Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-385/2022 23.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X9 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil, Cavabdeh2 vəkili X6 və nümayəndəsi Nümayəndə Yasin oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və X4 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair Yasamal Rayon Məhkəməsinin 2(004)- 2803/2019 saylı işi üzrə 05 avqust 2019 -ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi dəqiqləşdirmə verərək, "Yeni Yasamal” MTK-nın inşa etdiyi binada 2 otaqlı, 101 kv.m sahəsi olan, 74 saylı mənzillə bağlı Cavabdeh2 ilə 21 noyabr 2016-cı il tarixdə bağlanmış müqavilənin, bunun əsasında verlmiş maliyyə arayışının və X5 ilə 2017-ci ilin sentyabr ayında tarixi 02 mart 2014-cü il kimi göstərilmiş müqavilənin, bunun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi və cavabdeh "Yeni Yasamal” MTK ilə .İddiaçı arasında bağlanmış 18 aprel 2007-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan, 2 otaqlı, 74 saylı mənzilə İddiaçı köçürülməsi, həmin mənzildən cavabdehlərin və digər şəxslərin çıxardılaraq, mənzilin boşaldılıb İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instasiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: 18 aprel 2007ci il tarixli müqavilə ilə, cavabdeh "Yeni Yasamal” MTK-nın inşa etdiyi 53227 ABŞ dolları dəyərində binadan 2 otaqlı, 101 kv.m sahəsi 74 saylı mənzil kooperativ rəhbəri tərəfindən İddiaçı satılmışdır;- 18.04.2007-ci il tarixli maliyyə arayışlarına əsasən 45 243 manat ekvivalentində 53 227 ABŞ dollarının ödənilmişdir;- 21.11.2016-ci il tarixli müqavilə ilə, cavabdeh "Yeni Yasamal” MTK-nın inşa etdiyi 60000 manat dəyərində binadan 2 otaqlı, 97 kv.m sahəsi olan 74 saylı mənzil kooperativ rəhbəri tərəfindən Cavabdeh2 satılmışdır; - 21.11.2016-cı il tarixli maliyyə arayışına əsasən 34000 manat ödənilmişdir (l cild.iş.səh.8,9-18, 43, 52) Yasamal Rayon Məhkəməsinin 2(004)-2803/2019 saylı işi üzrə 05 avqust 2019 -ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "Yeni Yasamal” MTK-ya və qeyrilərinə qarşı "Yeni Yasamal” MTK-nın inşa etdiyi binada 2 otaqlı, 101 kv.m sahəsi olan, 74 saylı mənzillə bağlı Cavabdeh2 ilə 21 noyabr 2016-cı il tarixdə bağlanmış müqavilənin, bunun əsasında verlmiş maliyyə arayışının və X5 ilə 2017-ci ilin sentyabr ayında tarixi 02 mart 2014-cü il kimi göstərilmiş müqavilənin, bunun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi və cavabdeh "Yeni Yasamal” MTK ilə .İddiaçı arasında bağlanmış 18 aprel 2007ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa edilən yaşayış binasının 11 -ci mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan, 2 otaqlı, 74 saylı mənzilə İddiaçı köçürülməsi, həmin mənzildən cavabdehlərin və digər şəxslərin çıxardılaraq, mənzilin boşaldılıb İddiaçı təhvil verilməsi barədə iddia tələbinin təmin edilməməsi qət dilmişdir. Qətnamədə Mülki Məcəlləsinin 152.1, 152.5, 337, 351.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prokurorluğu Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə İdarəsinin 22 may 2019-cu il tarixli sorğuya cavab məktubundan görünür ki, "Yeni Yasamal” MTK-nın inşa etdiyi binadan 2 otaqlı, 101 kv.m sahəsi 74 saylı mənzil kooperativ rəhbəri tərəfindən 18 aprel 2007-ci il tarixli müqavilə və 45243 manat ekvivalentində 53227 ABŞ dollarının ödənilməsi haqqında maliyyə arayışları əsasında İddiaçı, təkrarən 21 noyabr 2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında faktiki olaraq 37 000 manat ödənilməklə, Cavabdeh2, 2017-ci ilin sentyabr ayında isə təkrarən tarixi 02 mart 2014-cü il kimi göstərilmiş saxta müqavilə və 34000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X1.Göründüyü kimi, mübahisəli mənzil MTK tərəfindən ilk öncə İddiaçı satılsa da, hal-hazırda həmim mənzildə Cavabdeh2 ailəsi ilə birlikdə yaşayır.Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, mübahisəli mənzil təkrarən Cavabdeh2 satılsa da, sonuncunun ailəsi ilə birlikdə qeyd edilən mənzildə yaşaması, mənzilə dair istifadə və sahiblik hüquqlarının reallaşdırılması səbəbindən məhkəmə hazırki iddia tələbinin təmin edilməsini məqbul saymır. İddaiçı apellyasiya şikayəti verərək,Yasamal Rayon Məhkəməsinin 2(004)-2803/2019 saylı işi üzrə 05 avqust 2019 -ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd edilmişdir ki, Cavabdeh1 MTK-ııın Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində inşa etdiyi yaşayış binasından 18 aprel 2007-ci il tarixdə 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 101 kv.m olan. 2 otaqlı. 74 saylı mənzili 53 227 ABŞ dollarına almış və həmin tarixli maliyyə arayışına əsasən mənzilin pay dəyərindən 25000 dollar, 14 may 2007-ci il tarixli maliyyə arayışına əsasən 3000 dollar, 12 iyun 2007-ci il tarixli maliyyə arayışına əsasən 2580 manat. 18 iyul 2007-ci il tarixli maliyyə arayışına əsasən 2550 manat, 6 avqust 2007-ci il tarixli maliyyə arayışına əsasən 2550 manat, 31 avqust 2007-ci il tarixli maliyyə arayışına əsasən 2550 manat, 10 oktyabr 2007-ci il tarixli maliyyə arayışına əsasən 2833 manat. 21 noyabr 2007-ci il tarixli maliyyə arayışına əsasən 4225 manat, 28 dekabr 2007-ci il tarixli maliyyə arayışına əsasən 2550 manat və son olaraq 29 yanvar 2008-ci il tarixli maliyyə arayışına əsasən 1610 manat ödəyərək mənzilin pay dəyərini tam olaraq ödəmişdir. Və mənzilin qiymətini tam ödədiyi üçün heç bir borcu qalmamışdır.Lakin buna baxmayaraq bir neçə müddət sonra Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasında mənzillərin bir neçə şəxsə satılması barədə məlumat alıb. Bundan sonra pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət edib.Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Məhkəmənin sorğusuna verilmiş cavabdan da məlum olmuşdur ki, cavabdeh "xxxx" MTK-nın inşa etdiyi binadan 2 otaqlı, 101 kv.m sahəsi 74 saylı mənzil kooperativ- rəhbəri tərəfindən 18 aprel 2007-ci il tarixli müqavilə və 45243 manat ekvivalentində 53227 ABŞ dollarının Ödənilməsi haqqında maliyyə arayışları əsasında İddiaçı, təkrarən 21 noyabr 2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında faktiki olaraq 37000 manat ödənilməklə Cavabdeh2. 2017-ci ilin sentyabr ayında isə təkrarən tarixi 2 mart 2014-cü il kimi göstərilmiş saxta müqavilə və 34000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X1. Prokurorluqda aparılan istintaqlada müəyyən olunmuşdur ki, mənzili ilə bağlı müqaviləsindən sonra bağlanmış müqavilələr saxtadır və heç bir hüquqi əsası yoxdur. Lakin birinci instansiya Məhkəməsi tərəfindən nə üçün belə bir qanunsuz və əsassız qətnamənin qəbul olunması məlum deyil.Bu faktlardan sonra belə məhkəmə həmin mənzilə dair iddia tələbini təmin etməmişdir. Aydın şəkildə göründüyü kimi həmin evin ilk və tək qanuni sahibinin olmağına baxmayaraq məhkəmə çıxardığı qətnamə ilə bilərəkdən və ya bilməyərəkdən bu faktlara göz yummuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-850/2020 saylı işi üzrə 09.06.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2803/2019 saylı 05 avqust 2019- cu il tarixli qətnaməsinin ləğv edilməsi üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, "Yeni Yasamal” MTK ilə Cavabdeh2 arasında bağlanmış 21.11.2016-cı il tarixli müqavilənin və "Yeni Yasamal” MTK ilə X7 arasında bağlanmış 02.03.2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, "Yeni Yasamal” MTK ilə Cavabdeh2 arasında bağlanmış 21.11.2016-cı il tarixli müqavilə üzrə ödənilmiş 34000 manat və "Yeni Yasamal” MTK ilə X7 arasında bağlanmış 02.03.2014-cü il tarixli müqavilə üzrə ödənilmiş 34000 manat məbləğində pulun "Yeni Yasamal” MTK-dan alınaraq, müvafiq olaraq Cavabdeh2 və X4 qaytarılması və Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 101 kv.m 2 otaqlı, 74 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Cavabdeh2 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2455/2021 saylı işi üzrə 31.05.2021-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2(103)-850/2020 nömrəli qətnaməsi qismən, iddianın Cavabdeh2 aid təmin olunmuş hissədə ləğv və işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Qərarda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 157.8, 178.8, 385.1, 425.1, 452.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 14.2, 77.1, 88, 217.4, 254.1.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh "Yeni Yasamal” MTK tərəfindən inşa olunan binada eyni mənzil müxtəlif tarixlərdə İddiaçı, X4 və Cavabdeh2 satılmış və hər üçü ilə qüvvədə olan müqavilə bağlanmışdır. Mənzil hazırda faktiki Cavabdeh2 sahibliyindədir. MTK-nın vəzifəli şəxslərinin qeyd olunan və başqa mənzillərlə bağlı da oxşar cinayət xarakterli hərəkətlər görülmələri ilə əlaqədar barələrində cinayət işi başlanmış və iş mübahisələndirilən qətnamə qəbul olunan dövrdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuşdur. Həmin cinayət işində İddiaçı və X5 zərərçəkmiş şəxs və mülki iddiaçı qismində, Nümayəndə (hazırki işdə iddiaçının nümayəndəsi) isə zərərçəkmiş şəxs qismində tanınmışlar. Lakin işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi İddiaçı cinayət işi üzrə icraatda olan mülki iddiasının nədən ibarət olması, həmin mülki iddiaya baxıldığı halda hazırki iddiaya baxılmasının Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinin tələblərinə əsasən mümkünlüyü məsələsini araşdırmamışdır. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı və cavabdehlərdən biri MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə həm mülki iddiaçı, həm də zərərçəkmiş şəxs, kassatorun (onun nümayəndəsi) isə yalnız zərərçəkmiş şəxs qismində tanındıqları halda, apellyasiya instansiyası məhkəməsi MPM-in 254.1.4-cü maddəsinə əsasən iş üzrə icraatın dayandırılması məsələsini də müzakirə etməli idi. Belə ki, həmin cinayət işi üzrə qəbul ediləcək hökm hazırki iddianın qanuni və ədalətli həlli üçün əhəmiyyətli ola bilər. Bakı Apellyasiya Məhkəməsinin 04.10.2021-ci il tarixli qərardadı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı iş üzrə 29.06.2021-ci il tarixli hökmü qüvvəyə minənədək, İddiaçı cavabdehlər Cavabdeh1 MTK, Cavabdeh2 və X4 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin boşaldılaraq təhvil verilməsi” iddiasına dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının icraatında olan 2(103)-8056/2021 saylı mülki iş üzrə icraatın dayandırılması qərara alınmış, hökm qüvvəyə mindikdən sonra mülki iş üzrə icraat təzələnmişdir. Qeyd: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2(103)-850/2020 nömrəli qətnaməsinin qismən, iddianın Cavabdeh2 aid (təmin olunmuş) hissədə ləğv edilərək işin həmin hissədə yenidən baxılması barədə kassasiya instansiya məhkəməsinin qərarına əsasən apellyasiya icraatınin baxış hədləri yalnız İddiaçı tələbinin Cavabdeh2 münasibətdə müəyyən edilməli və yalnız tələbin ona aid hissəsi müzakirə edilməlidir. Məhkəməsinin 1(101)-61/2021 saylı iş üzrə 29.06.2021-ci il tarixli hökmü ilə, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1 -ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi,X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 29.178.3.2-ci maddələri ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nın 46.2-ci maddəsi tədbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2,29,178.3.2-ci maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 2 (iki) il 6 (altı) müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi,Azərbaycan Respublikası CMnin 66.3 və 66.4-cü maddələrinə əsasən X8 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X11 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 15 dekabr 2017-ci il tarixdən hesablansın və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasıAzərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən X8 təyin olunmuş 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra olunması,Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1 -ci maddəsinə müvafiq olaraq X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1 -ci maddəsi ilə cəza təyin edilməməsi,X15 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2,29.178.3.2,308.2, 313 və 320.1 -ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və29.178.3.2-ci maddələri ilə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nın 46.2-ci maddəsi tədbiq edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul vərəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, cinayət Məcəlləsinin 308.2-cu maddəsi ilə 2 (iki) il 6 (altı) müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 (üç) il 6 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi,Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən X12 təyin edilmiş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi,X15 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 15 dekabr 2017ci il tarixdən hesablansın və barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması,Azərbaycan Respublikası CM-nin 68-ci maddəsinə əsasən X12 təyin olunmuş 3 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza müstəqil icra olunması,Cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1 -ci maddəsinə müvafiq olaraq X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313 və 320.1 -ci maddəsi ilə cəza təyin edilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17.02.2022-ci il tarixli 1(103)- 133/2022 saylı qərarı ilə məhkumlar X11 və X10 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 29 iyun 2021-ci il tarixli, 1(101)-61 /2021 saylı hökmünün dəyişdirilməsi qərara alınmışdır. Qərara əsasən X8 qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 09 il müddətə azadlıqdan məhrum etmə cəzası, X12 qəti olaraq 3 il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qərar elan edildiyi vaxtdan qanuni qüvvəsini almışdır. Cinayət mühakimə icraatı zamanı zərərçəkmiş və mülki iddiaçı kimi adı çəkilən və apellyasiya icraatının baxış hədləri yalnız onlara münasibətdə müəyyən edilən İddiaçı və Cavabdeh2 münasibətdə müzakirə predmetinə aid mülki mübahisənin həllinə dair qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən vəkili Vəkil iş üzrə mülahizə və vəsatətini təqdim edərək, mənzilin iddiaçı tərəfindən alındığını, pulun tam olaraq ödənildiyini, binanın satış müdrində olan satış kitabında mənzilin iddiaçı tərəfindən alınmasının əks olduğunu, satış müdirinin birinci instansiya məhkəməsinin iclası zamanı şahid qismində dindirildiyini, Cavabdeh2 tərəfindən Cavabdeh1 MTK-ya heç bir ödənişin edilmədiyini, bu halın məhkəmə qərarı ilə təsdiq edildiyini, belə ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-133/2022 saylı qərarın 44-45-ci səhifələrində MTK-ya ödənilməli olan məbləğin təqsirləndirilən şəxslər arasında bölünərək şəxsi xərclər üçün istifadə edildiyinin qeyd edildiyini,eyni zamanda həmin hökmdə İddiaçı mülki mühakimə icraatı çərçivəsində iddia tələbi ilə mürcaiət etmək hüququnun olduğunun qeyd edildiyini, cinayət qərarında iddiaçının ödəniş etməsinin təsdiqini tapdığını, iddiaçının maliyə arayışında mühasibin və MTK-nın sədrinin imzası əks olduğunu halda, Cavabdeh2 maliyyə arayışında sədrin imzasının mövcud olmadığını, mənzilə hüququnun yaranması üçün pulun tam olaraq MTK-ya ödənilməli olduğunu, ilk alıcının iddiaçı olduğunu, ödənişin iddiaçı tərəfindən tam həyata keçirildiyini, bu səbəblə evə dair mülkiyyət hüququnun iddiaçıya məxsus olduğunu, MTK-nın sədrinin ifadəsində iddiaçı ilə müqavilə bağlanıldığını qeyd etdiyini, ancaq Cavabdeh2 ilə bağlanılmış müqavildən xəbədar olmadığını bildirdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili X6 iddia müddətinin tətbiq edilməsi və ekspertiza təyin olunması barədə vəsatətləri məhkəməyə təqdim edərək, iddia müddəti ilə bağlı şifahi müarciət etdiklərini, evə qanunazidd daxil olmağın mümkün olmadığını, pulun MTK-ya ödənildiyini, hal hazırda həmin mənzildə Cavabdeh2 ailəsi ilə yaşadığını bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə kvadratlarda fərqliliklər olduğunu, iddiaçının 70.6 kv.m mənzilə dair müqavilə bağladığı halda, 101 kv.m sahəsi olan mənzil tələb etdiyini, onların vicdanlı alıcı olduqlarını, 2016-cı ildə evi təmir etdiklərini və 2017-ci ilin avqust ayından həmin mənzildə yaşadıqlarını, kommunal ödənişlərin Cavabdeh2 adına olduğunu, qarşı tərəfin mübahisə etdiyi mənzilin Cavabdeh2 məxsus olan mənzil olmadığını, binanın tikintisi zaman və hazırki dövrdə mərtəbə sayının hesablanmasının başqa olduğunu bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən cavabdehlər Cavabdeh1 MTK və X3 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Cavabdeh2 nümayəndəsi Nümayəndə Yasin oğlu iddia müddətinin tətbiq edilməsi barədə əraziə ilə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində o, iddia müddətinin tətbiqi barədə şifahi vəsatət vermişdir. Lakin Bakı şəhəri Yasam! Rayon Məhkəməsinin 05.08.2019-cu il tarixli 2 (004)-2803/2019-cu saylı Qətnaməsində bu barədə qeyd olunmamışdır, baxmayaraq ki, həmin Qətnamə ilə iddiaçının tələbi rədd edilmişdir və qətnamə onun xeyrinə qəbul edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi 31.05.2021-ci il tarixli Qərar qəbul edərək bu barədə həmin iclasda təkrar-təkrar demişdir və işin Bakı Apellyasiya Məhkəməsinə qayıtmasının bir səbəbi də elə həmin hal, yəni iddia müddətinin nəzərə alınması olmuşdur.O, Cavabdeh2 21 noyabr 2016-cı il tarixli müqavilə ilə “Yeni Yasamal11 MTK Bakı şəhəri, Yasamal rayonuŞ M.Xiyabani küçəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv/m olan 74 saylı mənzili 37000 manata almışdır. İddiaçı mövcud iddia müddəti ilə 21 noyabr 2017-ci ilə kimi iddia ilə məhkəməyə müraciət etməliydi.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375ci maddəsinə əsasən iddia müddətinin tətbiqini edərək, bu mübahisə üzrə iddia müddətinin keçməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 (nümayəndəsi) tərəfindən təqdim edilən iddia müddətinin tətbiqinə dair ərizənin birinci instansiya məhkəməsində təqdim etmək kimi prosessual imkanına malik olması ona apellyasiya icraatı zamanı qiymət verilməsini istisna edir. Bundan əlavə qeyd edilməlidir ki, iddiaçının tələbinin əsasını kooperativdən alınan mənzil hüquqlarının təmin edilməsi olmaqla biləvasitə cavabdehliyi, müqavilə öhdəlikləri üzrə vəzifələr daşıyan, Cavabdeh1 MTK daşımalıdır. İddiaçının Cavabdeh2 qarşı müqavilənin etibarsızlığı ilə bağlı tələbləri mülkiyyət hüquqları müəyyən edilməyən mənzil üzrə sonuncunun mənzildə yaşaması (etirazsız sahiblənməsi) müstəvisində ona münasibətdə sahiblik və tələbetmə müddətləri ilə məhdudlaşır. Mübahisə tərəfləri ilə yaranmış münasibətlərin Mülki Məcəlllənin 178.8-ci maddəsinə edilmiş dəyişiklərdən öncə yaranması bu müddəanın əski məğzinin tətbiqini ehtiva edir, burada isə qeyd edilirdi ki, Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Bu mənada, kooperativin sübutlar təqdim etməməsi və mübahisənin mahiyyətinə dair mövqeyini nümayiş etdirməməsi məhkəmənin qanuni əsaslarla müəyyən edilən mövcud faktlar əsasında qənaətini istisna edə bilməz. Qeyd edilməlidir ki, iddiaçının dəlillərinə əsasən Cavabdeh2 mənzil üzrə ödəniş həyata keçirmədən illər boyu mübahisəli mənzildə yaşamasına dair iş icraçısı kimi məsul olan Cavabdeh1 MTK etiraz etməmiş və mənzilə olan hüquqları mübahisələndirilməmişdir. Cavabdeh2 mənzilə sahiblənməsi və ona kooperativ tərəfindən etiraz edilməməsi onun müqaviləsinin başqa niyyətlə bağlanmadığını sübuta yetirir və bu müqavilənin real olmasını təsdiqləyərək, formal mülahizələr əsasında onun əhəmiyyətsizliyini və ya etibarsızlığını istisna edir. İddiaçı isə kifayət qədər olan müddət ərzində əqdin mübahisələndirilməsi hüququna aid qanunla müəyyən edilmiş müddətləri ötürmüş olduğu halda, öz sübutetmə vəzifəsinə müvafiq bunların ötürülməməsinə (əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günə) dair sübutlar müzakirəyə təqdim etməmişdir. Mülki Məcəllənin 354-cü maddəsinə əsasən: Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun q ə r a r ına əsasən: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Qərarda qeyd edilmiş əsaslandırmaya görə, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmaz əşyalar, hüquqi statusuna görə daşınmaz əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmaz əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmaz əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmaz əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikası Konstitusiyası 13, 29, 33, 43; Mülki Məcəllənin 139-158, 178, 324, 337-360, 385-388, 560; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 217.4, 371-372, 385, 386, 388 və 390, 420-ci maddələrinə, kassasiya instansiya məhkəməsinin göstərişlərinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən və kassasiya instansiya məhkəməsi tərəfindən baxış həddi müəyyən edilən hissəyə münasibətdə yoxlayan məhkəmə kollegiyası diqqətə çatdırır ki, baxış həddi üzrə araşdırılan hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətində qeyd edlən və əlavə olaraq bildirilən dəlillərinə müvafiq qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Apellyasiya şikayəti yoxlanılan hissədə əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu (məhkəmə xərci) onu ödəyən şəxslərə aid edilməlidir. İddiaçının diqqətinə çatdırılmalıdır ki, onun kooperativlə olan müqavilə münasibətlərinə (öhdəliklərin yerinə yetirmədiyinə) görə mütləq mülki məsuliyyət (başqa əsaslarla çıxış etmədiyi təqdirdə) sonuncuya mənsubdur və iddiaçı mülki qanunvericiyə müvafiq kooperativə qarşı mənzil, ödənilən pul vəsaiti və sair üzrə tələblər irəli sürməkdə haqlıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402- 406-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti baxılan (tələbin Cavabdeh2 aid) hissədə təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2803/2019 saylı işi üzrə 05 avqust 2019 –cu il tarixli qətnaməsi həmin hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-385/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-385/2022
23.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver