiyyətlərindən, habelə hökmran vəziyyətdən istifadə sui-istifadə edərək, binada yaşayış üçün son dərəcə zəruri olan suyun, qazın, liftin verilməsini, binanın pilləkənlərinin yararlı vəziyyətə gətirilməsini, həyətin abadlaşdırılmasmı təmin etmir. Prokurorluqdan ona verilən şifahi məlumata əsasən, hal-hazırda ona məxsus mənzildə, həmin mənzilə ondan sonrakı tarixə müqaviləsi olan şəxs yaşayır. Baş Prokurorluğun Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə 74 saylı mənzillə bağlı zərərçəkən şəxs kimi tanınıb. Yuxarıda qeyd olunanlardan məlum olur ki, onun hüquqları Cavabdeh1 MTK tərəfindən kobudcasına pozulub və o, hüquqlarının bərpası üçün məcbur qalaraq, məhkəməyə müraciət edib. Cavabdeh1 MTK-nın bu qanunsuz və özbaşınalığı nəticəsində mənzilinə rahat gedib-gələ bilmir, mənzilinə buraxılmır və problemlərlə üzləşir. Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin 22 may 2019-cu il tarixli məktubuna əsasən, Cavabdeh1 MTK-nın inşa etdiyi binadan 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan 74 saylı mənzil kooper ativ rəhbəri tərəfindən 18 aprel 2007-ci il tarixli müqaviləyə, maliyyə arayışına əsasən 53.227 ABŞ dollarına İddiaçı, təkrarən 21 noyabr 2016-cı il tarixli saxta müqaviləyə, maliyyə arayışına əsasən 37.000 manata Cavabdeh2, 2017-ci ilin sentyabr ayında təkrarən tarixi 02 mart 2014-cü il kimi göstərilmiş saxta müqaviləyə, maliyyə arayışına əsasən 34.000 manata satılıb. Sonradan iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK-nın inşa etdiyi binada 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan 74 saylı mənzilə dair Cavabdeh2 ilə 21 noyabr 2016-cı il tarixdə bağlanmış müqavilənin, bunun əsasında verlmiş maliyyə arayışının, X ilə 2017-ci ilin sentyabr ayında tarixi 02 mart 2014-cü il kimi göstərilmiş müqavilənin, bunun əsasında verilmiş maliyyə arayışın ın etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 18 aprel 2007-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilmiş yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan 74 saylı mənzilə köçürülməsi və həmin mənzildən cavabdehlərin və digər şəxslərin çıxardılaraq, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia tələbləri rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, mübahisəli mənzilə dair Cavabdeh1 MTK tərəfindən ilk öncə İddiaçılə müqavilə bağlansa da, həmin mənzil faktiki olaraq Cavabdeh2 təhvil verilib və sonuncu mənzildə təmir işləri apararaq ailə üzvləri ilə birlikdə orada yaşayır. Mübahisəli mənzilin Cavabdeh2 satılması və sonuncunun ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması, habelə mənzilə dair sahiblik və istifadə hüquqlarının Cavabdeh2 tərəfindən reallaşdırılması səbəbindən hazırki iddia tələbləri əsaslı sayıla bilməz. Birinci insansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 337.1, 351.4-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırıb ki, prokurorluqda aparılan istintaqla müəyyən olunub ki, mübahisəli mənzilə dair onunla müqavilə bağlandıqdan sonra digər şəxslərlə bağlanmış müqavilələr saxtadır və heç bir hüquqi əsası yoxdur. Belə ki, həmin mənzil onun qanuni istifadəsində olduğu halda, digər şəxslərə satıla bilməzdi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova sədrlik edən, məruzəçi, Elnur Həsənov və Fuad Babayev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia təmin edilib, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2016-cı il tarixli müqavilə, X arasında bağlanmış 02 mart 2014-cü il tarixli müqavilə etibarsız hesa b edilib, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə ödənilmiş 34.000 manat və Cavabdeh1 MTK ilə X arasında bağlanmış 02 mart 2014cü il tarixli müqavilə üzrə ödənilmiş 34.000 manat pulun Cavabdeh1 MTK-dan alınaraq müvafiq olaraq Cavabdeh2 və X qaytarılması, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində edilmiş yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan 74 saylı mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi qət edilib. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Cavabdeh1 MTK mübahisəli mənzilin iddiaçıya satıldığını bilə-bilə, həmin mənzili həm X, həm də Cavabdeh2 təkrar satıb. Mübahisəli mənzilin iddiaçıya satılması barədə rəsmi sənədlər olmasına baxmayaraq Cav abdeh1 MTK mübahisəli mənzilin təkrar satışını həyata keçirib. Bu isə tərəflərin əsl niyyətini əks etdirməyib və həmin müqavilələr əhəmiyyətsiz əqdlər olmaqla, hüquqi nəticələr yaratmayıb. Müqavilələr etibarsız sayıldığından tərəflər əvvəlki vəziyyətə qaytarılmalıdır. Həmçinin, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2016-cı il tarixli müqavilə və X arasında bağlanmış 02 mart 2014-cü il tarixli müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından və həmin müqavilələrin etibarsız hesab edilməsi qənaətinə gəldiyindən, mübahisəli mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.2, 157.4, 157.8, 337.1, 337.2, 337.3, 337.4, 567, 568.1, 596.1, 596.2-ci maddələrinin və digər maddi, prosessual h üquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh2 kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ona aid olan hissədə ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 may 2021-ci il tarixli qərarı ilə (hakimlər Elşad Şamayev sədrlik edən, məruzəçi, Aqil Abbasov və Elşanə Vəliyeva) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli qətnaməsi qismən, iddianın Cavabdeh2 aid təmin olunmuş hissədə ləğv edilib və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Kassasiya instansiyası mə hkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, Cavabdeh1 MTK tərəfindən inşa olunan binada eyni mənzil müxtəlif tarixlərdə İddiaçı, X və Cavabdeh2 satılıb və onların hər biri ilə qüvvədə olan müqavilə bağlanıb və hazırda mənzil Cavabdeh2 faktiki sahibliyində, istifadəsindədir. Həmçinin müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK-nın vəzifəli şəxslərinin qeyd olunan və başqa mənzillərlə bağlı da oxşar cinayət xarakterli hərəkətləri barəsində cinayət işi başlanıb. Həmin cinayət işində İddiaçı və X zərərçəkmiş şəxs, mülki iddiaçı qismində, Nümayəndə isə (hazırki işdə iddiaçının nümayəndəsi) zərərçəkmiş şəxs qismində tanınıb. Lakin işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi İddiaçı cinayət işi üzrə icraatda olan mülki iddiasının nədən ibarət olması, həmin mülki iddiaya baxı ldığı halda hazırki iddiaya baxılmasının Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinin tələbinə əsasən mümkünlüyü məsələsini araşdırmayıb. Mülki iş materiallarında İddiaçı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasına dair istintaq orqanının qərarı əlavə olunsa da, mülki iddianın özü yoxdur. Digər tərəfdən iddiaçı və cavabdehlərdən biri Cavabdeh1 MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə həm mülki iddiaçı, həm də zərərçəkmiş şəxs, kassator (onun nümayəndəsi) isə yalnız zərərçəkmiş şəxs qismində tanındıqları halda, apellyasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinə əsasən iş üzrə icraatın dayandırılması məsələsini də müzakirə etməli idi. Belə ki, həmin cinayət işi üzrə qəbul ediləcək hökm hazırki iddianın qanuni və ədalətli həll i üçün əhəmiyyətli ola bilərdi. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 oktyabr 2021-ci il tarixli qərardadı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü qanuni qüvvəyə minənədək mülki iş üzrə icraat dayandırılıb və hökm qanuni qüvvəyə mindikdən sonra mülki iş üzrə icraat təzələnib. Məhkəmə təqdim edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə X Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1 -ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib və Cinayət Məcəlləsinin 178.3.2 və 29.178.3.2-ci maddələri ilə onun barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tədbiq edilməklə 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında m addi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə, Cinayət Məcəlləsinin 178.3.2,29,178.3.2-ci maddələri ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 il 6 müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib, Cinayət Məcəlləsinin 6.3 və 66.4-cü maddələrinə əsasən X təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, X cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlin in 15 dekabr 2017-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, habelə Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən X təyin olunmuş 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra olunması, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq X Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddəsi ilə cəza təyin edilməməsi, X Cinayət Məcəlləsinin 178.3.2, 29.178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, X Cinayət Məcəlləsinin 178.3.2 və 29.178.3.2-ci maddələri ilə barəsində Cinayə t Məcəlləsinin 46.2-ci maddəsi tədbiq edilməklə 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 308.2-cu maddəsi ilə 2 il 6 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən X təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, x cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 15 dekabr 2017-ci il tarixdən hesablanması və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cinayət Məcəlləsinin 68-ci maddəsinə əsasən X təyin olunmuş 3 il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra olunması, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə müvafiq olaraq X Cinayət Məcəlləsinin 313 və 320.1-ci maddələri ilə cəza təyin edilməməsi hökm edilib. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 17 fevral 2022-ci il tarixli qərarı ilə məhkumlar X və X barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tar ixli hökmünə dəyişiklik edilərək, X qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, X isə qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Cavabdeh2 nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə əraziə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsində o, iddia müddətinin tətbiqi barədə şifahi vəsatət verib. Lakin, bu məsələyə məhkəmənin qətnaməsində münasibət bildirilməyib və qətnamə ilə iddiaçının tələbləri rədd edilib. Cavabdeh2 21 noyabr 2016-cı il tarixli müqaviləyə əs asən sözügedən mənzili 37.000 manata Cavabdeh1 MTK-dən alıb. İddiaçı hazırki iddia tələbləri ilə məhkəməyə 21 noyabr 2017-ci il tarixədək müraciət etməli idi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Fuad Talışinski sədrlik edən, məruzəçi, Azad manov və Qürbət Əsgərov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı Şəhəri, Yasamal Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, sözügedən cinayət mühakimə icraatı zamanı zərərçəkmiş və mülki iddiaçı kimi adı çəkilən və apellyasiya icraatının baxış hədləri yalnız onlara münasibətdə müəyyən edilən İddiaçı və Cavabdeh2 münasibətdə müzakirə predmetinə aid mülki mübahisənin həllinə dair qərar qəbul edilməyib. Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiqinə dair ərizənin birinci instansiya məhkəməsinə təqdim etmək kimi prosessual imkanına malik olması, ona apellyasiya icraatı zamanı qiymət verilməsini istisna edir. Həmçinin, iddiaçının tələbinin əsasını kooperativdən alınan mənzil hüquqlarının təmin edilməsi olmaqla biləvasitə cavabdehliyi, müqavilə öhdəlikləri üzrə vəzifələr daşıyan, Cavabdeh1 MTK daşımalıdır. Cavabdeh2 qarşı müqavilənin etibarsızlığı ilə bağlı tələbləri mülkiyyət hüquqları müəyyən edilməyən mənzil üzrə sonuncunun mənzildə yaşaması (etibazsız sahiblənməsi) müstəvisində ona münasibətdə sahiblik və tələbetmə müddətləri ilə məhdudlaşır. Mübahisə tərəfləri ilə yaranmış münasibətlərin Mülki Mə cəlllənin 178.8-ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir, burada isə qeyd edilirdi ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu mənada, kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin qanuni əsaslarla müəyyən edilən mövcud faktlar əsasında qənaətini istisna edə bilməz. İddiaçının dəlillərinə əsasən Cavabdeh2 mənzil üzrə ödəniş həyata keçirmədən illər boyu həmin mənzildə yaşamasına dair iş icraçısı kimi məsul olan Cavabdeh1 MTK etiraz etməyib və mənzilə olan hüquqları mübahisələndirməyib. Ca vabdeh2 mənzilə sahiblənməsi və ona kooperativ tərəfindən etiraz edilməməsi onun müqaviləsinin başqa niyyətlə bağlanmadığını sübuta yetirir və bu müqavilənin real olmasını təsdiqləyərək, formal mülahizələr əsasında onun əhəmiyyətsizliyini və ya etibarsızlığını istisna edir. İddiaçı isə kifayət qədər olan müddət ərzində əqdin mübahisələndirilməsi hüququna aid qanunla müəyyən edilmiş müddətləri ötürmüş olduğu halda, öz sübutetmə vəzifəsinə müvafiq bunların ötürülməməsinə (əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günə) dair sübutları müzakirəyə təqdim etməyib. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılıb və qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin hazırkı mübahisəli mü nasibətlərinə uyğun əsaslandırılıb. Apellyasiya şikayətinin dəlillərinə əsasən qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış müqavilə münasibətlərinə (öhdəliklərin yerinə yetirmədiyinə) görə məhz sonuncu mülki məsuliyyət (başqa əsaslarla çıxış etmədiyi təqdirdə) daşıyır və iddiaçı mülki qanunvericiyə müvafiq olaraq məhz Cavabdeh1 MTK-nı qarşı iddia qaldırmaqla müqavilə üzrə ödədiyi pulu, həmçinin bunun nəticəsində ona dəymiş zərəri geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 139-158, 178, 324, 337-360, 385-388, 560-cı maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. İddiaçı kassasiya şikayətini onunla əsaslandırıb ki, prokurorluqda aparılan istintaqla müəyyən olunub ki, mübahisəli mənzilə dair onunla müqavilə bağlandıqdan sonra digər şəxslərlə bağlanmış müqavilələr saxtadır və heç bir hüquqi əsası yoxdur. Belə ki, həmin mənzil onun qanuni istifadəsində olduğu halda, digər şəxslərə satıla bilməzdi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməyib. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8 -1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 337.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1-ci maddəsində göstərilir ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı al ıcıya verməyə borcludur; 596.1-ci maddəsinə əsasən, alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir; 596.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülən tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 407.2-ci maddəsinə görə, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Mülki prosessual qanunverciliyə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiya sı məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddia tələbinin Cavabdeh2 aid hissədə əsaslı olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyas iya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Cavabdeh1 MTK tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan 74 saylı mənzilə dair əvvəl İddiaçılə 18 aprel 2007-ci il tarixli müqavilə bağlansa da, sonradan həmin mənzilə dair Cavabdeh2 ilə də 21 noyabr 2016-cı il tarixli müqavilə bağlanıb və mənzil faktiki olaraq sonuncunun sahibliyinə və istifadəsinə verilib. Bundan sonra, Cavabdeh1 MTK-nin 30 mart 2017-ci il tarixli protokol-qərarına əsasən məhz Cavabdeh2 Kooperativə üzv qəbul edilib, onun tərəfindən mənzildə təmirbərpa işləri aparılıb və ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Digər tərəfdən, qanuni qüvvəyə minmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli hökmü ilə müəyyən edilir ki, x və X Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ünvan 1 ünvanda Cavabdeh1 MTK tərəfindən inşa olunan yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, 2 otaqlı, ümumi sahəsi 101 kv.metr olan 74 saylı mənzil üzrə dələduzluq edilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən İddiaçı 11 iyul 2018-ci il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınıb. Cavabdeh1 MTK-nin qanuni təmsilçisi X da izahatında mübahisəli mənzilin məhz Cavabdeh2 satıldığını, İddiaçı cinayət işi üzrə zərərçəkən şəxs və mülki iddiaçı kimi tanındığını və gələcəkdə ona mənzil verilicəyni bildirib. Göründüyü kimi, "xxxx" MTK-i İddiaçılə bağladığı müqavilənin şərtlərinə uyğun olaraq sonuncudan mübahisəli mənzilin dəyərini qəbul etsə də, həmin mənzili ona deyil Cavabdeh2 təhvil verib, yəni sözügedən mənzil faktiki olaraq İddiaçı tərəfindən qəbul edilməyib. Belə olan halda, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, mübahisəli mənzil Cavabdeh1 MTK tərəfindən bilavasitə Cavabdeh2 təhvil verildiyindən, habelə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sözügedən mənzil üzrə dələduzluq edilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən məhz İddiaçı zərərçəkmiş şəxs, mülki iddiaçı kimi tanındığından, sonuncunun kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahibl ik edən şəxsə də mənsubdur; 337.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır; 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 568.1-ci maddəsində göstərilir ki, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur; 596.1-ci maddəsinə əsasən, alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alqı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir; 596.2-ci maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, alıcı adətən irəli sürülə n tələblərə görə müvafiq əşyanın verilməsini və alınmasını təmin etmək üçün öz tərəfindən zəruri olan hərəkətləri etməyə borcludur. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, mənzilə dair Cavabdeh2 ilə müqavilənin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanması mülki iş materialları ilə istisna edildiyindən, yəni sözügedən müqavilə üzrə satıcı "xxxx" MTK-nin mənzili bilavasitə alıcı Cavabdeh2 sahibliyinə, istifadəsinə verməsi, sonuncunun isə mənzili qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) Cavabdeh1 MTK-nə ödəməsi işə əlavə edilmiş sübutlarla, o cümlədən Cavabdeh2 ilə bağlanmış müqavilə, onun adına verilmiş maliyyə arayışı, habelə Cavabdeh1 MTK-nın qanuni təmsilçi X izahatı ilə təsdi q edildiyindən, iddianı Cavabdeh2 aid hissədə rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib və yuxarıda sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın Cavabdeh2 aid hissədə təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblər inin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla, apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razıla şıb həmçinin hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə sözügedən mənzil üzrə dələduzluq edilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən İddiaçı zərərçəkmiş şəxs, mülki iddiaçı kimi tanındığından, o, mülki qanunvericiyə müvafiq olaraq Cavabdeh1 MTK-nə qarşı iddia qaldırmaqla, müqavilə üzrə ödədiyi pulu, həmçinin bunun nəticəsində ona dəymiş zərəri Cavabdeh1 MTK-dən geri tələb edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin q ətnaməsi dəyişdirilmədən, iddiaçının kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 may 2022-ci il tarixli, 2(103)-385/2022 saylı qətnaməsi İddiaçı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar