Məhkəmə qərarları › İş №2(071)-857/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-857/2023

26.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-857/2023 26.09.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X11 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs – Maraqlı şəxs) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.2004-cü il tarixdə Hacıqabul rayonunda anadan olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 2001-ci ildə X1 ilə qeyri-rəsmi nikah münasibəti ilə yaşamış, onların qeyri-rəsmi nikahından bir uşaqları anadan olmuşdur. X7 xx.xx.2004-cü ildə ev şəraitində anadan olmuş, oğlu Elvinə bu günə kimi müəyyən səbəblərdən doğum haqqında şəhadətnamə ala bilməmişdir. Lakin, hazırda oqlu böyüyüb müəyyən sənədləri əldə etmək üçün doğum şəhadətnaməsi lazım olmuşdur. O, bu barədə müəyyən orqanlara müraciət etmiş, həmin orqanlar ona oğlu Elvinin doğum aktı qeydinin olmadığını və bu sənədi məhkəmə vasitəsi ilə əldə etməyini məsləhət görərək ona yazılı arayışlar vermişlər. Oğlu Elvinin bir valideyn kimi Azərbaycan Respublikası Ordu sıralarında xidmət etmək istəməsi və gələcəkdə bir hərbiçi kimi yetişib dövlətinə xalqına yararlı bir şəxs olması arzusundadır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək, onun tərəfindən Hacıqabul rayonunda xx.xx.2004-ci il tarixində ev şəraitində oğlan uşağı doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsasən məhkəmə onun məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilən Maraqlı şəxs Ərizəçi ünvanladığı 8-18/2023 saylı, xx.xx.2023-ci il tarixli məktubdan görünür ki, övladınızın doğum haqqında akt qeydinin aşkar edilməsi məqsədilə 2001-2007-ci illər üzrə Maraqlı şəxs “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, lakin övladınızın doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Doğumun dövlət qeydiyyatının aparılması tələbinizin icrasından imtina olunur və izah edilir ki, müraciətinizə baxılmasının nəticəsindən sizin subordinasiya və məhkəmə qaydasında şikayət vermək, eyni zamanda iddia etdiyiniz faktın müəyyən edilməsi üçün məhkəmədə iddia qaldırmaq hüququnuz vardır. İş materiallarında olan Hacıqabul rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Hacıqabul şəhər və Sağlamlıq mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixli, 370 saylı arayışa əsasən, xx.xx.2004-cü il təvəllüdlü X7 tibbi müayinədən keçmişdir, hal-hazırda sağlamdır. İş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, ünvan 2 ünvanında Ərizəçi və oğlu X8 yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, Ərizəçi onun evində yaşayır. Aynurə boşandıqdan sonra tək qaldığına görə yanında yaşamaq üçün evində saxlamışdır. Onun evində yaşadığı müddətdə xx.xx.2004-cü il tarixdə evində bir oğlan uşağı dünyaya gətirmişdir. Həmin vaxtdan da uşaq onun yanında yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, ərizəçi onun qonşusudur. 2004-cü ilin sonları idi, təxminən yeni il ərəfəsində Aynurə yaşadığı evdə bir oğlan uşağı doğmuşdur. O, bu barədə bir gün sonra məlumat almışdır. Uşaq həmişə Aynurənin yanında yaşamışdır və adı isə Elvindir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2004cü il tarixdə Hacıqabul şəhərində Ərizəçi tərəfindən ev şəraitində oğlan cinsli uşaq doğulub. Uşağın doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaq halhazırda sağlam olmaqla ərizəçinin himayəsində yaşayır. Odur ki, ərizə təmin edilməli və uşağın doğum faktı müəyyən olunmalıdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşağının doğumunu və şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onun bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxsin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən xx.xx.2004-cü il tarixdə Hacıqabul şəhərində ev şəraitində oğlan cinsli uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar