Məhkəmə qərarları › İş №2(071)-85/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-85/2022

03.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-85/2022 03.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı, cavabdehlər X1, Cavabdeh2, onların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası; Cavabdehlər X1 və Cavabdeh2 İddiaçı qarşı “pul tutulması və əkilmiş məhsulun yığılmasına şərait yaradılması” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ziyanın ödənilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə 15.11.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və X4 təqsiri üzündən ona dəymiş ziyana görə 1640 manat və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş bütün dövlət rüsumlarının cavabdehlərdən tutularaq ona ödənilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi tərəfindən verilmiş 08.10.2014cü il tarixli ********** qeydiyyat nömrəli ******* saylı çıxarışa əsasən onun mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən 5 ha torpaq sahəsinin zəbt edilmiş hissəsindən cavabdehlər Cavabdeh1 və X4 çıxarılması və torpaq sahəsi ona mülkiyyət hüququ üzrə sənəddə göstərilən ölçüdə və əkinə istifadəyə yararlı şəkildə təhvil verilməsi, həmin torpaq sahəsi üzərində mülkiyyət, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə maneçilik törədən bütün halların cavabdehlərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “pul tutulması və əkilmiş məhsulun yığılmasına şərait yaradılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə 01.02.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, X5 iddiasının rədd edilməsini, X3 2 ha torpaq sahəsindən altı il ərzində biçilmiş yoncadan əldə edilmiş 3350x6=20.100 manat gəlirin və ödənilmiş 150,30 manat dövlət rüsumunun tutularaq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı “pul tutulması və əkilmiş məhsulun yığılmasına şərait yaradılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinə əlavə təqdim edərək, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 20.100 manat və ödənilmiş 150 manat dövlət rüsumunun, İddiaçı 2985 manat və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı məxsus 1 ha torpaq sahəsinə əkilmiş buğda bitkisinin və 2.39 ha torpaq sahəsinə əkilmiş yonca bitkisinin biçilməsinə şərait yaradılması və maneçilik törədən bütün halların İddiaçı qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında göstərdi ki, Hacıqabul rayonu Meyniman kəndində 5.0 ha torpaq sahəsini 2014-cü ildə cavabdehlərdən alqı-satqı müqaviləsi əsasında almışdır. Daha sonra həmin torpaq sahəsinə mülkiyyət hüququ 08.10.2014-cü ildə çıxarış əldə etmiş və torpraq sahəsinin poan ölçüsü tərtib edilmişdir. Cavabdehlərlə aralarında olan razılaşmaya əsasən o, cavabdehlərə məxsus torpaq sahəsinin bir hissəsini, cavabdehlər isə ona məxsus sahənin bir hissəsini əkib-becərmişlər. Lakin sonuncu dəfə cavabdehlər onun əkdiyi qarğıdalı məhsulunu yığmağa imkan verməmişlər və torpaq sahəsinə müdaxilə edərək oranı şumlatdırmışlar. Hazırda ona məxsus torpaq sahəsinin 4.0-4.5 ha yaxın hissəsi cavabdehlərin qanunsuz istifadəsindədir. Bundan başqa o, qarğıdalı əkini və hazır məhsul halına catana qədər torprağı şumlamağa 250 manat, torpağa mala çəkməyə 100 manat, slitra vurmağa 300 manat, bicinnə 120 manat, 420 manat qarğıdalı toxumuna, 50 manat su pulu, 300 manat suvarma, 250 manat vakuum selka toxum səpimi olmaqla, cəmi 1.640 manat xərc çəkmişdir. Cavabdehlər bu ilki biçim zamanı ona qarğıdalını bicərək oradan gəlir əldə ətməyə imkan verməmişlər. Belə ki, onlar bicin üçün zəruri olan yolu bağlamışlar və həmin ərazini şumlatdırmışlar. O, hüquq mühafizə orqanına müraciət edib, qarğıdalını bicdirsə də, sahədən çıxarmağa imkan verməmişlər və məhsul sahədə zay olmuşdur. Bununla da o, çəkdiyi xərcdən və əldə edə biləcəyi gəlirdən də məhrum olmuşdur. Qarşılıqlı iddianı əsassız hesab edir. Çünki, X6 və Cavabdeh2 onun mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsinin 2,39 ha hissəsində yonca bitkisi əkilməsi üçün çəkilmiş 1.937 manat və 1,0 ha hissəsində buğda bitkisinin əkilməsi üçün çəkilmiş 1.048 manat olmaqla, cəmi 3,39 ha torpaq sahəsində yonca və buğda bitkilərinin əkilməsi üçün çəkilmiş 2.985 manat xərc çəkmələrini iddia etsələr də, o, cavabdehlərdən onun sahəsində əkin aparmamalarını tələb etmişdir. Bu səbəbdən cavabdehlər ondan 6 il yonca biçini üçün 20.100 manat xalis gəlir və yonca və buğda bitkilərinin əkilməsi üçün çəkilmiş 2.985 manat pulun ödənilməsini tələb edə bilməzlər. Odur ki, onun iddiasının təmin olunmasını və qarşılıqlı iddianın rədd edilməsini xahiş edir. Cavabdehlər X1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilkin iddianı qismən qəbul etdi, qarşılıqlı iddianı müdafiə etdi və izahatında bildirdi ki, 08.10.2014-cü il tarixli çıxarışa əsasən Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Tərəflərin razılaşmasına əsasən cavabdehlər X6 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsinin 2,39 ha hissəsində yonca bitkisi və 1,0 ha hissəsində buğda bitkisi əkmişlər. Bunun əvəzində İddiaçı cavabdehlərə məxsus torpaq sahəsindən istifadə etmişdir. Bir neçə ildir ki, tərəflər bu qaydada biri digərinin torpraq sahəsini əkir və gəlir əldə edirlər. Hazırda iddiaçı öz torpaq sahəsindən istifadə etmək istəyir və torpaq sahəsini boşaltmağı cavabdehlərdən tələb edir. Cavabdehlər iddiaçının torpaq sahəsini boşalmaqdan imtina etmirlər. İddiaçı cavabdehlərin 2 ha torpaq sahəsində əkdiyi yonca bitkisini 2014-cü ildən özü biçdirmiş, əldə etdiyi məhsulu sataraq əldə etdiyi məbləği öz məqsədləri üçün istifadə etmişdir. Yonca bitkisi suvarma şəraitində həyatının birinci ilindən yüksək ot və toxum məhsulu verir. Buna müvafiq olaraq həmin dövrdə yonca əkinləri aqrotexniki tələblərə uyğun suvarılmalıdır. Əgər yonca sahələri hər biçindən sonra 1 dəfə suvarılarsa 5 dəfə biçin əməliyyatının aparılması mümkündür. Hər hektardan orta hesabla 700 ot bağlaması tədarük edilir. Ot bağlamasının qiyməti yay mövsümündə 2,70-3,0 manat olduğu halda, qış mövsümündə 3-4 manata satılır. Bir hektar otun biçilməsi 35 manata, bir bağlamanın preslənməsi isə 0,25 manata başa gəlir. Yonca rentabelli bitki olduğundan ot təsərrüfatında az vəsaitlə daha çox gəlir əldə etmək olur. Əkilən yonca sahələri mövsüm ərzində ən azı 4 dəfə biçilir. Qeyd edilənlərə əsaslanaraq 1 ha üçün 1675 manat, torpaq sahəsi 2 ha olduqda 1675 x 2 = 3350 manat və 6 il yonca biçini üçün İddiaçı 3.350 x 6 = 20.100 manat xalis gəlir əldə etmişdir. Torpaq sahəsinin yer quruluş planının düzgün qeyd edilməməsi öncədən məlum olmuş, tərəflər arasınsında qarşılıqlı razılıq əsasında istifadədə qalmışdır, əgər belə deyildisə, bu halda 2 ha torpaq sahəsində cavabdehlərin əkdiyi yonca bitkisinin biçilməsindən əldə edilmiş fayda torpağın əvvəlki mülkiyyətçisinə ödənilməli idi. Hacıqabul rayonu Meyniman kənd sakini X8 həmkəndlisi X7 dair pay torpağının 3,39 ha sahəsinin 2022-ci ilin məhsulu üçün 1 ha sahədə payızlıq buğda, 2,39 ha sahədə isə yonca bitkisinin əkini aparılmışdır. Əkilmiş 1 ha buğda və 2,39 ha yonca sahələrinə çəkilmiş xərclər müəyyənlləşdirilərkən ali təhsilli alim aqronom X9 tərəfindən müvafiq qaydada hesablanma aparılmaqla mütəxəssi rəyi verilmişdir. Cavabdehlər X6 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsinin 2,39 ha hissəsində yonca bitkisi əkilməsi üçün 1.937 manat və 1,0 ha hissəsində buğda bitkisinin əkilməsi üçün 1.048 manat olmaqla, cəmi 3,39 ha torpaq sahəsində yonca və buğda bitkilərinin əkilməsi üçün 2.985 manat xərc çəkmişlər. Hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia tam təmin eilməlidir. Odur ki, İddiaçı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 20.100 manat və ödənilmiş 150 manat dövlət rüsumunun, İddiaçı 2985 manat və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 xeyrinə tutulması, Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçı məxsus 1 ha torpaq sahəsinə əkilmiş buğda bitkisinin və 2.39 ha torpaq sahəsinə əkilmiş yonca bitkisinin biçilməsinə şərait yaradılması və maneçilik törədən bütün halların İddiaçı qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər X6 və Cavabdeh2 məhkəmə iclasında ilkin iddianı qismən qəbul etdilər, qarşılıqlı iddialarını müdafiə etdilər, nümayəndə və vəkilləri Vəkil izahatı ilə razı olduqlarını bildirdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia qismən təmin edilməlidir. Belə ki, 08.10.2014-cü il tarixli RX ******* nömrəli çıxarışa əsasən Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. 08.10.2014-cü il tarixli AA 003009 nömrəli torpaq sahəsinin planı və ölçüsü ilə İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu meyniman kəndində yerləşən 5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. 08.10.2014-cü il tarixli RX ******* nömrəli çıxarışa əsasən Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3,3696 ha torpaq sahəsi X10, X6, Cavabdeh2 və digər 4 nəfərin ümumi birgə mülkiyyətindədir. Mütəxəsis rəyindən müəyyən edilir ki, cavabdehlər X6 və Cavabdeh2 İddiaçı məxsus pay torpaq sahəsinin 1 ha hissəsində payızlıq buğda əkin işləri aparmaq üçün 1.048 manat, 2,39 ha hissəsində yonca becərilməsi üçün 1.937 manat olmaqla, İddiaçı məxsus 3,39 ha torpaq sahəsində əkin işləri aparmaq üçün ümumilikdə 2.985 manat xərc çəkmişlər. 17.12.2021-ci il tarixli aktdan müəyyən edilir ki, X10 mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 8,37 ha torpaq sahəsindən 5,0 ha torpaq sahəsini İddiaçı satmışdır. İddiaçı aldığı torpaq sahəsini hər il əkib becərərək istifadə etmişdir. Göründüyü kimi, 08.10.2014-cü il tarixli çıxarışa əsasən Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Tərəflərin razılaşmasına əsasən cavabdehlər X6 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsinin 2,39 ha hissəsində yonca bitkisi və 1,0 ha hissəsində buğda bitkisi əkmişlər. Bunun əvəzində İddiaçı cavabdehlərə məxsus torpaq sahəsindən istifadə etmişdir. Bir neçə ildir ki, tərəflər bu qaydada biri digərinin torpraq sahəsini əkir və gəlir əldə edirlər. Hazırda iddiaçı öz torpaq sahəsindən istifadə etmək istəyir və torpaq sahəsini boşaltmağı cavabdehlərdən tələb edir. Cavabdehlər torpaq sahəsini boşaltmaqdan imtina etmirlər, lakin çəkdikləri xəcin əvəzinin ödənilməsini iddiaçıdan tələb edirlər. Cavabdehlər X6 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsinin 2,39 ha hissəsində yonca bitkisi əkilməsi üçün 1.937 manat və 1,0 ha hissəsində buğda bitkisinin əkilməsi üçün 1.048 manat olmaqla, cəmi 3,39 ha torpaq sahəsində yonca və buğda bitkilərinin əkilməsi üçün 2.985 manat xərc çəkmişlər. İddiaçı qarğıdalı bitkisinin yığıımı zamanı cavabdehlərin təqsirindən ona 1640 manat maddi zərər dəyməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin cavabdehlər iddiaçının 1 ha üçün 1675 manat, torpaq sahəsi 2 ha olduqda 1675 x 2 = 3350 manat və 6 il yonca biçini üçün İddiaçı 3.350 x 6 = 20.100 manat xalis gəlir əldə etdiyini və pulun iddiaçıdan tutularaq onlara ödənilməsini tələb etsələr də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Həmçinin tərəflər qarşılıqlı razılıq əsasında biri digərinin torpaq sahəsindən istifadə etdiyinə görə, həmin sahədən əldə olunan gəlir də, faktiki istifadə edən tərəfə çatmalıdır. Hazırda İddiaçı öz torpaq sahəsini geri tələb etdiyinə görə cavabdehlər X6 və Cavabdeh2 onun xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsinin 2,39 ha hissəsində yonca bitkisi əkilməsi üçün çəkdikləri 1.937 manat və 1,0 ha hissəsində buğda bitkisinin əkilməsi üçün çəkdikləri 1.048 manat olmaqla, cəmi 3,39 ha torpaq sahəsində yonca və buğda bitkilərinin əkilməsi üçün çəkdikləri 2.985 manat vəsaiti cavabdehlərə qaytarmalıdır. Çünki, əkilmiş sahədən məhsulu iddiaçı götürəcək və gəlir əldə edəcəkdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunun mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdehlər X6 və Cavabdeh2 08.10.2014-cü il tarixli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi boşaldılaraq mülkiyyətçi İddiaçı təhvil verilməlidir. İddia tələbi dəymiş ziyana görə 1640 manat pul tutulması hissəsində rədd edilməlidir. Qarşılıqlı iddia qismən təmin edilməlidir. X6 və Cavabdeh2 tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsinin 2,39 ha hissəsində yonca bitkisi əkilməsi üçün çəkilmiş 1.937 manat və 1,0 ha hissəsində buğda bitkisinin əkilməsi üçün çəkilmiş 1.048 manat olmaqla, cəmi 3,39 ha torpaq sahəsində yonca və buğda bitkilərinin əkilməsi üçün çəkilmiş 2.985 manat xərc İddiaçı tutularaq X2 və Cavabdeh2 ödənilməlidir. Qarşılıqlı iddia tələbi -İddiaçı xalis gəlir əldə etdiyinə görə 20.100 manat pul tutulmasına dair hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər X6 və Cavabdeh2 08.10.2014-cü il tarixli RX ******* nömrəli çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsindən çıxarılsınlar. Torpaq sahəsi boşaldılaraq mülkiyyətçi İddiaçı təhvil verilsin. İddia tələbi dəymiş ziyana görə 1640 manat pul tutulması hissəsində rədd edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. X6 və Cavabdeh2 tərəfindən İddiaçı xüsusi mülkiyyətində olan Hacıqabul rayonu Meyniman kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 5,0 ha torpaq sahəsinin 2,39 ha hissəsində yonca bitkisi əkilməsi üçün çəkilmiş 1.937 manat və 1,0 ha hissəsində buğda bitkisinin əkilməsi üçün çəkilmiş 1.048 manat olmaqla, cəmi 3,39 ha torpaq sahəsində yonca və buğda bitkilərinin əkilməsi üçün çəkilmiş 2.985 (iki min doqquz yüz səksən beş) manat xərc İddiaçı tutularaq X2 və Cavabdeh2 ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar