Məhkəmə qərarları › İş №2(102)-1632/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-1632/2023

15.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-1632/2023 15.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evindən istifadə hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X2 ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-1108/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı ilə Cavabdeh arasında 23 iyun 2007-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuş, X3 və azyaşlı uşaqları X9, X6 və X7 ilə birlikdə İsmayıllı rayon Sumağallı kəndində yerləşən, İddiaçı fakiki mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ müəyyən edilmiş və X10 öz azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir.

3. İddiaçı məxsus fərdi yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsinin bir hissəsi İsmayıllı rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-88-2003 saylı qətnaməsinə əsasən özgəninkiləşdirilmiş və iddiaçının birinci arvadı olmuş X1 adına qeyd edilmişdir.

4. X8 xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında sözügedən fərdi yaşayış evini Cavabdeh satmışdır.

5. Hüquqları n Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın təstiq edilmiş surətinə əsasən İsmayıllı Rayonu, Sumağallı kəndində 0.03038 ha torpaq sahəsində yerləşən 96.6 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh mübahisəli fərdi yaşayış evini anası Sofiya Hüseyinovaya bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra - iddiaçı) cavabdeh X5 (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İ smayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli, 2(037)-29/2011 saylı qətnaməsi ilə cavabdehə tanınmış JN-013F KOD 40711038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə mülkiyyətində olan, İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ona məxsus alt-üst iki otağından istifadə hüququna xitam verilməsi, həmin otaqların boşaldılması, evə məcburi köçürülmə və istifadə hüququna maneçiliklərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon AİK-nın 17 mart 1998-ci il tarixli, 43 saylı qərarına əsasən, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 12 iyul 2002ci il tarixdə 571 nömrə ilə qeydə alınaraq verilmiş JN-01 3F KOD 40711038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə mülkiyyətində olan İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2003-cü il tarixli qətnaməsi ilə boşandığı birinci həyat yoldaşı Təranə Mirzəyeva ilə aralarında bölünərək ½ hissə üzərində hər birinin mülkiyyət hüququ müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli, 2(037)-29/2011 saylı qətnaməsi ilə cavabdeh və üç uşaqları mülkiyyətində olan ½ hissə fərdi yaşayış evindən istifadə hüquqları müəyyən edilərək evə köçürülmüşlər.

8. İsmayıllı Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 14 iyul 2022-ci il tarixli, 2(037)-451/2022 saylı qətnaməsi i lə (hakim İ.Hüseynov) iddia tələbinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli,2(037)29/2011 saylı qətnaməsi ilə cavabdehə tanınmış JN-013F KOD 40711038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin iddiaçıya mülkiyyət hüququ ilə məxsus alt-üst iki otağından istifadə hüququna xitam verilməsi, iddiaçıya məxsus alt-üst iki otağın boşaldılması, iddiaçı JN013F KOD 40711038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə mülkiyyətində olan, İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə məcburi köçürülməsi və onun is tifadə hüququna maneçiliklərə qadağa qoyulması, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həm in hüququn xitamı ilə nəticələnir.

10. Məhkəmə kollegiyası tərəfindən müəyyən olunmuşdur ki, cavabdeh uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olsalar da, faktiki olaraq sözügedən evin ½ hissəsinə artıq alğı-satqı müqaviləsi əsasında istifadə hüququnu reallaşdırdığından fərdi yaşayış evinin iddiaçıya məxsus digər ½ hissəsindən istifadə etmələrinə zərurət aradan qalxmışdır. Bu da onu deməyə əsas vermişdir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onun istifadə hüququna xitam verilməlidir.

11. Bundan başqa məhkəmə hesab etmişdir ki, yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eləcə də, istifadə hüququ olan şəxsin kənar şəxsləri yaşayış sahəsinə köçürmək hüququ qanunda nəzərdə tutulmamışdır.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası M ənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014–cü il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1, 152.5, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli 2(037)-29/2011 saylı qətnaməsi ilə iddiaçının İsmayıllı rayon Sumağallı kəndində 0,48 ha həyətyanı torpaq sahəsində keçmiş arvadı X8 ilə birgə mülkiyyətlərində olmuş fərdi yaşayış evinin mülkiyyətində olan ½ hissəsindən onun və iddiaçı ilə birgə nikahdan doğulmuş üç əlil uşağının istifadə hüquqları müəyyən olunmuş və evə məcburi köçürülmüşlər. Məhkəmə qətnaməsi əsasında X1 mülkiyyət hüququ müəyyən olunmuş digər 1/2 hissəni o sonradan faktiki alqı-satqı əsasında satın almış, alqı-satqını notarial qaydada rəsmiləşdirsələr də evin dəyəri tam ödənilmədiyindən mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmamışdır. Qeyd edilən yaşayış sahəsini satın aldıqdan sonra iddiaçıya aid yaşayış sahəsinin giriş-çıxış qapısını öz vəsaiti ilə dəyişdirmişdir və iddiaçının müstəqil giriş-çıxışı mövcuddur və ona heç bir maneçilik törədilmir. Mübahisəli fərdi yaşayış evinin onun faktiki satın aldığı ½ hissəsi onun adına tam rəsmiləşdirilmədiyindən və evin qalıq pulunu ödəmək iqtidarında olmadığından həmin hissəd ə daimi yaşayacağı sual altındadır və ora onun mülkiyyəti deyil, Təranə Mirzəliyeva onu həmin hissədən hər an çıxarda bilər. Eyni zamanda, iddiaçı ilə birgə nikah dövründə doğulmuş uşaqlarının hər üçü sosial əlildirlər, biri anadan gəlmə əlil, digər ikisi isə sonradan xəstəliyə görə əlil olmuşlar və onların normal yaşayış üçün fərdi yaşayış evinin mübahisələndirilən hissəsindən istifadələrinə böyük zərurət vardır. O bütün cavan ömrünü övladlarına həsr elədiyi halda, ata olan iddiaçı heç qanunla müəyyən olunmuş alimenti ödəmək istəmir, xəstə, əlil olan övladları ilə heç maraqlanmır, onların maddi və ya mənəvi cəhətdən dolanacaqlarını nəzərə almadan, onlardan ata qayğısını əksik edərək, indi də onların küçəyə atılmasına nail olmaq istəyir. Əlil övladlarının ona fərdi yaşayış evinə olan ehtiy aclarını nəzərə almır. İndi onun uşaqlarının, artıq müəyyən yaş həddinə çatmış övladlarının evə əvvəlkindən daha cox evə ehtiyacları var. Belə ki, o artıq 12 yaşda olan əlil oğlu ilə mübahisələndirilən yaşayış sahəsinin bir otağında, iki əlil qızı isə digər otağında yaşayırlar. İstifadə hüquqlarına xitam veriləcəyi halda o məcburdur ki, başqa yerdən kirayə ev tutsun. Buna isə maddi imkanı yoxdur və bunu iddiaçı özüdə cox yaxşı bilir. Üç əlil uşaqla bir otaqda yaşamağı mümkün deyil. Həmçinin istifadə hüququ verildikdən sonra o iddiaçıya məxsus təmirsiz yaşayış evini öz vəsaiti hesabına, yəni 3000 manat xərc çəkərək təmir etdirmişdir. Yaşayış hüququna xitam verilməsi uşaqların və onun mənafeyinə tam ziddir. Birinci instansiya məhkəməsi şikayət etdiyi qətnaməni qəbul edən zaman iddiaçı ilə ar alarındakı yaranmış mübahisə ilə əlaqədar mövcud mülki hüquq münasibətinin AR Mülki Məcəlləsinin 146.1, 152.5 və 228.5-ci maddələrini tətbiq etməklə həll etməli olduğu halda qanunun bu müddəalarına istinad etmədən və AR Mülki Məcəlləsinin 146.1-ci maddəsinin tətbiqi zamanı mübahisənin mahiyyətini nəzərə almadan yaranmış mülki mübahisəyə düzgün hüquqi qiymət vermədən onun və uşaqlarının mövcud istifadə hüqunun vacibliyini nəzərə almadan, habelə yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə zidd səhv nəticə gəlmişdir. Məhkəmə iddiaçının izahatını əsas götürərək yalnız AR Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələrinə istinad edərək, lakin həmin prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələrinin tələblərinə əməl etməyərək, yəni çəkişmə prinsipini düzgün həyata keçirmədən iddianın t əmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə iddiaçının keçmiş həyat yoldaşı olmuş X4 məhkəməyə dəvət edib şahid qismində dindirilməsini təmin etməmişdir. Belə ki, Mirzəyeva Təranə iddiaçının birinci həyat yoldaşı olmuş, hazırda mübahisələndirilən fərdi yaşayış evi onların hər birinin ½ hissədə payı olmaqla birgə mülkiyyətləridir və bu məhkəmə qətnaməsi ilə müəyyənləşmişdir. Mirzəyeva Təranə özünə aid ½ hissəni ona satsa da hal-hazıradək mülkiyyət hüququ onun öz adınadır və onun adına qeydə alınmamışdır. Buna səbəb isə evin dəyərinin onun tərəfindən tam ödənilməməsi və Təranə tərəfindən mülkiyyətin onun adına keçməsinə razılaşmaması olmuşdur. Bu halda məhkəmə Təranəni və onun qeyd olunan evə ehtiyacının olub-olmamasını tam aydınlaşdır maq, tərəflər arasında yaranmış münasibətlərə tam aydınlıq gətirmək üçün müvafiq kənd dövlət və bələdiyyə qrumlarının nümayəndələrini şahid qismində dindirməli idi və deyilənləri aydınlaşdırmalı idi. İşin faktiki hallarından göründüyü kimi, onun alqı-satqı yolu ilə satın aldığı evin mülkiyyətçisi olan Təranə Mirzəliyeva alqı-satqının ləğv edilməsi tələbini irəli sürə və yaşayış sahəsindən təcrid edilə bilər. Məhkəmə cavabdeh kimi onun izahatını və işin faktiki hallarını nəzərə almamış, dindirilməsini tələb etdiyi şahidləri məhkəmə zalına dəvət edib dindirməmiş, iddiaçının izahatına əsaslanaraq son nəticəyə gəlmişdir. Məhkəmə onun izahatında qeyd edilmədiyi halda güya onun fərdi yaşayış evinin mübahisəli hissəsində yaşamadığını etiraf etdiyini qeyd etmişdir. Lakin bu yalandır, o evin həmin hissəsindən istifadə edir, xəstə oğlu ilə həmin otaqda qalır. Yəni iddiaçının istifadə hüququna xitam verilməsini tələb etdiyi otaqda yaşamağa məcburlar. Onların iddiaçıya heç bir maneçiliyi yoxdur və iddiaçının özünün də güya orada yaşaması və onun tərəfindən həmin evdə yaşamasına maneçiliklər törədilməsi haqqında qeyd olunanlar da tam yalandır, bütün kənd sakinləri təsdiq edə bilər ki, iddiaçı hal-hazırda və həmişə həmin evdə yaşayır və ona qarşı onun tərəfindən heç bir maneçilik yoxdur.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-1108/22 nömrəli iş üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər –M.Əsədli (sədrlik edən və məruzəçi), A.Mahmudov, Ə.Məcidov) apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci i nstansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçı İsmayıllı Rayonu, Sumağallı kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, iddiaçının İsmayıllı Rayonu, Sumağallı kəndində yerləşən fərdi yaşayış evinə köçməsinə edilən maneələr cavabdehə qadağan edilməsi, iddiaçının cavabdehə qarşı iddia tələbinin “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, evin boşaldılması” hissəsi rədd edilməsi qət edilmişdir.

16. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, müəyyən olunan hallara görə, İddiaçı adına İsmayıllı rayon, Sumağallı kəndində inventar nömrəsi 32 olan texniki pasporta əsasən fərdi yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsi (JN-013F KOD 40711038 olan şəhadətnamə və 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) vardır. İddiaçı ilə Cavabdeh arasında 23 iyun 2007-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuş, X3 və azyaşlı uşaqları X9, X6 və X7 ilə birlikdə İsmayıllı rayon Sumağallı kəndində yerləşən, İddiaçı faktiki mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ müəyyən edilmiş və X10 öz azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsinin bir hissəsi İsmayıllı rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-88-2003 saylı qətnaməsinə əsasən özgəninkiləşdirilmiş və iddiaçının birinci arvadı olmuş X1 adına qeyd edilmişdir. Təranə Mirzəyeva adına olan sözügedən fərdi yaşayış evini iddiaçının ikinci arvadı olmuş hazırki Cavabdeh xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqavil əsi əsasında satmışdır. Daha sonra müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın təstiq edilmiş surətinə əsasən İsmayıllı Rayonu, Sumağallı kəndində 0.03038 ha torpaq sahəsində yerləşən 96.6 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh mübahisəli fərdi yaşayış evini anası Sofiya Hüseyinovaya bağışlamışdır.

17. Bundan başqa məhkəmə kollegiyası tərəfindən İsmayıllı Rayonu, Sumağallı kəndində 0.03038 ha torpaq sahəsində yerləşən 96.6 kv.m fərdi y aşayış evində keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi 2 mərtəbəli olmaqla, birinci mərtəbəsi yaşayış üçün əlverişli deyil, evin ikinci mərtəbəsinə mənzilin sağ hissəsindən taxta pilləkənlərlə giriş var, girişdə bir koridor, koridorun sağ hissəsində iki otaq və mətbəx mövcuddur, koridorun sonunda isə sonradan arakəsmələrlə hazırlanmış və qapısı bağlı olan bir otaq mövcuddur. Baxış zamanı fərdi yaşayış evinin birinci mərtəbəsində ikinci mərtəbəyə qalxmaq üçün ikinci mərtəbənin döşəməsi 1 m radiusda kustar üsulla kəsilərək yuxarıya giriş açılmış və taxta yeşiklərdən istifadə etməklə ikinci mərtəbəyə çıxılması müşahidə olunur.

18. Məhkəmə kollegiyası iddianın İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtə bəli, 3 otaqlı fərdi yaşayış evinin ona məxsus alt-üst iki otağından cavabdehin istifadə hüququna xitam verilməsi, həmin otaqların boşaldılması hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh əvvəllər iddiaçının ailə üzvü olduğu üçün sözügedən fərdi yaşayış evinə köçürülmüş və həmin evdə qeydiyyatdadır. Cavabdeh hal-hazıradək sözügedən fərdi yaşayış evində yaşayır. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh istifadə hüququ verilmiş fərdi yaşayış evinin ½ hissəsini (planölçü tərtib edilməklə) sonradan iddiaçının birinci arvadı Təranə Mirzəyevanın adına rəsmiləşdirilmiş, o da özünə mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evini iddiaçının ikinci arvadı olmuş, hazırkı tələb üzrə cavabdehə notarial qaydada təsdiqlənmiş alğı-satı müqaviləsi əsasında satmışdır. Eyni zamanda istər iddiaçının istərsə də sözügedən fərdi yaşayış evinin ½ hissəsinin mülkiyyətçisi olan Təranə Mirzəyevanın adına texniki pasport tərtib edilərək həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə dair plan-ölçü tərtib edilmişdir. İddiaçının və hazırda Təranə Mirzəyevanın adında olan və Cavabdeh tərəfindən alınmış fərdi yaşayış evinin kordinatları və ölçüsü (naturada) müəyyən edilmişdir. Cavabdehin özünün də etiraf etdiyi kimi alğı-satqı müqaviləsi ilə aldığı sözügedən fərdi yaşayış evi üzün müddətdir ki, onun istifadəsində olmaqla orada yaşamaqla, hazırda İddiaçı məxsus fərdi yaşayış evindən istifadə zərurəti aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna xitam verilməsi kompensa siya ödəmədən mümkündür.

19. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına istinad etmişdir.

20. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi bu hissədə əsassız, apellyasiya şikayəti isə əsaslıdır.

21. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh arasında 23 iyun 2007-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuş, X3 və azyaşlı uşaqları X9, X6 və X7 ilə birlikdə İsmayıllı rayon Sumağallı kəndində yerləşən, İddiaçı fakiki mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ müəyyən edilmiş və X10 öz azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. İddiaçıya məxsus fər di yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsinin bir hissəsi İsmayıllı rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-88-2003 saylı qətnaməsinə əsasən özgəninkiləşdirilmiş və iddiaçının birinci arvadı olmuş X1 adına qeyd edilmişdir. Təranə Mirzəyeva adına olan sözügedən fərdi yaşayış evini iddiaçının ikinci arvadı olmuş hazırki Cavabdeh xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında satmışdır. Daha sonra müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın təstiq edilmiş surətinə əsasən İsmayıllı Rayonu, Sumağallı kəndində 0.03038 ha torpaq sahəsində yerləşən 96.6 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh mübahisəli fərdi yaşayış evini anası Sofiya Hüseyinovaya bağışlamışdır.

22. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş olsa da iddiaçının birinci arvadı olmuş X8 öz payını iddiaçının ikinci arvadı olmuş hazırki Cavabdeh xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında satmışdır. Bundan sonra Cavabdeh mübahisəli fərdi yaşayış evini anası Sofiya Hüseyinovaya bağışlamışdır. Yəni mübahisəli fərdi yaşayış evindən başqa Cavabdeh başqa yaşayış yeri yoxdur.

23. Eyni zamanda kollegiy a qeyd edir ki, mübahisəli fərdi yaşayış evi naturada bölünməmiş, istifadə qaydaları müəyyən edilməmişdir.

24. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.

25. Hazırkı halda da kollegiyanın qənaətinə görə cavabdeh mülkiyyətində olan evi anasına bağışlamış olsa belə onun mübahisəli fərdi yaşayış evində istifadə hüququ saxlanılmalıdır.

26. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun yuxarıda adı keçən qərarında isə hüquqi mövqe ondan ibarə t olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.

27. Göründüyü kimi hal-hazırda mübahisə predmeti olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında istifadə hüququna xitam verilməsi istənilən iş üzrə Cavabdeh məxsus olmuş sonradan Cavabdeh mübahisəli fərdi yaşayış evini anası Sofiya Hüseyinovaya bağışlamışdır.

28. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh özünə mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evini anası Sofiya Hüseyinovaya bağışlasa da, həmin evdən istifadə etmək hüququ olduğundan onun istifadə hüqu quna xitam verilməsi yolverilməzdir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbinin İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ona məxsus alt-üst iki otağından istifadə hüququna xitam verilməsi, həmin otaqların boşaldılması hissəsinin təmin edilməsi üçün əsaslar mövcud deyildir

29. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13.1, 29.2, 29.3, Mülki Məcəllənin 152.1, 152.5, 228.4, MPM-nin 14.2, 77.1, 217.2, 372.1, 372.6, 372.7, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

30. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiy a instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi mübahisəli fərdi yaşayış evinin bir hissəsinin cavabdehin mülkiyyətində olmasına və mülki işin apellyasiya instansiyası mərhələsində anasına bağışlamasına, habelə həmin yaşayış evinin hansı tarixdə, nə məqsədlə və hansı zərurətdən cavabdeh tərəfindən anasına bağışlanmasına ümumiyyətlə hüquqi qiymət vermədən, istifadə hüquq anayışına, dolayısı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014–cü il tarixli Qərarına zidd qərar qəbul etmişdir.

32. Belə ki, cavabdehin an asına məxsus fərdi yaşayış evi mövcuddur və cavabdeh sırf kasssatorun mülkiyyətində olan fərdi yaşayış eviniə istifadə hüququnun saxlanması ehtimalını nəzərdə tutaraq, görünüşdə özünün mülkiyyətində olan fərdi yaşayış evini mülki iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu müddətdə formal olaraq anasına bağışlamışdır. Sözügedən fərdi yaşayış evinə dair cavabdehin adına çıxarış xx.xx.2022-ci ildə, yəni birinci instansiya məhkəməsinin qərarı qəbul edildikdən sonra verilmişdir və kollegiya ümumiyyətlə bu hala hüquqi qiymət verməkdən yayınmışdır.

33. Həmçinin, mülki kollegiya qərarında cavabdehin mübahisəli fərdi yaşayış evini anasına bağışladığından, onun başqa yaşayış yeri olmadığı qeyd edilmişdir. Bu hal da özü özlüyündə absurd olmaqla, cümlə ümumiyyətlə anlaşılan deyildir. B elə ki, cavabdeh görünüş xatirinə sözügedən fərdi yaşayış evini anasına bağışlasa da, hal-hazırda həmin evdə yaşayır.

34. Apellyasiya kollegiyası qərarında mübahisəli fərdi yaşayış evinin naturada bölünmədiyini, istifadə qaydalarının müəyyən edimədiyini bir cümlə ilə səthi qeyd etmişdir. Belə ki, apellyasiya kollegiyasının özünün də qeyd etdiyi kimi, İsmayıllı Rayonu, Sumağallı kəndində 0.03038 ha torpaq sahəsində yerləşən 96.6 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Çıxarışdan da göründüyü kimi, cavabdehə məxsus fərdi yaşayış evinin bütün plan və ölçüsü, sxemi, dolayısı ilə naturada bölgüsü aparılmış, torpaq sahəsinin və fərdi yaşayış evinin ölçüləri də müəyyənləşdirilmişdir.

35. Apellyasiya kollegiyası öz qərarında qeyd etdiyi kimi, “Cavabdeh özünə məxsus yaşayış evini anası Sofiya Hüseynovaya bağışlasa da, həmin (hansı evdən?) evdən istifadə hüququ olduğundan onun istifadə hüququna xitam verilməsi yolverilməzdir” cümləsi göründüyü kimi anlaşılan deyildir. Belə ki, sözügedən fərdi yaşayış evinə cavabdehin istifadə hüququ var ki, onun itirilməsi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmişdir. Bu hal ümumiyyətlə mübahisə predmeti deyildir.

36. Kassator şikayətini Mülki Məcəllənin 152.5, 228.5, MPM-nin 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə cavabdehin yazılı etirazı daxil olmuşdur. Etirazda kassasiya şikayətinin rədd ed ilməsi, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin deyişdirilmədən saxlanılması xahiş olunur. Tətbiq edilən hüquq Mülki Məcəllə

38. Maddə 152.1. Mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur.

39. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın 4

0. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Mülki Prosessual Məcəllə

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edil miş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub -olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən proses sual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

52. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1108/2022 nömrəli mülki iş üzrə 17 noyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar