Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1108/2022 17.11.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, evin boşaldılması, evə köçürülmə və fərdi yaşayış evinə dair istifadə hüququna maneçilik törədilməsinə qadağa qoyulması” tələbinə dаir mülki iş üzrə (Açar sözlər: evdən çıxarılma, evə köçürülmə, servitut, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-451/2022 saylı qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli, 2(037)-29/2011 saylı qətnaməsi ilə cavabdeh X5 tanınmış JN-013F KOD 40711038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə mülkiyyətində olan, İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin ona məxsus alt-üst iki otağından istifadə hüququna xitam verilməsi, həmin otaqların boşaldılması, evə məcburi köçürülmə və istifadə hüququna maneçiliklərə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon AİK-nın 17 mart 1998-ci il tarixli, 43 saylı qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 12 iyul 2002-ci il tarixdə 571 nömrə ilə qeydə alınaraq verilmiş JN-013F KOD 40711038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə mülkiyyətində olan İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evi İsmayıllı Rayon Məhkəməsinin 22 noyabr 2003-cü il tarixli qətnaməsi ilə boşandığı birinci həyat yoldaşı Təranə Mirzəyeva ilə aralarında bölünərək ½ hissə üzərində hər birinin mülkiyyət hüququ müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli, 2(037)-29/2011 saylı qətnaməsi ilə ikinci həyat yoldaşı olmuş Məryam Əhmədova və üç uşaqları mülkiyyətində olan ½ hissə fərdi yaşayış evindən istifadə hüquqları müəyyən edilərək evə köçürülmüşlər. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-451/2022 saylı qətnaməsi ilə (hakim İ.Hüseynov) iddia tələbinin təmin edilməsi, İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli,2(037)-29/2011 saylı qətnaməsi ilə cavabdeh X5 tanınmış JN-013F KOD 40711038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinin İddiaçı mülkiyyət hüququ ilə məxsus alt-üst iki otağından istifadə hüququna xitam verilməsi, İddiaçı məxsus alt-üst iki otağın boşaldılması, İddiaçı JN-013F KOD 40711038 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə üzrə mülkiyyətində olan, İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı fərdi yaşayış evinə məcburi köçürülməsi və onun istifadə hüququna maneçiliklərə qadağa qoyulması, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı adına İsmayıllı rayon, Sumağallı kəndində inventar nömrəsi 32 olan texniki pasporta əsasən fərdi yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsi (JN-013F KOD 40711038 olan şəhadətnamə və 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) vardır. İddiaçı ilə Cavabdeh arasında 23 iyun 2007-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuş, X3 və azyaşlı uşaqları X10, X6 və X7 ilə birlikdə İsmayıllı rayon Sumağallı kəndində yerləşən, İddiaçı fakiki mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ müəyyən edilmiş və X11 öz azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsinin bir hissəsi İsmayıllı rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-88-2003 saylı qətnaməsinə əsasən özgəninkiləşdirilmiş və iddiaçının birinci arvadı olmuş X2 adına qeyd edilmişdir. Təranə Mirzəyeva adına olan sözügedən fərdi yaşayış evini iddiaçının ikinci arvadı olmuş hazırki Cavabdeh xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında satmış, lakin hazırki cavabdeh həmin fərdi yaşayış evinə dair öz adına çıxarış almamışdır. İddiaçı cavabdehin özünə mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evi olduğu üçün ona məxsus fərdi yaşayış evinə istifadə hüququna kompensasiya verilmədən xitam verilməsini xahiş edir, cavabdeh isə alğı-satqı müqaviləsi üzrə satıcıya borcu qaldığından adına çıxarış ala bilmədiyini bildirərək iddianın əsassız olduğunu qeyd edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə ilk növbədə nəzərə almişdır ki, kompensasiya verilmədən cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün həmin hüququ əmələ gətirən əsasın aradan qalxıb–qalxmaması məsələsi müəyyən edilməlidir. Belə ki, cavabdeh əvvəllər iddiaçının ailə üzvü olduğu üçün sözügedən fərdi yaşayış evinə köçürülmüş və həmin evdə qeydiyyatdadır. Cavabdeh hal-hazıradək sözügedən fərdi yaşayış evində yaşayır. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh istifadə hüququ verilmiş fərdi yaşayış evinin ½ hissəsini (plan-ölçü tərtib edilməklə) sonradan iddiaçının birinci arvadı Təranə Mirzəyevanın adına rəsmiləşdirilmiş, o da özünə mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evini iddiaçının ikinci arvadı olmuş, hazırkı tələb üzrə cavabdehə notarial qaydada təsdiqlənmiş alğı-satı müqaviləsi əsasında satmışdır. Eyni zamanda istər iddiaçının istərsə də sözügedən fərdi yaşayış evinin ½ hissəsinin mülkiyyətçisi olan Təranə Mirzəyevanın adına texniki pasport tərtib edilərək həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə dair plan-ölçü tərtib edilmişdir. Belə ki, iddiaçının və hazırda Təranə Mirzəyevanın adında olan və Cavabdeh tərəfindən alınmış fərdi yaşayış evinin koordinatları və ölçüsü (naturada) müəyyən edilmişdir. Cavabdehin özünün də etiraf etdiyi kimi alğı-satqı müqaviləsi ilə aldığı sözügedən fərdi yaşayış evi üzün müddətdir ki, onun istifadəsində olmaqla orada yaşamaqla, hazırda İddiaçı məxsus fərdi yaşayış evindən istifadə zərurəti aradan qalxmışdır. Bu da onu deməyə əsas vermişdir ki, cavabdehin istifadə hüququna xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə cavabdehin etiraz mülahizəsində hazırkı fərdi yaşayış evinə dair alğı-satqı müqaviləsi bağlasa da satıcıya borcu olduğundan adına rəsmiləşdimə edə bilmədiyini əsas gətirərək, iddianın əsassız olduğunu bildirməsinə münasibət bildirərək qeyd etmişdir ki, alğısatqı müqaviləsinin bağlanması müqavilə predmeti olan daşınmaz əşyadan istifadəni reallaşdırdığından eyni zamanda həmin əmlaka dair cavabdehin adına çıxarış alınmaması sözügedən evdən istifadə zərurətinin aradan qalxmadığı kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hazırki mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi kompensasiya ödəmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, mülkiyyətçinin ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün əsas, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və həmin şəxsin yaşayış sahəsinə olan ehtiyacını məhz bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması tələb olunur. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün və ya kənar şəxsin istifadə etməsi hüquqi cəhətdən əsassızdır. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. İşin müəyyən olunmuş hallarından da məlum olmuşdur ki, cavabdeh uşaqları ilə birlikdə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olsalar da, faktiki olaraq sözügedən evin ½ hissəsinə artıq alğı-satqı müqaviləsi əsasında istifadə hüququnu reallaşdırdığından fərdi yaşayış evinin iddiaçıya məxsus digər ½ hissəsindən istifadə etmələrinə zərurət aradan qalxmışdır. Bu da onu deməyə əsas vermişdir ki, cavabdehin iddiaçıya məxsus fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnu əmələ gətirən əsas aradan qalxdığından, onun istifadə hüququna xitam verilməlidir. Bundan başqa məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd edildiyi kimi yaşayış binasının tərkib hissəsindən əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir, həmin yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ məhdud istifadəni ehtiva edən əşya hüququ olduğu üçün istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Bu hüquq başqa şəxslərə özgəninkiləşdirilə bilməz və vərəsəlik qaydasında vərəsələrə keçmir. Eləcə də, istifadə hüququ olan şəxsin kənar şəxsləri yaşayış sahəsinə köçürmək hüququ qanunda nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi həmçinin gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1 152.5 -ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,77.1, 88, 217.4, maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014–cü il tarixli Qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İsmayıllı Rayon Məhkəməsinin 24 fevral 2011-ci il tarixli 2(037)-29/2011 saylı qətnaməsi ilə İddiaçı İsmayıllı rayon Sumağallı kəndində 0,48 ha həyətyanı torpaq sahəsində keçmiş arvadı X8 ilə birgə mülkiyyətlərində olmuş fərdi yaşayış evinin mülkiyyətində olan ½ hissəsindən onun və iddiaçı ilə birgə nikahdan doğulmuş üç əlil uşağının istifadə hüquqları müəyyən olunmuş və evə məcburi köçürülmüşlər. Məhkəmə qətnaməsi əsasında X2 mülkiyyət hüququ müəyyən olunmuş digər 1/2 hissəni o sonradan faktiki alqı-satqı əsasında satın almış, alqı-satqını notarial qaydada rəsmiləşdirsələr də evin dəyəri tam ödənilmədiyindən mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmamışdır. Qeyd edilən yaşayış sahəsini satın aldıqdan sonra iddiaçıya aid yaşayış sahəsinin giriş-çıxış qapısını öz vəsaiti ilə dəyişdirmişdir və iddiaçının müstəqil giriş-çıxışı mövcuddur və ona heç bir maneçilik törədilmir. Mübahisəli fərdi yaşayış evinin onun faktiki satın aldığı ½ hissəsi onun adına tam rəsmiləşdirilmədiyindən və evin qalıq pulunu ödəmək iqtidarında olmadığından həmin hissədə daimi yaşayacağı sual altındadır və ora onun mülkiyyəti deyil, Təranə Mirzəliyeva onu həmin hissədən hər an çıxarda bilər. Eyni zamanda, iddiaçı ilə birgə nikah dövründə doğulmuş uşaqlarının hər üçü sosial əlildirlər, biri anadan gəlmə əlil, digər ikisi isə sonradan xəstəliyə görə əlil olmuşlar və onların normal yaşayış üçün fərdi yaşayış evinin mübahisələndirilən hissəsindən istifadələrinə böyük zərurət vardır. O bütün cavan ömrünü övladlarına həsr elədiyi halda, ata olan iddiaçı heç qanunla müəyyən olunmuş alimenti ödəmək istəmir, xəstə, əlil olan övladları ilə heç maraqlanmır, onların maddi və ya mənəvi cəhətdən dolanacaqlarını nəzərə almadan, onlardan ata qayğısını əksik edərək, indi də onların küçəyə atılmasına nail olmaq istəyir. Əlil övladlarının ona fərdi yaşayış evinə olan ehtiyaclarını nəzərə almır. İndi onun uşaqlarının, artıq müəyyən yaş həddinə çatmış övladlarının evə əvvəlkindən daha cox evə ehtiyacları var. Belə ki, o artıq 12 yaşda olan əlil oğlu ilə mübahisələndirilən yaşayış sahəsinin bir otağında, iki əlil qızı isə digər otağında yaşayırlar. İstifadə hüquqlarına xitam veriləcəyi halda o məcburdur ki, başqa yerdən kirayə ev tutsun. Buna isə maddi imkanı yoxdur və bunu iddiaçı özüdə cox yaxşı bilir. Üç əlil uşaqla bir otaqda yaşamağı mümkün deyil. Həmçinin istifadə hüququ verildikdən sonra o iddiaçıya məxsus təmirsiz yaşayış evini öz vəsaiti hesabına, yəni 3000 manat xərc çəkərək təmir etdirmişdir. Yaşayış hüququna xitam verilməsi uşaqların və onun mənafeyinə tam ziddir. Birinci instansiya məhkəməsi şikayət etdiyi qətnaməni qəbul edən zaman iddiaçı ilə aralarındakı yaranmış mübahisə ilə əlaqədar mövcud mülki hüquq münasibətinin AR Mülki Məcəlləsinin 146.1, 152.5 və 228.5-ci maddələrini tətbiq etməklə həll etməli olduğu halda qanunun bu müddəalarına istinad etmədən və AR Mülki Məcəlləsinin 146.1-ci maddəsinin tətbiqi zamanı mübahisənin mahiyyətini nəzərə almadan yaranmış mülki mübahisəyə düzgün hüquqi qiymət vermədən onun və uşaqlarının mövcud istifadə hüqunun vacibliyini nəzərə almadan, habelə yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə zidd səhv nəticə gəlmişdir. Məhkəmə iddiaçının izahatını əsas götürərək yalnız AR Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələrinə istinad edərək, lakin həmin prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələrinin tələblərinə əməl etməyərək, yəni çəkişmə prinsipini düzgün həyata keçirmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə iddiaçının keçmiş həyat yoldaşı olmuş X4 məhkəməyə dəvət edib şahid qismində dindirilməsini təmin etməmişdir. Belə ki, Mirzəyeva Təranə iddiaçının birinci həyat yoldaşı olmuş, hazırda mübahisələndirilən fərdi yaşayış evi onların hər birinin ½ hissədə payı olmaqla birgə mülkiyyətləridir və bu məhkəmə qətnaməsi ilə müəyyənləşmişdir. Təranə özünə aid ½ hissəni ona satsa da hal-hazıradək mülkiyyət hüququ onun öz adınadır və onun adına qeydə alınmamışdır. Buna səbəb isə evin dəyərinin onun tərəfindən tam ödənilməməsi və Təranə tərəfindən mülkiyyətin onun adına keçməsinə razılaşmaması olmuşdur. Bu halda məhkəmə Təranəni və onun qeyd olunan evə ehtiyacının olub-olmamasını tam aydınlaşdırmaq, tərəflər arasında yaranmış münasibətlərə tam aydınlıq gətirmək üçün müvafiq kənd dövlət və bələdiyyə qrumlarının nümayəndələrini şahid qismində dindirməli idi və deyilənləri aydınlaşdırmalı idi. İşin faktiki hallarından göründüyü kimi, onun alqı-satqı yolu ilə satın aldığı evin mülkiyyətçisi olan Təranə Mirzəliyeva alqı-satqının ləğv edilməsi tələbini irəli sürə və yaşayış sahəsindən təcrid edilə bilər. Məhkəmə cavabdeh kimi onun izahatını və işin faktiki hallarını nəzərə almamış, dindirilməsini tələb etdiyi şahidləri məhkəmə zalına dəvət edib dindirməmiş, iddiaçının izahatına əsaslanaraq son nəticəyə gəlmişdir. Məhkəmə onun izahatında qeyd edilmədiyi halda güya onun fərdi yaşayış evinin mübahisəli hissəsində yaşamadığını etiraf etdiyini qeyd etmişdir. Lakin bu yalandır, o evin həmin hissəsindən istifadə edir, xəstə oğlu ilə həmin otaqda qalır. Yəni iddiaçının istifadə hüququna xitam verilməsini tələb etdiyi otaqda yaşamağa məcburlar. Onların iddiaçıya heç bir maneçiliyi yoxdur və iddiaçının özünün də güya orada yaşaması və onun tərəfindən həmin evdə yaşamasına maneçiliklər törədilməsi haqqında qeyd olunanlar da tam yalandır, bütün kənd sakinləri təsdiq edə bilər ki, iddiaçı halhazırda və həmişə həmin evdə yaşayır və ona qarşı onun tərəfindən heç bir maneçilik yoxdur. Qeyd edilənləri nəzərə alaraq o, İsmayıllı rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli 2(037)-451/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, İsmayıllı rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(037)- 451/2022 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi və İsmayıllı rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(037)- 451/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 1) maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 2) məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 3) birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 4) birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Həmin Məcəllənin 385.2.-maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. İsmayıllı rayon məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(037)-451/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə mübahisələndirilən hissə üzrə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-451/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Birinci instansiya məhkəməsi hazırki iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdehin özünün də etiraf etdiyi kimi alqı-satqı müqaviləsi ilə aldığı sözügedən fərdi yaşayış evi üzün müddətdir ki, onun istifadəsində olmaqla orada yaşamaqla, hazırda İddiaçı məxsus fərdi yaşayış evindən istifadə zərurəti aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, birinci instasiya məhkəməsi maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı adına İsmayıllı rayon, Sumağallı kəndində inventar nömrəsi 32 olan texniki pasporta əsasən fərdi yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsi (JN-013F KOD 40711038 olan şəhadətnamə və 0,43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi) vardır. İddiaçı ilə Cavabdeh arasında 23 iyun 2007-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuş, X3 və azyaşlı uşaqları X10, X6 və X7 ilə birlikdə İsmayıllı rayon Sumağallı kəndində yerləşən, İddiaçı faktiki mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ müəyyən edilmiş və X11 öz azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsinin bir hissəsi İsmayıllı rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2-88-2003 saylı qətnaməsinə əsasən özgəninkiləşdirilmiş və iddiaçının birinci arvadı olmuş X2 adına qeyd edilmişdir. Təranə Mirzəyeva adına olan sözügedən fərdi yaşayış evini iddiaçının ikinci arvadı olmuş hazırki Cavabdeh xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında satmışdır. Daha sonra müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********85-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın təstiq edilmiş surətinə əsasən İsmayıllı Rayonu, Sumağallı kəndində 0.03038 ha torpaq sahəsində yerləşən 96.6 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh mübahisəli fərdi yaşayış evini anası Sofiya Hüseyinovaya bağışlamışdır. Bundan başqa məhkəmə kollegiyası tərəfindən İsmayıllı Rayonu, Sumağallı kəndində 0.03038 ha torpaq sahəsində yerləşən 96.6 kv.m fərdi yaşayış evində keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, sözügedən fərdi yaşayış evi 2 mərtəbəli olmaqla, birinci mərtəbəsi yaşayış üçün əlverişli deyil, evin ikinci mərtəbəsinə mənzilin sağ hissəsindən taxta pilləkənlərlə giriş var, girişdə bir koridor, koridorun sağ hissəsində iki otaq və mətbəx mövcuddur, koridorun sonunda isə sonradan arakəsmələrlə hazırlanmış və qapısı bağlı olan bir otaq mövcuddur. Baxış zamanı fərdi yaşayış evinin birinci mərtəbəsində ikinci mərtəbəyə qalxmaq üçün ikinci mərtəbənin döşəməsi 1 m radiusda kustar üsulla kəsilərək yuxarıya giriş açılmış və taxta yeşiklərdən istifadə etməklə ikinci mərtəbəyə çıxılması müşahidə olunur. Məhkəmə kollegiyası iddianın İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ona məxsus alt-üst iki otağından cavabdehin istifadə hüququna xitam verilməsi, həmin otaqların boşaldılması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh əvvəllər iddiaçının ailə üzvü olduğu üçün sözügedən fərdi yaşayış evinə köçürülmüş və həmin evdə qeydiyyatdadır. Cavabdeh hal-hazıradək sözügedən fərdi yaşayış evində yaşayır. Lakin iş materiallarından da göründüyü kimi, cavabdeh istifadə hüququ verilmiş fərdi yaşayış evinin ½ hissəsini (plan-ölçü tərtib edilməklə) sonradan iddiaçının birinci arvadı Təranə Mirzəyevanın adına rəsmiləşdirilmiş, o da özünə mülkiyyət hüququ ilə məxsus fərdi yaşayış evini iddiaçının ikinci arvadı olmuş, hazırkı tələb üzrə cavabdehə notarial qaydada təsdiqlənmiş alğı-satı müqaviləsi əsasında satmışdır. Eyni zamanda istər iddiaçının istərsə də sözügedən fərdi yaşayış evinin ½ hissəsinin mülkiyyətçisi olan Təranə Mirzəyevanın adına texniki pasport tərtib edilərək həm torpaq sahəsinə, həm də fərdi yaşayış evinə dair plan-ölçü tərtib edilmişdir. İddiaçının və hazırda Təranə Mirzəyevanın adında olan və Cavabdeh tərəfindən alınmış fərdi yaşayış evinin kordinatları və ölçüsü (naturada) müəyyən edilmişdir. Cavabdehin özünün də etiraf etdiyi kimi alğı-satqı müqaviləsi ilə aldığı sözügedən fərdi yaşayış evi üzün müddətdir ki, onun istifadəsində olmaqla orada yaşamaqla, hazırda İddiaçı məxsus fərdi yaşayış evindən istifadə zərurəti aradan qalxmışdır. Bu da onu deməyə əsas verir ki, cavabdehin istifadə hüququna xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi bu hissədə əsassız, apellyasiya şikayəti isə əsaslıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh arasında 23 iyun 2007-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuş, X3 və azyaşlı uşaqları X10, X6 və X7 ilə birlikdə İsmayıllı rayon Sumağallı kəndində yerləşən, İddiaçı fakiki mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququ müəyyən edilmiş və X11 öz azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. İddiaçıya məxsus fərdi yaşayış evi, 2 nəfər ilə birlikdə 0,48 ha həyətyanı torpaq sahəsinin bir hissəsi İsmayıllı rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli 2- 88-2003 saylı qətnaməsinə əsasən özgəninkiləşdirilmiş və iddiaçının birinci arvadı olmuş X2 adına qeyd edilmişdir. Təranə Mirzəyeva adına olan sözügedən fərdi yaşayış evini iddiaçının ikinci arvadı olmuş hazırki Cavabdeh xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında satmışdır. Daha sonra müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********85- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışın təstiq edilmiş surətinə əsasən İsmayıllı Rayonu, Sumağallı kəndində 0.03038 ha torpaq sahəsində yerləşən 96.6 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra Cavabdeh mübahisəli fərdi yaşayış evini anası Sofiya Hüseyinovaya bağışlamışdır. Göründüyü kimi mübahisəli fərdi yaşayış evi iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş olsa da iddiaçının birinci arvadı olmuş X8 öz payını iddiaçının ikinci arvadı olmuş hazırki Cavabdeh xx.xx.2015-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında satmışdır. Bundan sonra Cavabdeh mübahisəli fərdi yaşayış evini anası Sofiya Hüseyinovaya bağışlamışdır. Yəni mübahisəli fərdi yaşayış evindən başqa Cavabdeh başqa yaşayış yeri yoxdur. Eyni zamanda kollegiya qeyd edir ki, mübahisəli fərdi yaşayış evi naturada bölünməmiş, istifadə qaydaları müəyyən edilməmişdir. Mülki Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Hazırkı halda da kollegiyanın qənaətinə görə cavabdeh mülkiyyətində olan evi anasına bağışlamış olsa belə onun mübahisəli fərdi yaşayış evində istifadə hüququ saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun yuxarıda adı keçən qərarında isə hüquqi mövqe ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Göründüyü kimi hal-hazırda mübahisə predmeti olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında istifadə hüququna xitam verilməsi istənilən iş üzrə Cavabdeh məxsus olmuş sonradan Cavabdeh mübahisəli fərdi yaşayış evini anası Sofiya Hüseyinovaya bağışlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh özünə mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evini anası Sofiya Hüseyinovaya bağışlasa da, həmin evdən istifadə etmək hüququ olduğundan onun istifadə hüququna xitam verilməsi yolverilməzdir. Ona görə də kollegiya hesab edir ki, iddia tələbinin İsmayıllı rayon Sumağallı kəndində yerləşən 0,48 ha həyətyanı torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinin ona məxsus alt-üst iki otağından istifadə hüququna xitam verilməsi, həmin otaqların boşaldılması hissəsinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası iddianın fərdi yaşayış evinə köçürülməsi və maneələrin aradan qaldırılması hissəsinə münasibət bildirərək hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyası insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır.1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 3-cü hal mövcuddur, yəni iddiaçı köçmək istədiyi evə mülkiyyət hüququ olsa da, məhrum edilməsi qanuni deyil. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər bu kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Belə olan halda məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iş üzrə cavabdeh qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi mənzilə köçürülməli, və onun köçməsinə edilən maneələr cavabdehə qadağan edilməlidir. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə iddiaçının izahatını əsas götürərək yalnız AR Mülki Prosessual Məcəlləsinin 14 və 77-ci maddələrinə istinad edərək, lakin həmin prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələrinin tələblərinə əməl etməyərək, yəni çəkişmə prinsipini düzgün həyata keçirmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin bu dəlili əsaslıdır. Belə ki, sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Hazırkı halda isə fərziyyə xarakteri daşıyan izahatı sübut kimi qiymətləndirməkdə iddianı tam təmin edən birinci instansiya məhkəməsi səhvə yol vermişdir. Hüquq və azadlıqların müdafiəsinə məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə müdafiəsi hüququ eyni zamanda pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Bu baxımdan, nəzərə alınmalıdır ki, ədalət mühakiməsi insan hüquqlarının müdafiəsinin ən səmərəli vasitələrindən biridir. Təsadüfi deyildir ki, məhz məhkəmə insan hüquqlarının müdafiəsinin əsas təminatçısı kimi qəbul edilir. Odur ki, ədalətli məhkəmə araşdırması hüququ səmərəli olmalı və məhkəmə başqa şəxslərin hüquq və azadlıqları pozmamaq şərti ilə qanunvericiliyin müəyyən etdiyi bütün imkanlardan istifadə edərək şəxslərin sözügedən hüququnun reallaşırılmasına şərait yaratmalıdır. Əks yanaşma, yəni məhkəmə müdafiəsinin səmərəsizliyi digər konstitusiya hüquqlarının effektivliyinə də mənfi təsir göstərə bilər. Bu səbəbdən ədalət mühakiməsinin səmərəliliyinin təmin etmək məqsədilə mülki mübahisənin həlli zamanı formal mülahizədən çıxış edilməməli, məhkəmələr öz səlahiyyətləri çərçivəsində Konstitusiyanın və sahəvi qanunların müvafiq maddələrinə, həmçinin həmin aktlarda əks olunmuş prinsiplərə istinad etməlidir. Kollegiyanın qənaətinə görə iddianın tam təmin edilməsi qanunvericiliyin yuxarıda göstərilən məqsədi, eləcə də məhkəmə müdafiəsi hüququnun tələbləri ilə uzlaşmır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamış, iddianı düzgün olmayaraq tam təmin etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-451/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(037)-451/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı Əhmədov X1 Rayonu, Sumağallı kəndində yerləşən fərdi yaşayış evinə köçürülsün. İddiaçı İsmayıllı Rayonu, Sumağallı kəndində yerləşən fərdi yaşayış evinə köçməsinə edilən maneələr Cavabdeh qadağan edilsin. İddiaçı Cavabdeh qarşı iddia tələbinin “fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi, evin boşaldılması” hissəsi rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-1108/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1108/2022
17.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver